Azərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar.
Sonxeber.az xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilmiş "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, layihəyə əsasən, qeyri-hökumət təşkilatının nizamnaməsində əmlak və vəsaitlərinin nizamnamə məqsədlərinə uyğun istifadəsinə daxili nəzarətin həyata keçirilməsi qaydası, bu nəzarəti həyata keçirən orqanın formalaşdırılması və səlahiyyətləri, habelə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alınması, toplanılması, verilməsi və ya köçürülməsi zamanı risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurların icrasına nəzarət üzrə səlahiyyət bölgüsü müəyyən edilməlidir.
Layihəyə əsasən, QHT-lərin növləri müəyyənləşir və yalnız bir növdə yaradıla bilərlər.
Məhz bunlarla əlaqədar keçid müddəalar olacaq.
Bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları bu qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq, yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
Bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış, bağladıqları sazişin qüvvədə olma müddəti bitmiş və ya sazişi olmayan xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəlikləri bu qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində bu sazişin bağlanması və ya sazişin qüvvədə olma müddətinin uzadılması ilə bağlı tədbirlər görüb, yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
Müəyyən edilmiş müddətdə yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət etməmiş və ya dövlət qeydiyyatına alınmasından imtina edilmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul ediləcək və müvafiq icra hakimiyyəti orqanı ləğv edilmələri üçün məhkəməyə müraciət olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Güclü küləklə bağlı xəbərdarlıq
Türkiyədə seriallarla bağlı mühüm qərar gözlənilir
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Prezidentin 1 həftəsi... - Video
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri