"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEV"ABŞ-ın İrana qarşı həyata keçirdiyi təzyiq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Noyabrın 11-də "The New York Times" qəzetində dərc olunan məlumatlar göstərir ki, Vaşinqton artıq yalnız hərbi-dəniz blokadası və iqtisadi sanksiyalarla kifayətlənmək istəmir. ABŞ administrasiyası İranın quru sərhədləri vasitəsilə həyata keçirdiyi ticarət və iqtisadi əlaqələri də məhdudlaşdırmaq niyyətindədir.

Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib. Xüsusilə Türkiyə, İraq və Pakistanın İranla quru sərhədlərini bağlamaq və ya ciddi şəkildə məhdudlaşdırmaq istiqamətində Vaşinqtonun çağırışlarına ehtiyatlı yanaşması yeni geosiyasi mənzərə yaradır.

Məsələnin mahiyyətinə gəldikdə, ABŞ əvvəlcə İranın dəniz limanlarına qarşı blokada siyasəti həyata keçirib, daha sonra aviasiya sektoruna və digər iqtisadi sahələrə yönələn sanksiyaları genişləndirib. İndi isə İranın quru sərhədləri vasitəsilə xarici ticarət imkanlarını məhdudlaşdırmaq istəyir. Bu məqsədlə ABŞ Mərkəzi Komandanlığı "Iron Gate" adlı xüsusi işçi qrupu yaradıb. Həmin strukturun əsas vəzifəsi İranın quru sərhədlərindən və Xəzər dənizi istiqamətindən silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan malların və qanunsuz maliyyə axınlarının daşınmasının qarşısını almaqdır.

Ancaq burada mühüm bir məqamı nəzərə almaq lazımdır: söhbət hazırda birbaşa yeni hərbi əməliyyatın başlanmasından getmir. ABŞ-ın əsas məqsədi qonşu dövlətlərin öz sərhəd və gömrük mexanizmlərini daha sərt tətbiq etməsinə nail olmaq, bununla da İranın iqtisadi nəfəsliyini daraltmaqdır. Yəni Vaşinqton hərbi gücdən əlavə, iqtisadi və logistik təzyiq mexanizmlərini də işə salır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Türkiyə, İraq və Pakistanın mövqeyi göstərir ki, region dövlətləri bu siyasətin mümkün nəticələrini öz milli maraqları prizmasından qiymətləndirirlər. Məsələn, İraq İranla geniş iqtisadi və enerji əlaqələrinə malikdir. Pakistanın da İranla ticarət və enerji münasibətləri mövcuddur. Türkiyə isə regionda həm iqtisadi, həm də geosiyasi sabitliyin qorunmasında maraqlıdır. Bu dövlətlər anlayırlar ki, sərhədlərin tam bağlanması yalnız İrana deyil, onların öz iqtisadiyyatına, sərhədyanı ərazilərində yaşayan əhaliyə və təhlükəsizlik maraqlarına da ciddi zərbə vura bilər.

"Hesab edirəm ki, burada daha geniş siyasi məna da var. ABŞ İranı təcrid etmək istəyir, amma region dövlətləri özlərini Vaşinqtonun bu strategiyasının avtomatik iştirakçısına çevirmək niyyətində deyillər. Bu, ABŞ-ın regiondakı siyasətinə qarşı vahid hərbi-siyasi cəbhənin formalaşması demək olmasa da, dövlətlərin müstəqil mövqe nümayiş etdirdiyini göstərir.

Digər tərəfdən, Donald Tramp administrasiyasının yanaşmasında da müəyyən taktiki dəyişikliklər müşahidə olunur. ABŞ dövlət katibi Marko Rubionun iqtisadi təzyiqin nəticə verdiyi və eyni məqsədə hərbi zərbələr olmadan da nail olmağın mümkünlüyü barədə açıqlamaları Vaşinqtonun hazırda iqtisadi mühasirəyə daha çox üstünlük verdiyini göstərir.

Bununla belə, düşünmürəm ki, ABŞ yaxın perspektivdə İrana qarşı təzyiq siyasətindən geri çəkiləcək. Əksinə, Vaşinqtonun sanksiyaların icrasına nəzarəti gücləndirməsi, İranın maliyyə və ticarət kanallarını məhdudlaşdırması, qonşu dövlətlərə diplomatik təzyiqləri artırması mümkündür. Lakin bu siyasətin hansı nəticələr verəcəyi artıq təkcə ABŞ-ın iradəsindən asılı deyil. Türkiyə, İraq, Pakistan və digər regional aktorların davranışı da həlledici əhəmiyyət daşıyacaq.

Burada ən ciddi təhlükə isə iqtisadi təzyiqin yenidən hərbi qarşıdurmaya çevrilməsi ehtimalıdır. İran özünün iqtisadi və strateji maraqlarına qarşı bu cür addımları təhdid kimi qiymətləndirərsə, regionda gərginliyin daha da artması mümkündür. Xüsusilə, Hörmüz boğazı ətrafında təhlükəsizlik məsələsi, enerji daşımaları və beynəlxalq ticarət marşrutları baxımından bunun nəticələri qlobal miqyasda hiss edilə bilər.

Beləliklə, ABŞ-ın yeni strategiyası İranı yalnız hərbi deyil, iqtisadi və logistik baxımdan da sıxışdırmağa hesablanıb. Ancaq region dövlətlərinin öz milli maraqlarını önə çəkməsi Vaşinqtonun planlarının reallaşdırılmasını çətinləşdirir. Bu mənzərə bir daha göstərir ki, Yaxın Şərqdə heç bir geosiyasi strategiya regional dövlətlərin maraqlarını nəzərə almadan uğur qazana bilməz. ABŞ İranı təzyiq altında saxlaya bilər, lakin regionun bütün dövlətlərini bu siyasətin iştirakçısına çevirmək o qədər də asan olmayacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 238   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Xankəndidə qələbə təntənəsinin nümayişi

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar

11 noyabr
.

Avropa Siyasi Birliyinin sammiti: dəyişən geosiyasi mənzərə və Azərbaycanın artan siyasi çəkisi

"Dünya siyasətində yeni güc balansının formalaşdığı, beynəlxalq münasibətlərin ciddi transformasiyaya məruz qaldığı və təhlükəsizlik məsələlərinin dövlətlərin xarici siyasətində əsas prioritetə çevrildiyi bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət mərkəzindədir

13 noyabr
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11 noyabr
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

11 noyabr
.

Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrd

13 noyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13 noyabr
.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi. AZƏRTAC xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı

12 noyabr
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11 noyabr