Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub
Yevlaxda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik siyasəti şöbəsinin müdiri Pərviz Yusifov, eləcə də rayonda yaradılmış qərargah üzvləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Yevlax rayonunda görülən işlərlə yerində tanış olmaq məqsədilə iri fermer təsərrüfatlarına və sahibkarlıq subyeklərinə baxış keçiriblər.
Səfər çərçivəsində "Yevlax Pilot Aqropark" MMC, "İSFA" MMC, "Quşçuluq firma" MMC, "AGROGREEN" MMC, "AZERBAİJAN COMPANY FOR POULTRY DEVELOPMENT" MMC və digər fermer təsərrüfatlarının fəaliyyəti ilə tanış olmuşlar. Səfər zamanı kənd təsərrüfatının inkişafı, mövcud istehsal imkanlarından səmərəli istifadə, məhsuldarlığın artırılması və qarşıda duran hədəflər barədə fikir mübadiləsi aparılıb. Fermer və sahibkarlar dövlət tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirərək, aqrar sahənin inkişafına töhfə vermək üçün bundan sonra da fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
İri fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirdikdən sonra Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Qərargah üzvlərinin iştirakı iştirakı ilə görüş də keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyənləşdirilən vəzifələr, Dövlət Proqramının rayonda icra vəziyyəti və növbəti mərhələdə görüləcək işlər müzakirə olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik siyasəti şöbəsinin müdiri Pərviz Yusifov çıxış edərək Dövlət Proqramının icrası istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və mövcud problemlərin həlli yolları barədə ətraflı məlumat vermiş və qeyd olunmuşdur ki, Dövlət Proqramının uğurlu icrası üçün hər bir aidiyyatı təşkilatlar öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, qarşıya qoyulan hədəflərin icrasına nəzarəti gücləndirilməli, görülən işlər üzrə mütəmadi monitorinq aparılmalı və nəticələr təhlil edilməlidir.
Daha sonra fermer və sahibkarların təklifləri dinlənilib, qarşılaşdıqları çətinliklər müzakirə olunub və növbəti dövr üçün hədəflər müəyyənləşdirilib. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.















Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Azərbaycanda zəlzələ oldu
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş
Sulutəpədə ölən 2 bacının xalası danışdı
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Rafetin keçmiş xanımları ilə azərbaycanlı nişanlısı arasında qalmaqal
Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: Kiyevdə ticarət mərkəzi vuruldu, enerji infrastrukturu zərər gördü
Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək