Koşta: Aİ və Britaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək

Koşta: Aİ və Britaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəkAvropa İttifaqı (Aİ) və Böyük Britaniya təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ və Böyük Britaniyanı tarixi münasibətlər, ortaq dəyərlər, habelə demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə və beynəlxalq nizama sadiqlik birləşdirir.

Koşta qeyd edib ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq 2025-ci ildə tərəflər arasında münasibətlərin yenidən qurulmasının başlanğıc nöqtəsi olub. Yeni tərəfdaşlıq çərçivəsində tərəflər hibrid təhdidlərə, xarici müdaxiləyə qarşı mübarizə, həmçinin dəniz və kosmik təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyəti genişləndiriblər.

O bildirib ki, Aİ və Böyük Britaniya Londonun Avropa İttifaqının mülki missiyalarında daha müntəzəm iştirakına imkan verəcək sazişlə bağlı danışıqları başa çatdırıb.

Koşta vurğulayıb ki, hazırkı geosiyasi şəraitdə Avropanın birliyə ehtiyacı var və Aİ Böyük Britaniya ilə sıx əməkdaşlığa çalışacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 87   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib

"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək. Markanı

22 noyabr
.

Çində elektromobillərin satışları rekord vurur

Çində noyabr ayında hər 10 avtomobil alıcısından 7-nin elektromobilə üstünlük verməsi proqnozlaşdırılır. Benzinlə işləyən avtomobillərin satışları isə azalmağa davam edir. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozun

22 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

ABŞ və Avropada qiyamət günü hazırlığı: Bu məhsullara tələb 450 artıb

Müharibə və təhlükəsizliklə bağlı artan qlobal narahatlıqlar, potensial genişmiqyaslı böhran ssenariləri və texnoloji sistemlərdəki nasazlıqlar ABŞ və Avropada vətəndaşları səfərbər edib. -ın xarici mediaya istinadən xəbərinə görə, potensial fəlakətə hazırlaşanlar konservləşdirilmiş məhsullardan və içməl

22 noyabr
.

Rumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal

Rumıniyanın Hərbi Prokurorluğu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Böyük Britaniyadan əlavə dəyər vergisi (ƏDV) ödəmədən helikopter alması ilə bağlı cinayət işini məhkəməyə göndərib. İş üzrə DİN-in Fövqəladə Hallar Departamentinin rəhbəri, nazir müavini Raed Arafat qaçaqmalçılıqda ittiham olunur

21 noyabr
.

Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır

ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma uzunmüddətli olmalıdır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib. "Mən İranla elə bir razılaşma bağlamaq niyyətindəyəm ki, hətta 4, 15 və ya 2

22 noyabr
.

Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib. "Konkret olaraq mənim təklifi

21 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı

"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun

21 noyabr