Qaradağda palçıq vulkanı püskürdü: Ətraf mühitə hansı zərərləri vura bilər? - AÇIQLAMA

Qaradağda palçıq vulkanı püskürdü: Ətraf mühitə hansı zərərləri vura bilər? - AÇIQLAMANoyabrın 25-də Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, hadisə təxminən 15 dəqiqə davam edib. Palçıq vulkanlarının püskürməsi zamanı yer səthinə qazlar, minerallaşmış sular, neft qarışıqlı lilli palçıq və digər maddələr çıxa bilər. Bu proses ətrafdakı torpaq örtüyünə, bitki örtüyünə və yerli ekosistemə təsir göstərə, bəzi hallarda isə yanğın və palçıq axını təhlükəsi yarada bilər.

Bəs, Qaradağda baş verən palçıq vulkanının püskürməsi ətraf mühitə və ekosistemə hansı təsirləri göstərə bilər? Püskürmə zamanı atmosferə yayılan qazlar, eləcə də səthə çıxan digər maddələr torpağa, bitki örtüyünə və canlılara hansı zərərləri vura bilər? Belə hadisələr yaxın ərazilərdə yaşayan insanlar üçün hansı təhlükələri yaradır və ekoloji fəsadların qarşısını almaq, riskləri minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Qaradağda palçıq vulkanı püskürdü: Ətraf mühitə hansı zərərləri vura bilər? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Abşeron yarımadası və Xəzər dənizi palçıq vulkanları ilə zəngin ərazilərdir. Dünyadakı palçıq vulkanlarının təxminən 30 faizi bu zonada yerləşir.

"Bunun bir neçə səbəbi var. Əsas amillərdən biri ərazinin neft-qaz ehtiyatları ilə zəngin olmasıdır. Palçıq vulkanlarına xüsusilə Qaradağ, Şamaxı və Qobustan rayonlarında, eləcə də Xəzər dənizində rast gəlinir.

Palçıq vulkanlarının mühüm xüsusiyyətlərindən biri onların neft-qaz yataqlarının aşkar edilməsində geoloqlara kömək etməsidir. Bu vulkanlar həmin ərazilərdə neft və qaz amilinin mövcudluğuna dair mühüm göstəricilər verir. Məsələn, Lökbatanda yerləşən 45 saylı quyunun qazılması təşəbbüsü ilə geoloq Baxşəli bəy Sultanov çıxış etmişdi. O, elmi tədqiqatlara əsaslanaraq palçıq vulkanının yerləşdiyi ərazidə quyu qazılmasını təklif etmiş və həmin yerdə neftin olduğunu bildirmişdi. Nəticədə quyu qazılmış, oradan neft çıxmış və bu günə qədər fəaliyyət göstərmişdir. Həmin quyu Lökbatan ərazisində, vulkanın yaxınlığında yerləşir və əhəmiyyətli neft quyularından biri hesab olunur. Bu hadisə palçıq vulkanlarının neft-qaz sektorunda əhəmiyyətini göstərən nümunələrdəndir. Xəzər dənizində neft-qaz yataqlarının aşkar edilməsində də bu vulkanların mühüm rolu olub.

Palçıq vulkanları yerin təxminən 1 kilometrdən 10 kilometrədək və daha dərin qatlarında baş verən geoloji proseslərlə əlaqədardır. Qazların və müxtəlif kimyəvi maddələrin təsiri nəticəsində yerin dərinliklərində toplanan materiallar səthə çıxır. Püskürmələr bəzən qaz və yanğınla müşayiət olunan fontanlar şəklində baş verir. Palçıq vulkanlarının püskürməsi zamanı palçıq 30-40 metr, bəzi hallarda isə 100 metrədək hündürlüyə qalxa bilir.

Bu proses ətraf mühitə müəyyən təsir göstərir. Püskürmə baş verən əraziyə çoxlu miqdarda palçıq tökülür. Həmin ərazidə bitki örtüyü və digər canlı orqanizmlər məhv ola bilər. Bunun səbəbi palçığın zəngin kimyəvi tərkibə malik olmasıdır. Tərkibində natrium, maqnezium, kalium, kalsium və müxtəlif mineral və metal elementləri, bəzi hallarda isə radioaktiv elementlər ola bilər. Ümumilikdə, palçıq vulkanı məhsullarının tərkibində Mendeleyevin dövri cədvəlindəki elementlərin təxminən yarısına rast gəlindiyi bildirilir.

