Ali məktəbə qəbul imtahanları fənlərinin sayı azalacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyasının növbəti iclası keçirilib.
Sonxeber.az TQDK-nın saytına istinadən bildirri ki, iclasda 2014/2015-ci tədris ili üzrə keçirilən buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub.
2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur.
Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün "Azərbaycan dili" fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. "Azərbaycan dili" fənnindən imtahan verən və "məqbul" alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə "Azərbaycan dili" fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.
İclasda buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1709 Tarix: 24 iyun 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir
17 dekabrİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı
Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib. Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərin
17 dekabrŞagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı - Açıqlama - Fotolar
Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, araşdırma zaman
18 dekabrAZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz
Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan
18 dekabrBakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu
İnnovasiya lideri Bakcell "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata" kafede "İnklüzivlikdə İnnovativ Həllər" adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafın
17 dekabrİKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Maksimus" şirkəti seçilib. Tərəflər arasından bağlanacaq satınalma müqaviləsinin maliyy
17 dekabr"NN Park" şirkətinin işçisi dələduzluğa görə həbs edildi
"Uber" şirkətlərinin partnyoru olan "NN Park" şirkətinin texniki işçisi dələdzuluq cinayətinə görə həbs edilib. Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Vüqar adlı həmin şəxsə 2 il müddətinə azadlıqdan məhrumetm
17 dekabrOrdumuzun əsgəri vəfat etdi - Foto
Azərbaycan Ordusunun əsgəri vəfat edib. "Unikal"a istinadən xəbər verir ki, 21 yaşlı Əli Vahab oğlu Cəfərovun pnevmoniyadan öldüyü bildirilir. Mərhum ötən gün Gəncədə dəfn olunub. Digər məlumata görə, o, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur. Ə.Cəfərov Azərbaycan Dövlə
18 dekabr