Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib
Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib.
"Qafqazinfo" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
"Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslər tərəfindən basqın edilib.
Hadisə zamanı evdən 3 mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.
Avtomobillərdən dördünün dövlət qeydiyyat nişanları 99-ME-007, 90-YA-094, 10-CE-025, 90-NS-727-dir.
Hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edirəm", - o paylaşımında bildirib.
***
DİN-in mətbuat Xidməti aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirib.
Bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 159 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah da yağış yağacaq
Noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
25 noyabrİmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 47 fərman ləğv edilib. APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazir
25 noyabrKafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-c
26 noyabrDubaydan gətirdiyi 160 minlik brilyantı gömrükdən keçirmək istədi
Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. "Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsind
26 noyabrBakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi
Bakıda evdən qaçıb parkda gecələyən azyaşlı sığınacağa yerləşdirilib. xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova paylaşım edib. Onun sözlərinə görə, uşaq ögey atasından şiddət gördüyü üçün evdən qaçıb. "Uşağın atası həbs olunduqda
26 noyabrBakıda iki azyaşlı bacı vəfat etdi
Bakıda iki azyaşlı bacı vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib. Yaxınları qızların tibb
25 noyabr