İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
İraqın dövlət aviaşirkəti "Iraqi Airways" Tunisin cənub-qərbində dayanacaqda saxlanılan iki "Boeing 747" təyyarəsini satışa çıxardığını elan edib.
Sonxeber.az xəbər verir ki, bu barədə aviaşirkətin saytında elan yerləşdirilib.
Söhbət İraq hökumətinə məxsus olmuş və Səddam Hüseynin uçuşları üçün istifadə etdiyi, qeydiyyat nömrəsi YI-ALM olan "Boeing 747SP" təyyarəsindən, eləcə də 330 sərnişin tutumuna malik "Boeing 747-200" modelindən gedir.
Hər iki təyyarənin qiyməti 900 min dollar müəyyən edilib.
Satışın təşkili məqsədilə İraqın Tunisdəki səfirliyi yanında xüsusi komitə yaradılıb. Komitə potensial alıcıların müraciətlərini dekabrın 21-dən yanvarın 5-dək qəbul edəcək.
"Iraqi Airways"dən bildirilib ki, təyyarələr mövcud texniki vəziyyətində, heç bir zəmanət verilmədən satılır. Onların daşınması, mülkiyyət hüququnun rəsmiləşdirilməsi, gömrük rüsumları və mümkün təmir xərcləri alıcıların üzərinə düşəcək.
Hər iki hava gəmisi 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 92 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇinli milyarder səkkiz ay ərzində sərvətini itirdi
Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir
22 noyabrAİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb
Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib. "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək
22 noyabrƏraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılaşmayacağını bildirib. "Report" xəbər verir ki, Əraqçi bu barədə "Iran" qəzetinə müsahibəsind
21 noyabr2500 il əvvəl Siciliyada körpələrə üç aylıqdan bərk qida verilib
Alimlər qədim Siciliyada yaşayan insanların körpələri qidalandırma vərdişləri ilə bağlı maraqlı nəticələr əldə ediblər. Araşdırmaya görə, 2500 ildən çox əvvəl uşaqlara hələ üç aylıq olarkən bərk qidalar verilməyə başlanılıb. xəbər verir ki, tədqiqatın nəticələri "European Journal of Archaeology"
23 noyabrİstanbulda şir həyəcanı: Yırtıcının axtarışına başlanıldı
Türkiyənin İstanbul şəhərində küçələrdə şir göründüyü barədə məlumatlardan sonra yırtıcının axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Aykırı" nəşri məlumat yayıb. Məlumata görə, İstanbulun Sarıyer rayonunda şir müşahidə edilib. Bununla əlaqədar heyvanın tutulması üçün əməliyyat təşki
23 noyabr