Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Aptek təşkilatlarının rəhbərləri və sahibkarlıq subyektləri həmin fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilini və bu tələblərə ciddi riayət olunmasını təmin etməlidirlər. Aptek təşkilatlarında optik məhsulların satışı ilə yanaşı, həkim-oftalmoloq tərəfindən tibbi xarakterli oftalmoloji müayinələrin aparılması özəl tibb fəaliyyəti çərçivəsində qiymətləndirilir və müvafiq lisenziya tələblərinə tabedir. Belə müayinələr yalnız qanunvericiliklə müəyyən edilmiş lisenziyalaşdırma, maddi-texniki və təşkilati tələblər yerinə yetirildikdə həyata keçirilə bilər. Müayinələrin aparıldığı yer də tətbiq olunan normativ tələblərə uyğun olmalıdır.
Müvafiq lisenziya olmadan və qanunvericiliklə müəyyən edilmiş zəruri şərtlər təmin edilmədən aptek təşkilatlarında lisenziyalaşdırılmalı olan oftalmoloji müayinələrin aparılması qəti yolverilməzdir. Həkim-oftalmoloqun aptekdə çalışması və ya müayinə xidmətinin hər hansı formada təşkil edilməsi qanunvericilikdə nəzərdə tutulmuş lisenziyalaşdırma tələblərini aradan qaldırmır.
Bununla əlaqədar aptek təşkilatlarının rəhbərlərinə, sahibkarlıq subyektlərinə və aidiyyəti şəxslərə ciddi xəbərdarlıq edilir ki, oftalmoloji müayinələrin təşkili və həyata keçirilməsi zamanı qanunvericiliyin bütün tətbiq olunan tələblərinə riayət edilməsi təmin olunmalıdır. Müvafiq lisenziya və tələb olunan şərait olmadan belə tibbi xidmətlərin göstərilməsinə yol verilməməlidir.
Xəbərdarlıq edirik ki, aptek təşkilatlarında müvafiq lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi və ya digər məcburi tələblərin pozulması halları aşkar edildikdə həmin faktlar qanunvericiliyə uyğun qaydada araşdırılacaq, pozuntuya yol vermiş şəxslər və sahibkarlıq subyektləri barəsində səlahiyyətlər daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Bir daha diqqətə çatdırırıq ki, qanunvericiliyin tələblərinə riayət olunması məcburidir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, eləcə də göstərilən xidmətlərin qanunauyğun təşkili üçün aptek təşkilatlarının rəhbərləri və aidiyyəti sahibkarlıq subyektləri üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 179 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - Video
Bakıda Beynəlxalq Avtovağzalın qarşısındakı yolayrıcında hərəkətin təşkilində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, son dəyişiklikdən sonra Biləcəri dairəsindən gələrək sağa dönən sürücülər üçün "Yol ver" nişanı quraşdırılıb. Bildirilib ki, ondan sonrakı kəsişmə yerində isə "Ba
23 noyabrErməni əsirliyindən qaçan qazi vəfat etdi
Qarabağ döyüşlərində 2 il 6 ay əsirlikdə olan qazı Faiq Şikar oğlu Məmmədov vəfat edib. -ın məlumatına görə, uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq. Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra orada
23 noyabrBakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər
Azərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisəd
22 noyabrƏhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
22 noyabrAzərbaycanlı fəhlə Dağıstanda faciəvi şəkildə öldü
Dağıstanda tikintidə çalışan azərbaycanlı fəhlə faciəvi şəkildə həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə inşa edilən çoxmərtəbəli binalardan birində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Abışov Elnur Gülağa oğlu işlədiyi binada hündürlükdən yıxılaraq ölüb. Qeyd edək ki, mərhu
23 noyabrBu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək
Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri
22 noyabrSosial müavinət və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Sosial müavinətlərin və təqaüdlərin bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrind
22 noyabrQızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub. xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb. Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərini
21 noyabr