Reklam başqa, reallıq başqa: Turizm şirkətlərinin məsuliyyəti nədir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Reklam başqa, reallıq başqa: Turizm şirkətlərinin məsuliyyəti nədir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMATurizm şirkətlərinin sosial şəbəkələrdə və müxtəlif platformalarda reklam etdiyi tur paketləri bəzən müştərilərin qarşısına tamamilə fərqli mənzərə çıxarır. Reklamda komfortlu otel, yüksək səviyyəli xidmət, aviabilet, qidalanma və ekskursiyalar vəd edilsə də, ödəniş edildikdən sonra bu şərtlərin heç də hamısının yerinə yetirilmədiyi hallarla rastlaşılır. Bəzi vətəndaşlar vəd edilən xidmətin göstərilməməsindən, bəziləri isə reklamda təqdim olunan qiymət və şərtlərin sonradan dəyişdirilməsindən narazılıq edirlər. Məsələ ilə bağlı diqqətçəkən məqamlardan biri də 2026-cı ilin sentyabrında "Exclusive Travel Baku" MMC ilə bağlı məhkəmə qərarıdır. Şirkətin sosial şəbəkədə yayımladığı reklamda tur paketinin qiymətinə aviabiletin də daxil olduğu göstərilsə də, müştəriyə sonradan biletin paketə daxil olmadığı bildirilib. Nəticədə şirkət reklam qanunvericiliyinin tələblərini pozduğuna görə məhkəmə tərəfindən 1000 manat cərimələnib. Azərbaycan qanunvericiliyində istehlakçıya xidmət haqqında düzgün və dolğun məlumat verilməsi, müqavilə şərtlərinə əməl olunması ilə bağlı konkret tələblər mövcuddur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 13-cü maddəsi də xidmət barədə yanlış və ya natamam məlumat verilməsinə görə istehlakçının müqaviləni ləğv etmək və dəymiş zərərin ödənilməsini tələb etmək hüququnu nəzərdə tutur.

Bəs turizm şirkətləri reklamda vəd etdikləri xidmətləri müştərilərə təqdim etməyə hüquqi baxımdan borcludurlarmı? Reklam edilən otel, qidalanma, nəqliyyat və digər xidmətlər reallıqda fərqli olduqda şirkət hansı məsuliyyəti daşıyır? Vətəndaşlar aldadıldıqlarını düşündükləri halda pullarını geri tələb edə və şirkətdən kompensasiya ala bilərlərmi?
Reklam başqa, reallıq başqa: Turizm şirkətlərinin məsuliyyəti nədir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, son dövrlər reklam olunan məhsul və xidmətlərlə müştərilərə təqdim edilən real xidmətlər arasında müəyyən uyğunsuzluqlar müşahidə olunur. Bu hallar təkcə turizm sektoruna deyil, demək olar ki, bir çox sahələrə aiddir. Reklam hər zaman insanların diqqətini cəlb etmək, məhsula maraq yaratmaq və satış imkanlarını artırmaq üçün istifadə olunan vasitə olub. Lakin reklamın cəlbedici olması ilə yanaşı, təqdim edilən məlumatların reallığı əks etdirməsi də vacibdir.

Turizm sahəsində bəzən süni intellekt vasitəsilə hazırlanmış, reallıqdan xeyli fərqlənən foto və videoların reklam məqsədilə paylaşıldığını görürük. Turistlərə təqdim olunan hotelin, çimərliyin və ya istirahət məkanının şəkilləri ilə onların gedib gördükləri mənzərə arasında ciddi fərqlər yarana bilir. Digər bir problem isə reklamda göstərilən qiymətlərlə sonradan müştəriyə təklif olunan qiymətlərin üst-üstə düşməməsidir. Təbii ki, bu cür hallar istehlakçılarda narazılıq yaradır və ümumilikdə sektora olan etimada mənfi təsir göstərə bilər.

Burada əsas məsələ bütün turizm şirkətlərini eyni yanaşma ilə qiymətləndirmək deyil. Bazarda öz işini peşəkar və məsuliyyətlə quran, müştəri məmnuniyyətini əsas tutan kifayət qədər şirkətlərimiz var. Sadəcə, vətəndaşlarımız reklamda gördükləri hər bir məlumatı dərhal doğru qəbul etməməli, tur məhsulu alarkən diqqətli davranmalıdırlar. Məsləhət görərdim ki, turistlər imkan daxilində turizm şirkətlərinin ofislərinə yaxınlaşaraq əməkdaşlarla canlı ünsiyyət qursunlar, tur paketinin bütün şərtlərini ətraflı öyrənsinlər. Ən vacib məqamlardan biri isə alınan tur məhsulu ilə bağlı mütləq müqavilə tələb etməkdir. Müqavilədə hotelin adı, yerləşmə şəraiti, uçuş məlumatları, transfer, qidalanma, turun qiyməti və digər xidmətlər aydın şəkildə göstərilməlidir. Vətəndaş ödədiyi məbləğin qarşılığında mütləq ödəniş qəbzi də almalıdır.

Unutmamalıyıq ki, müqavilə sadəcə formal sənəd deyil, həm də turistin hüquqlarının qorunması baxımından mühüm təminatdır. Hər hansı anlaşılmazlıq və ya xidmətlə bağlı problem yarandıqda, müqavilənin şərtləri əsasında məsələnin hüquqi müstəvidə həllinə nail olmaq mümkündür. Əsas məqsədimiz həm istehlakçıların hüquqlarının qorunması, həm də turizm bazarında şəffaflığın və qarşılıqlı etimadın gücləndirilməsidir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 247   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib

Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. "Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobill

27 noyabr
.

Sahildə batan maşını çıxarmağa gələn texnikalar qumda batdı - Video

Xaçmazda dəniz kənarında batan avtomobilləri çıxarmaq istəyən texnikalar çətin vəziyyətə düşüblər. "Qafqazinfo" "Şimal.news"a istinadən xəbər verir ki, əvvəlcə evakuator, daha sonra isə əraziyə gətirilən bir neçə traktor da sahildə batıb. Bildirilib ki, ilk olaraq sahildə batan avtomobil

26 noyabr
.

"20 Yanvar"da kişi qəfil öldü

Paytaxtın Yasamal rayonu ərazisində - metronun "20 Yanvar" stansiyasının çıxışında piyada qəfil ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib. Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzad

26 noyabr
.

Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Zəlzələnin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24-də qeydə alınıb. Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub

26 noyabr
.

Kartofun qiyməti niyə kəskin bahalaşır? - Artım davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Kartofun qiymətində son günlər müşahidə olunan bahalaşma istehlakçıların diqqətini çəkib. Qiymət artımının əsas səbəblərindən biri kimi İranın kartof ixracını müvəqqəti dayandırması göstərilir. Belə ki, 2026-cı ilin ilk dörd ayında İrandan ölkəyə 24 548 ton kartof idxal edilib ki, bu da ümumi idxalı

27 noyabr
.

Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən çıxarılıb?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr dəyişikliyi olub. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyi

27 noyabr
.

Dubaydan gətirdiyi 160 minlik brilyantı gömrükdən keçirmək istədi

Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. "Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsind

26 noyabr
.

15° şaxta olacaq

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperatur

26 noyabr
.

Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... - Foto

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub. Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hə

27 noyabr