WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər

WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlərABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə qarşı çıxmağa hazırdırlar.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb.

Söhbət Pentaqonun Siyasət İdarəsində strategiya, planlaşdırma və potensial üzrə direktor postuna irəli sürülmüş Ostin Damer və bu bölmənin rəhbərinin müavini təyin edilməsi təklif olunan Aleks Veles-Qrindən gedir.

Vaşinqton administrasiyasının davamlı səylərinə baxmayaraq, namizədlərin heç biri senatorların lazımi dəstəyini qazana bilməyib. Nəşrin mənbələrinin məlumatına görə, onların soyadları Senatın cari ilin sonunadək baxmaq niyyətində olduğu iddiaçıların yekun siyahısına daxil edilməyəcək.

Vəziyyəti Konqres üzərində nəzarətin qarşıdan gələn dəyişikliyi də mürəkkəbləşdirir: 2027-ci ilin yanvarında çoxluğu əldə edəcək demokratlar da bu təyinatları dəstəkləməyə hazır deyillər. Qəzetin həmsöhbətlərinin qeyd etdiyi kimi, respublikaçılarla razılaşmanın olmaması Pentaqonda narazılığa səbəb olub.

WP yazır ki, Konqresin demokratların nəzarətinə keçməsinə qədər Tramp administrasiyasının təxminən altı həftəsi qalır. Bu müddət ərzində Ağ ev müdafiə sahəsində bir sıra məsələləri həll etməli, o cümlədən 1,5 milyard dollar məbləğində müdafiə büdcəsinin ayrılması planlarını irəli sürməlidir.

Bundan əlavə, administrasiya Hunq Kaonun ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı və general Stiv LaNivin Quru Qoşunlarının qərargah rəisi vəzifələrinə namizədliklərinin təsdiqlənməsinə nail olmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 59   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib. "Konkret olaraq mənim təklifi

21 noyabr
.

Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı

"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun

21 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Divarlara şer yazan kirayəşin məhkəməlik oldu

Türkiyənin İstanbul şəhərində kirayəçinin evdən çıxarkən divarlara, qapılara, pəncərələrə və hətta məişət avadanlıqlarına sevgi şeirləri yazması gündəm olub. Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Böyükçəkməcə rayonunda qeydə alınıb. İki il ərzində kirayədə yaşayan şəxs mənzil

22 noyabr
.

Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib. "Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bi

22 noyabr
.

Zelenski: NATO-da olacayıq və yox demək hələ tezdir

Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n

21 noyabr
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21 noyabr
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

22 noyabr
.

Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək

ABŞ-də tibbi səhlənkarlıqla bağlı məhkəmə prosesi milyonlarla dollarlıq təzminat qərarı ilə yekunlaşıb. xarici mətbuata istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərində keçirilən məhkəmədə 51 yaşlı Vendi Luinin (Wendi Lui) ölümündə həkimin məsuliyyəti araşdırılıb. Ağciyər xərçəngindən dünyasın

21 noyabr