Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.
"Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək.
Markanın tarixi 1894-cü ildə İtaliyanın paytaxtında, Paolonun babası, yunan mühaciri Sotirio Bulqarinin ilk zərgərlik mağazasını açdığı zaman başlayıb. Sonralar onun varisləri ailə biznesini beynəlxalq səviyyəyə çıxarıblar. Ailə özü Paolonu "dövrümüzün böyük zərgəri" adlandırıb.
Brend ən böyük şöhrətini zinət əşyalarının kino ulduzları arasında populyarlaşdığı 1960-1970-ci illərdə qazanıb.
Şirkət Fransanın "LVMH" holdinqinin tərkibinə daxil olduğu 2011-ci ilə qədər ailə müəssisəsi olaraq qalıb. Bununla belə, "Bulgari" Roma ilə sıx əlaqələrini qoruyub saxlayır: bu yaxınlarda İmperator Avqust meydanında brend altında otel açılıb, şirkət isə orada yerləşən antik Avqust mavzoleyinin bərpasını maliyyələşdirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 166 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub
Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin
22 noyabrZelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n
21 noyabrKoretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain
20 noyabrPutinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı
"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun
21 noyabrAvropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Avropanın 11 ölkəsindən olan hərbi qulluqçular Polşada Ukraynada mümkün müharibədən sonrakı missiyaya hazırlıq məqsədilə hərbi təlimlər keçirirlər. Associated Press-ə istinadən xəbər verir ki, təlimlərdə minlərlə hərbçi iştirak edir. Tədbirin məqsədi Ukraynada mümkün atəşkəsdən sonra təhlükəsizlik tədbirlərini
20 noyabrPaşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21 noyabrKoşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib. "Konkret olaraq mənim təklifi
21 noyabr