Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" mübadilə olundu.

Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulandı. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edildi.

Dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu dedi.

Hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Bu xüsusda son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunuldu.

Görüşdə, həmçinin beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 67   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dublində 50-yə yaxın ölkənin liderləri bir araya gəlir: Azərbaycan üçün mühüm məsələlər müzakirə olunacaq

İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin (ASB) sammitinə start verilib. Görüşdə Avropa ölkələri ilə yanaşı, digər tərəfdaş dövlətləri təmsil edən 50-yə yaxın ölkənin liderləri iştirak edir. Kanada da sammitə xüsusi qonaq qismində dəvət olunub. xəbər verir ki, Dublin Konqres Mərkəzind

12 noyabr
.

Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti

Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər Avropanın siyasi gündəliyində yeni prioritetlərin müəyyənləşdirilməsini zəruri edir. Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələr, enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və beynəlxalq nəqliyyat marşrutlarının stratej

12 noyabr
.

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir. AZƏRTAC xəbər verir ki, noyabrın 12-d

12 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb

"Bu gün bizim üçün əlamətdar gündür. Belə ki, 12 noyabr müstəqil Azərbaycan dövlətinin Konstitusiya Günüdür. 1995-ci ildə Azərbaycan tarixində ilk dəfə ümumxalq referendumu keçirildi və müstəqil dövlətimizin Konstitusiyası qəbul olundu". Bu fikirləri -a açıqlamasında politoloq Samir Hümbəto

12 noyabr
.

Xankəndidə qələbə təntənəsinin nümayişi

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar

11 noyabr
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr
.

Xankəndidən verilən Zəfər mesajı

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüf

11 noyabr