Fitso: Slovakiya Aİ-nin Ukrayna üçün 45 milyard avroluq kreditinə qoşulmayacaq

Fitso: Slovakiya Aİ-nin Ukrayna üçün 45 milyard avroluq kreditinə qoşulmayacaqSlovakiya Ukraynaya Avropa İttifaqı (Aİ) tərəfindən ayrılması nəzərdə tutulan 45 milyard avro məbləğində yeni kreditin verilməsində iştirak etmək niyyətində deyil.

"Report"un məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" səhifəsində yayımladığı video müraciətində bildirib.

Hökumət başçısının sözlərinə görə, Bratislava Ukrayna üçün nəzərdə tutulan əvvəlki 90 milyard avroluq kredit proqramında da iştirak etməyib və mövqeyini dəyişmək niyyətində deyil.

Fitso qeyd edib ki, Slovakiya Kiyevə humanitar yardım göstərməyə davam edir. Lakin onun fikrincə, Rusiya-Ukrayna münaqişəsinin uzanmasına şərait yaradan hərbi kreditdə iştirak etmək üçün heç bir əsas yoxdur.

Məsələnin bazar ertəsi Bratislavada müzakirə olunması planlaşdırılır. Görüşdə Polşa, Çexiya, Slovakiya və Macarıstanın baş nazirləri, həmçinin Avstriyanın Kansleri iştirak edəcəklər.

Xatırladaq ki, daha əvvəl Almaniya Kansleri Fridrix Merts bildirib ki, Aİ-nin bütün üzv dövlətləri 2027-ci ildə və sonrakı dövrdə Ukraynaya maliyyə dəstəyi öhdəliyini üzərinə götürməsə, ittifaqın növbəti yeddiillik büdcəsi bloklana bilər.

Buna cavab olaraq Robert Fitso Berlinin təzyiqlərinə boyun əymək niyyətində olmadığını bəyan edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 134   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada qadının ağız boşluğunda yeddi il əvvəl unudulmuş iynə tapıldı

Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar. xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. Qeyd olunur ki, yerli sakin təxminən yeddi il ağzında yad cisimlə gəzib. Qadın bildirib ki, uzunmüddətl

22 noyabr
.

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib və təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahələrində daha sıx əməkdaşlıq tələb edir. "Report"un Avropa büros

22 noyabr
.

UKMTO: Oman sahillərində daha bir tanker vurulub

Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden

21 noyabr
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21 noyabr
.

Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib

ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Kazım Qəribabadi jurnalistlər

22 noyabr
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21 noyabr
.

Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılaşmayacağını bildirib. "Report" xəbər verir ki, Əraqçi bu barədə "Iran" qəzetinə müsahibəsind

21 noyabr
.

Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı

"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun

21 noyabr
.

Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb

Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur. Bu

22 noyabr