Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldü

Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldüABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır.

Lent.az xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir.

Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcadan ölməsi ilə bağlı ilk haldır. Ştat rəsmiləri qeyd ediblər ki, uşağın ailəsinin şəxsi həyatına hörmət əlaməti olaraq əlavə məlumat verilməyəcək. Onlar həmçinin Virciniyanın bir sıra rayonlarında təhlükəli xəstəliyə yoluxma hallarının qeydə alındığı barədə xəbərdarlıq ediblər.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) aktual statistikasına əsasən, 19 noyabr tarixinə ölkədə 5838 qızılcaya yoluxma halı qeydə alınıb. Bu, bir həftə əvvəlkindən 426 hal çoxdur. Bu hallar 45 ştatda, eləcə də Kolumbiya dairəsi və Nyu-York şəhərində qeydə alınıb.

Noyabrın ortalarında "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Panamerika Səhiyyə Təşkilatı (PAST) ABŞ-ni qızılcanın endemik ötürülməsinin ləğv edildiyi ölkə statusundan məhrum edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 90   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"

22 noyabr
.

Çinli milyarder səkkiz ay ərzində sərvətini itirdi

Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir

22 noyabr
.

Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb

Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur. Bu

22 noyabr
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

22 noyabr
.

Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı

"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun

21 noyabr
.

Nigeriyada 300 nəfəri dəfn mərasminə aparan gəmi batdı - Video

Nigeriyanın cənubundakı Bayelsa ştatında göyərtəsində 300 nəfərin olduğu gəmi batıb. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, gəmi Niger çayının deltasındakı qollardan birinin yaxınlığında batıb. Gəmi bir neçə gün əvvəl həmin bölgədə baş vermiş oxşa

22 noyabr
.

Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib. "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək

22 noyabr
.

Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib. Onun sözlərinə görə, digər mümkün namizədlər sırasında Yuliya Sviridenko

22 noyabr
.

Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib. "Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bi

22 noyabr