Digər tərəfdən, palçıq vulkanlarının məhsulu olan palçıq brekçiyası müalicəvi xüsusiyyətlərinə görə də əhəmiyyət daşıyır. Ondan tibbdə, müəyyən xəstəliklərin müalicəsində istifadə olunur. Azərbaycanda da bu məqsədlə fəaliyyət göstərən sanatoriya və klinikalar var. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyanın Taman yarımadasında və Gürcüstanda palçıq vulkanı məhsullarından müalicə məqsədilə istifadə edilir. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi ərazilərdən biri də mühafizə olunan zona kimi müəyyən edilib və həmin ərazilərdə müəyyən fəaliyyətlərə məhdudiyyətlər qoyulub. Bununla yanaşı, turistlər də palçıq vulkanlarına maraq göstərir, bəzi hallarda həmin palçıqdan istifadə edirlər.

Püskürmə qısa müddət ərzində, bəzən bir neçə saat ərzində başa çatır və ərazidə palçıq qatı qalır. Belə hallarda təhlükəsizlik tədbirləri görülməli, ərazi müvəqqəti bağlanmalı və əhalinin ora daxil olmasına icazə verilməməlidir. Çünki püskürmədən sonra palçıq bir müddət isti qala bilər, daha sonra soyuyur. Həmçinin kimyəvi tərkibinə görə həmin ərazidə canlı orqanizmlərin inkişafı mümkün olmur. Palçıq brekçiyasından isə yalnız mütəxəssislər tərəfindən öyrənildikdən və tədqiq edildikdən sonra, müvafiq qaydada müalicə və elmi məqsədlərlə istifadə olunması məqsədəuyğundur.

Qeyd edim ki, Lökbatandakı 45 saylı quyunun qazılması təşəbbüsü ilə çıxış edən Baxşəli bəy Sultanov bu qərarına görə o dövrdə ciddi riskə getmişdi. O, Mircəfər Bağırovla görüşündə quyudan neft çıxmayacağı təqdirdə həbs olunmasına razı olduğunu bildirmişdi. Həqiqətən də, həmin dövrdə həbs edilmişdi. Lakin quyudan neft fontan vurduqdan sonra ölkənin tanınmış şəxslərindən birinə çevrilmişdi.

Bakıda, 28 May metrostansiyasından Şərq bazarına gedən yolun üzərində yerləşən "Abşeron" Sağlamlıq Mərkəzində də palçıq vulkanı məhsullarından müalicə məqsədilə istifadə olunur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 111   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib

Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. "Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobill

27 noyabr
.

Sahildə batan maşını çıxarmağa gələn texnikalar qumda batdı - Video

Xaçmazda dəniz kənarında batan avtomobilləri çıxarmaq istəyən texnikalar çətin vəziyyətə düşüblər. "Qafqazinfo" "Şimal.news"a istinadən xəbər verir ki, əvvəlcə evakuator, daha sonra isə əraziyə gətirilən bir neçə traktor da sahildə batıb. Bildirilib ki, ilk olaraq sahildə batan avtomobil

26 noyabr
.

"20 Yanvar"da kişi qəfil öldü

Paytaxtın Yasamal rayonu ərazisində - metronun "20 Yanvar" stansiyasının çıxışında piyada qəfil ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib. Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzad

26 noyabr
.

Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Zəlzələnin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24-də qeydə alınıb. Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub

26 noyabr
.

Kartofun qiyməti niyə kəskin bahalaşır? - Artım davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Kartofun qiymətində son günlər müşahidə olunan bahalaşma istehlakçıların diqqətini çəkib. Qiymət artımının əsas səbəblərindən biri kimi İranın kartof ixracını müvəqqəti dayandırması göstərilir. Belə ki, 2026-cı ilin ilk dörd ayında İrandan ölkəyə 24 548 ton kartof idxal edilib ki, bu da ümumi idxalı

27 noyabr
.

Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən çıxarılıb?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr dəyişikliyi olub. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyi

27 noyabr
.

Dubaydan gətirdiyi 160 minlik brilyantı gömrükdən keçirmək istədi

Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. "Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsind

26 noyabr
.

15° şaxta olacaq

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperatur

26 noyabr
.

Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... - Foto

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub. Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hə

27 noyabr