Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycan beynəlxalq siyasi dialoqun mühüm iştirakçısı kimi

Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycan beynəlxalq siyasi dialoqun mühüm iştirakçısı kimi"Bu gün beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi və dövlətlərarası əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Avropa Siyasi Birliyinin (ASB) sammiti xüsusi diqqət çəkir. İrlandiyanın paytaxtı Dublində keçirilən tədbirdə Avropanın və digər tərəfdaş dövlətlərin 50-yə yaxın ölkəsinin liderləri iştirak edirlər".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirib.

"Sammit Avropanın gələcək təhlükəsizlik arxitekturası, siyasi sabitlik, enerji təminatı, iqtisadi əməkdaşlıq və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformadır. Hazırkı mürəkkəb geosiyasi şəraitdə belə bir toplantının keçirilməsi dövlətlər arasında siyasi dialoqun qorunmasının və ortaq maraqlar ətrafında əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur.

Avropa Siyasi Birliyinin əsas məqsədi Avropa İttifaqına üzv olan və olmayan ölkələri vahid siyasi müzakirə platformasında birləşdirmək, qitənin üzləşdiyi ümumi problemlərə dair fikir mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bu formatın əhəmiyyəti ondan ibarətdir ki, müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlər ortaq təhlükəsizlik, enerji və nəqliyyat məsələlərini müzakirə etmək imkanı əldə edirlər.

Sammitin gündəliyində müdafiə və təhlükəsizlik, Ukraynadakı müharibə, enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq, nəqliyyat-kommunikasiya əlaqələri, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə kimi məsələlər xüsusi yer tutur. Bu mövzuların müzakirəsi Avropanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın bu kimi beynəlxalq platformalarda iştirakı ölkəmizin müstəqil xarici siyasət kursunun və artan beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya Azərbaycanın həm regional, həm də qlobal məsələlərdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bakı müxtəlif geosiyasi mövqelərə malik dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqlar prinsipləri əsasında inkişaf etdirir.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini artıran əsas istiqamətlərdən biri enerji təhlükəsizliyidir. Ölkəmiz uzun illərdir Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi, təbii qaz ixracının genişləndirilməsi və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirir.

Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regional və beynəlxalq tranzit imkanlarını artırır. Orta Dəhlizin əhəmiyyətinin yüksəldiyi indiki dövrdə ölkəmiz Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.

Azərbaycanın beynəlxalq siyasi nüfuzunu artıran amillərdən biri də regionda sülh və sabitliyin təmin olunmasına verdiyi töhfədir. Bakı Cənubi Qafqazda davamlı sülhün, qarşılıqlı suverenliyə hörmətin və iqtisadi əməkdaşlığın inkişafının tərəfdarıdır. Bu mövqe ölkəmizin beynəlxalq münasibətlər sistemində konstruktiv tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir.

Xüsusi qeyd edilməli məqamlardan biri də Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi perspektividir. Bu, ölkəmizin beynəlxalq siyasi dialoq məkanında artan rolunun göstəricisidir. Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın təşkilatçılıq imkanlarının, diplomatik potensialının və müxtəlif dövlətlər arasında dialoq qurmaq bacarığının növbəti nümayişi olacaq.

Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də daha geniş beynəlxalq gündəliyin formalaşmasına töhfə verən dövlətlərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və balanslaşdırılmış xarici siyasət ölkəmizə müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlər qurmaq, milli maraqları qorumaq və beynəlxalq mövqelərini möhkəmləndirmək imkanı yaradır.

Dublində keçirilən sammit də bu baxımdan Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının və Avropa ilə münasibətlərinin inkişafı üçün əhəmiyyətli siyasi platformadır. Müasir dünyada güclü dövlət olmağın əsas şərtlərindən biri yalnız iqtisadi və hərbi potensiala malik olmaq deyil, eyni zamanda beynəlxalq proseslərdə söz sahibi olmaqdır. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək öz mövqeyini daha da möhkəmləndirir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 148   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11 noyabr
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

11 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11 noyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

12 noyabr
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11 noyabr
.

Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti

Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər Avropanın siyasi gündəliyində yeni prioritetlərin müəyyənləşdirilməsini zəruri edir. Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələr, enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və beynəlxalq nəqliyyat marşrutlarının stratej

12 noyabr
.

Avropa Siyasi Birliyinin sammiti: dəyişən geosiyasi mənzərə və Azərbaycanın artan siyasi çəkisi

"Dünya siyasətində yeni güc balansının formalaşdığı, beynəlxalq münasibətlərin ciddi transformasiyaya məruz qaldığı və təhlükəsizlik məsələlərinin dövlətlərin xarici siyasətində əsas prioritetə çevrildiyi bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət mərkəzindədir

13 noyabr