Süni intellektlə hazırlanan saxta videoların qurbanları psixoloji travmadan necə xilas ola bilər? - PSİXOLOQDAN AÇIQLAMA
Süni intellekt vasitəsilə hazırlanmış saxta videoların yayılması insanın təkcə şəxsi həyatına və nüfuzuna deyil, psixoloji vəziyyətinə də ciddi zərbə vura bilər. Xüsusilə noyabrın 13-də tələbələrin süni intellektlə hazırlanmış videolarının yayılması və bununla bağlı şəxslərin saxlanılması məsələsi bu problemin nə qədər ciddi nəticələr doğura biləcəyini yenidən gündəmə gətirir.
Belə hallarla üzləşən insanlar yaşadıqları utanc, qorxu, təşviş və cəmiyyətin münasibətindən yaranan psixoloji təzyiq qarşısında necə davranmalıdırlar? Onlar baş verənlərə görə özlərini günahlandırmalı, yoxsa ilk növbədə psixoloji dəstək alaraq vəziyyətdən çıxmağa çalışmalıdırlar?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı insanlara geniş imkanlar yaratmaqla yanaşı, bir sıra ciddi təhlükələri də özü ilə gətirir. Belə ki, kibercinayətkarlar müxtəlif üsullarla insanların şəxsi hesablarına, mobil telefonlarına, bank kartlarına və məxfi məlumatlarına qanunsuz giriş əldə edə, şəxsi yazışmalarını, foto və videolarını ələ keçirə bilirlər. Hətta süni intellekt vasitəsilə həqiqətə uyğun olmayan görüntülər yaradaraq insanları şantaj və psixoloji təzyiqə məruz qoya bilirlər. Şantajçıların bir neçə psixiloji xüsusiyyətləri var ki, qarşı tərəfin emosional zəifliklərindən istifadə edərək "qurbanlarını" manipulyasiyaya məruz qoyurlar. Empatiya hissləri zəif olduğundan törətdikləri psixoloji zərər onlar üçün əhəmiyyətli olmur. İnsanı qorxu vasitəsilə öz iradəsinə tabe etdirməkdən zövq alırlar, çünki nəzarət əllərində olur və bu qorxu üzərində qazanc əldə etməyə çalışırlar. Psixoloji təzyiq göstərərək düşünmək üçün vaxt vermir və "qurban" dan təcili qərar tələb edir.
Zərərçəkəni təcrid etmək üçün valideynlərinə, dostlarına və hüquq-mühafizə orqanlarına müraciət etməsinə mane olacaq psixoloji manipulyasiyalar edir. Eləcə də bir dəfə pul aldıqdan sonra yenidən pul tələbləri təkrarlanır. Şantaja məruz qalan insanın təbii olaraq belə hadisədən sonra psixoloji vəziyyətində dəyişikliklər başlayır. Güclü təşviş, panik ataklar, utanc, özünügünahlandırma, yuxusuzluq, depressiv əlamətlər, sosial təcrid və davamlı olaraq telefonunu yoxlama ehtiyacı yarana bilər. Əslində isə şantaja məruz qalan insan necə davranmalıdır? Heç bir şəkildə pul ödəməli deyil. Çünki ödəmiş olsa da, bu götüntülərin silinməsinə zəmanət vermir. Şantajçı ilə emosional dialoqa girməli deyil. Yalvarmaq, özünü izah etmək, mübahisə etmək və qarşı tərəfi hədələmək tövsiyə olunmur. Yazışmaların ekran görüntüləri, telefon nömrələri, profil məlumatları və pul tələbləri kimi sübutları saxlamaq lazımdır və danışıqları dayandırmaq lazımdır.
Şantajçını bloklamalı və sonra etibar etdiyi insanla paylaşmalı, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Azərbaycanda polisə 102 nömrəsi vasitəsilə müraciət etmək mümkündür. Rəqəmsal təhlükəsizliyini gücləndirməlidir. Bütün bunlarla yanaşı insanların psixoloji sağlamlığının qorunmasının da şətinləşməsi müasir dövrün aktual problemlərindən birinə çevirir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Azərbaycanda zəlzələ oldu
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş
Sulutəpədə ölən 2 bacının xalası danışdı
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Rafetin keçmiş xanımları ilə azərbaycanlı nişanlısı arasında qalmaqal
Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: Kiyevdə ticarət mərkəzi vuruldu, enerji infrastrukturu zərər gördü
Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək