Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır?

Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır?Avtomobil bazarında alıcıların seçimləri dəyişir. Çin markalarına maraq artır, yerli istehsal avtomobillərinin mövqeyi güclənir. İkinci əl bazarında isə mühərrik gücü əsasən 1.6 litr olan avtomobillərə tələb qalır.

Avtomobil bazarında median qiymət artsa da, bu, real bahalaşmadan deyil, satışa çıxarılan avtomobillərin tərkibinin dəyişməsindən qaynaqlanır. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, bu ilin oktyabr ayında avtomobillərin median qiyməti 3.7 faiz artaraq 19 500 manata çatıb. Lakin eyni dövrdə sabit struktur indeksi cəmi 0.4 faiz yüksəlib, sentyabr və oktyabr aylarında satışda qalan avtomobillərin orta qiyməti isə 1.5 faiz azalıb. Oktyabrda avtomobil elanlarının sayı 7 faiz azalaraq 37 531-ə düşüb. Təkliflərin 51.2 faizi 20 min manatdan ucuz avtomobillərdir.

Bəs elanlardakı bu mənzərə real alqı-satqıda da özünü göstərirmi? Hazırda azərbaycanlılar hansı avtomobillərə üstünlük verirlər? Çin istehsalı avtomobillərə marağın artması ənənəvi markaların mövqeyinə necə təsir edir? Yaxın dövrdə bazarda hansı dəyişikliklər gözlənilir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Birinci və ikinci yerləri Çin markaları tutur"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, son 10 ayın göstəricilərinə əsasən, bazarda birinci və ikinci yerləri Çin markaları tutur:

"Üçüncü yerdə Yaponiya, dördüncü yerdə Koreya markaları, beşinci yerdə isə yerli istehsal avtomobilləri qərarlaşıb. İnsanlar əsasən ucuz və qənaətcil, aşağı və ortagəlirli təbəqənin ala biləcəyi avtomobillərə üstünlük verirlər. Çin markalarından "Changan" və BYD bu baxımdan diqqət çəkir. Daha çox keyfiyyətə, inama və etibarlılığa önəm verən insanlar isə Yaponiyanın "Toyota" markasına üstünlük verirlər. Koreyanın "Hyundai" markası da etibarlılığına görə alıcıların seçimində yer alır".

"Bu şəxslər yerli istehsala üstünlük verirlər"

E.Əliyev bildirdi ki, yerli istehsalın gücünün artması və ilk beşliyə daxil olması sevindirici haldır. Burada utilizasiya prosesinin də təsiri var: "Avtomobillərini utilizasiyaya verərək yeniləyən şəxslər yerli istehsal avtomobillərinə üstünlük verirlər. Bu avtomobillərin qiymətlərinin əlverişli olması, satış salonlarında kredit imkanlarının və şərtlərinin əlçatanlığı da onlara marağı artırır. Həmçinin yerli yığım avtomobillərinin servis xidmətləri gündən-günə inkişaf edir, ehtiyat hissələri daha əlçatan olur. Bütün bu amillər yerli istehsalın bazardakı mövqeyinin güclənməsinə şərait yaradır".

İkinci əl maşın bazarı

Elan saytlarında "Mercedes" və "Hyundai" kimi markaların avtomobillərinin satışa çıxarılmasına gəlincə, ekspert deyib ki, burada söhbət əsasən köhnə avtomobillərdən gedir:

"İnsanlar köhnə avtomobillərini sataraq onları daha yeni, innovativ və qənaətcil nəqliyyat vasitələri ilə əvəzləməyə çalışırlar. Bu səbəbdən elan saytlarında köhnə, mühərrik həcmi böyük olan avtomobillərin kütləvi şəkildə satışa çıxarıldığını görürük. Bu, həmin avtomobillərə marağın azalmasından xəbər verir. Təbii ki, onların da öz həvəskarları var. Lakin hazırkı iqtisadi vəziyyəti nəzərə alsaq, insanlar daha çox qənaətcil, az yanacaq sərf edən, o cümlədən hibrid avtomobillərə üstünlük verirlər. Hətta büdcələrinə qənaət etmək məqsədilə ikinci əl hibrid avtomobillər alanlar da var".

Gələcəkdə markaların bazardakı mövqeyinin dəyişməsinə gəlincə, E.Əliyev 2027-ci ildə yerli istehsalın mövqeyinin daha da güclənəcəyini düşünür:

"Çünki yerli istehsalın gücü gündən-günə artır, sənaye zonalarında yeni istehsal müəssisələri fəaliyyətə başlayır və bu avtomobillərə inam da yüksəlir".

"Alqı-satqı o qədər də intensiv deyil"

Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov bildirdi ki, son dövrlər avtomobil bazarında müəyyən canlanma müşahidə olunsa da, indi bu aktivlik bir qədər zəifləyib:

"Hazırda bazarda alqı-satqı əvvəlki dövrlə müqayisədə o qədər də intensiv deyil. Çin avtomobillərinə tələbat var. Hazırda avtomobil bazarı üç-beş il əvvəlki bazardan xeyli fərqlənir. İndi alıcının əlində 20-25 min, hətta 30 min manat büdcə olduqda, yeni avtomobil almaq imkanı var. Üstəlik, bu avtomobillər lizinq yolu ilə, nisbətən aşağı ilkin ödənişlə də təklif olunur. Buna görə də ilkin ödəniş üçün məhdud büdcəsi olan alıcılar Çin avtomobillərinə üstünlük verirlər. Bu avtomobillərin qiymətində artım baş verdikdən sonra insanlar qiymətlərin daha da yüksələ biləcəyini düşünərək onlara daha çox maraq göstərməyə başladılar".

"İkinci əl qiymətinə yeni avtomobil alırlar"

S.Qədirovun sözlərinə görə, Çin avtomobilləri elə qiymətlərə təklif olunur ki, alıcı həmin məbləğə ikinci əl bazarından 100 min, 200 min, hətta 250-300 min kilometr yürüşü olan avtomobil ala bilir:

"Bu zaman alıcı düşünür ki, yüksək yürüşlü, istismar olunmuş avtomobil almaqdansa, eyni məbləğə yeni avtomobil əldə etmək daha məqsədəuyğundur. Lakin heç kim beş ildən sonra, avtomobil 100 min və ya 200 min kilometr yürüşə çatdıqda onu hansı problemlərin gözləyəcəyini dəqiq bilə bilməz. Sürücülər müəyyən texniki çətinliklərlə üzləşə, ehtiyat hissələrinin tapılmasında problemlər yaşaya bilərlər".

"Bu avtomobillər alıcılar üçün cəlbedicidir"

Ekspertin fikrincə, ikinci əl avtomobil bazarında son dövrlərdə ən çox satılan avtomobillər arasında "Chevrolet" markasının ABŞ istehsalı modelləri var. Əsasən qiyməti 20 min manat civarında və ya ondan aşağı olan "Chevrolet Equinox" krossoverlərinə tələbat müşahidə olunur:

"Bununla yanaşı, "Ford Fusion" və "Malibu" modelləri də alıcıların marağındadır. Son vaxtlar "Kia K5" və "Hyundai Sonata" modellərinə də üstünlük verənlərin sayı artıb. Xüsusilə 1.6 litrlik mühərrikə malik avtomobillər gömrük rüsumlarının daha aşağı olması səbəbindən alıcılar üçün cəlbedicidir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 103   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellekt insanlara tapşırıq verib pul ödəyəcək: Təhlükəli ssenari gündəmdə

Süni intellekt texnologiyaları yaxın gələcəkdə insanlara müəyyən tapşırıqlar verərək onların müqabilində pul ödəyə bilər. İlk baxışda sadə və gəlirli görünən bu sistemin ciddi təhlükələrə yol aça biləcəyi bildirilir. xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb. Kibertəhlükəsizli

19 noyabr
.

Bu spirtli içkilər böyrəklərə ciddi zərər vura bilər - ARAŞDIRMA

Pivə və yüksək dərəcəli spirtli içkilərin müntəzəm istifadəsi böyrəklərin kəskin zədələnməsi riskini artıra bilər. Alimlər qırmızı və ağ şərabın istifadəsi ilə bu risk arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə aşkar etməyiblər. xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalınd

19 noyabr
.

Marsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb

Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"

20 noyabr
.

Səhərlər zəngli saatı 5 dəqiqə ertələməyin - Zərəri açıqlandı

"Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib. Mütəxəssisin sözlərinə görə

19 noyabr
.

Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq

Qış aylarında paltarları tez qurutmaq üçün birbaşa istilik radiatorlarının (kombi petəklərinin) üzərinə sərmək geniş yayılmış vərdiş olsa da, sənaye mühəndisi Xorxe Morales de Labra bu üsulun həm maddi, həm də sağlamlıq baxımından zərərli olduğu barədə xəbərdarlıq edib. xəbər verir ki, mütəxəssis b

21 noyabr
.

Qaza qənaət üçün kombi neçə dərəcədə olmalıdır?

Qış aylarında evin isti olması ilə yanaşı, qaz xərclərinə qənaət etmək də vacibdir. Bir çox insan mənzili daha tez isitmək üçün kombinin temperaturunu maksimum həddə qaldırır. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul heç də həmişə qənaətli deyil. xarici mediaya istinadən xəbər verir ki, kombinin optima

22 noyabr
.

Uşaqlığını televizor qarşısında keçirən insanların imtina edə bilmədiyi 8 vərdiş

Uşaqlıqda televizor qarşısında təkbaşına yemək yeməyə alışan insanlar yetkin yaşlarında həddindən artıq qidalanmağa daha çox meyilli ola bilərlər. xarici mediaya istinadən xəbər verir ki, uşaqlıq dövründə formalaşan vərdişlər insanın davranışlarına hətta yetkin yaşlarında da təsir göstərə bilər. Xüsusil

22 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? - Maraqlı tarixçə

Bu gün kövrək əşyaların qablaşdırılmasında əvəzolunmaz vasitə olan qabarcıqlı sellofanın ilk istehsal məqsədi tamamilə fərqli olub. xəbər verir ki, məhsulun tarixi 1957-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında başlayıb. Mühəndis Alfred Fildinq və isveçrəli ixtiraçı Mark Şavann müasir görünüşlü plastik diva

21 noyabr