Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər

Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilərAzərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb.

Bəs ümumi iqtisadi artıma baxmayaraq, tikinti sektorunda geriləmə hansı səbəblərdən qaynaqlanır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Tikinti layihələrinə icazələr təxminən 10 dəfə azalıb"

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadovun sözlərinə görə, tikinti sektorunda son illərdə ciddi geriləmə müşahidə olunur. O bildirir ki, Qarabağ iqtisadi rayonunda aparılan tikinti işlərini nəzərə almasaq, 2016-cı illə 2026-cı ili müqayisə etdikdə, yeni mülki tikinti layihələrinin sayında təxminən 9-10 dəfə azalma görmək mümkündür: "2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Bakı şəhərində təxminən 100 tikinti layihəsinə başlanılıb, müvafiq sərəncamlar verilib və icazələr ayrılıb. Lakin 2026-cı ildə Bakı-Abşeron ərazisində yeni çoxmənzilli binaların tikintisinə verilən icazələrin sayı il ərzində 10-dan da az olub. Bu, 2016-cı illə müqayisədə təxminən 10 dəfə azalma deməkdir".

Ekspert qeyd edir ki, 2019-cu ildən etibarən tikinti şirkətlərinə verilən icazələrin sayı kəskin azalıb. Onun sözlərinə görə, çoxmənzilli binaların tikintisi ilə bağlı səlahiyyətlərin 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsindən sonra da bu istiqamətdə ciddi azalma müşahidə olunub: "Hazırda tikinti bazarında əsasən bir neçə iri şirkət aktivdir. Kiçik və orta şirkətlər isə yeni layihələr üçün icazə almaqda çətinlik çəkirlər. Bəzi layihələr əvvəlki illərdə verilmiş sərəncamlar və icazələr əsasında həyata keçirilir. Digər şirkətlər isə uzun illərdir yeni layihələr üçün icazə gözləyirlər, lakin ala bilmirlər".

Rəqabətin zəifləməsi qiymətlərə necə təsir edir?

Ekspert hesab edir ki, Bakıda son 5-6 ildə rəqabətin zəifləməsi daşınmaz əmlakın qiymətlərinin artmasına da təsir göstərir. Onun sözlərinə görə, mənzillərin hər il 12-15 faiz bahalaşması ilə bağlı fikirlər səsləndirilsə də, bu istiqamətdə ciddi tədbirlər görülmür: "Bir tərəfdən dövlət tərəfindən ipoteka və digər vətəndaş ehtiyacları üçün böyük həcmdə vəsait ayrılır, digər tərəfdən isə həm iş adamlarının, həm də vətəndaşların daşınmaz əmlaka yönəltdiyi investisiyalar bu sahədə böyük həcmdə vəsaitin cəmləşməsinə səbəb olur. Belə bahalaşma digər sahələrin inkişafına da maneə yaradır".

"Hər il 48-50 min yeni ailənin mənzilə ehtiyacı yaranır"

Əmlak eksperti Firdovsi Xəlilov isə bildirir ki, tikinti sektorunda 6,8 faizlik azalmanı mənzil tikintisinin eyni nisbətdə azalması kimi qiymətləndirmək düzgün deyil. Çünki tikinti sahəsinə yaşayış binaları ilə yanaşı, sənaye obyektləri, yollar, körpülər və digər infrastruktur layihələri də daxildir: "2026-cı ilin yanvar-oktyabr aylarında ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16 milyard 520 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Vəsaitin 2,38 milyard manatı yaşayış evlərinin tikintisinə yönəldilib. Beləliklə, ümumi investisiyaların 14,4 faizi bu sahənin payına düşüb. Ümumi investisiyalar artsa da, yaşayış evlərinin tikintisinə yönəldilən vəsait 4,8 faiz azalıb. Bu göstəriciyə əsaslanaraq mənzilə tələbatın azaldığını söyləmək doğru olmaz. Təxmini hesablamalarımıza görə, Azərbaycanda hər il 48-50 min yeni ailənin mənzilə ehtiyacı yaranır".

Əsas problem mənzil təklifinin qiymətindədir

Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında əsas problem ümumi təklifin azlığından daha çox, mövcud mənzillərin qiyməti ilə əhalinin alıcılıq qabiliyyəti arasındakı uyğunsuzluqdur: "Bu gün Bakıda 300 min manatdan yuxarı qiymətə kifayət qədər geniş mənzil təklifi var. Lakin mənzilə ən böyük ehtiyacın olduğu aşağı və orta qiymət seqmentlərində seçim imkanları məhduddur. Azərbaycanda mənzilə ən böyük potensial tələb məhz bu seqmentlərdə cəmləşib. Xüsusilə 100 min manata qədər qiyməti olan, uzunmüddətli və əlçatan maliyyələşmə şərtləri ilə əldə edilə bilən mənzillərə ciddi ehtiyac var. Bazarın təklifi əhalinin böyük hissəsinin alıcılıq qabiliyyətinə uyğun deyil".

Yeni yaşayış layihələrinin həyata keçirilməsinə təsir edən amillərə gəlincə, ekspert torpaq sahələrinin qiymətini, tikinti sıxlığına dair normativləri, tikinti materiallarının və işçi qüvvəsinin dəyərini, vergi yükünü, layihələrin hazırlanması və razılaşdırılması müddətlərini, eləcə də tikinti şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarını qeyd edir.

Tikinti sektorundakı geriləmə mənzil qiymətlərinə təsir göstərə bilər

Tikinti sektorundakı azalmanın mənzil qiymətlərinə mümkün təsirinə gəlincə, ekspert yaxın dövrdə avtomatik ucuzlaşma gözləmədiyini bildirir. Onun fikrincə, yaşayış tikintisinə investisiyaların azalması və yeni layihələrin bazara çıxarılmasının zəifləməsi davam edərsə, bu, orta və uzunmüddətli dövrdə təklifin artımını məhdudlaşdıraraq qiymətlərə əlavə təzyiq göstərə bilər: "Mənzil qiymətlərinin dinamikası təkcə tikinti həcmindən asılı deyil. Əhalinin real gəlirləri, kredit imkanları, tikinti xərcləri və bazardakı ödəmə qabiliyyətli tələb də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Mənzil bazarının növbəti inkişaf mərhələsində əsas diqqət yeni yaşayış layihələrinin qiymət strukturuna yönəldilməlidir. Daha çox mənzil tikintisinə ehtiyacımız var, amma bu ehtiyac bütün qiymət seqmentlərində eyni deyil. Əsas tələbat aşağı və orta gəlirli ailələrin əldə edə biləcəyi mənzillərədir. Bunun üçün daha münasib iqtisadi şərtlərlə həyata keçirilən yaşayış layihələrinin genişləndirilməsi, torpaq və infrastruktur təminatının, eləcə də uzunmüddətli maliyyələşmə mexanizmlərinin inkişaf etdirilməsi əhəmiyyətli olardı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 96   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021