İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı

İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıQısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.

Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.
TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir. Gəlin, TikTok istifadəçilərinin bu ili necə formalaşdırdığını bir daha xatırlayaq!

Yenə də yemək: kulinariya kontentinin parlaq müəllifləri

• @dadlidir.az - fərqli və dadlı yeməklər hazırlayır;
• @foodie_moodie_n - yeməyi və bişirməyi sevən, bir-birindən dadlı reseptləri bölüşən yaradıcı;
• @easyandtasty.ph - qısa və dinamik videolar vasitəsilə yemək bişirmə prosesini addım-addım izah edir;
• @jeyhunabadov - peşəkar aşpazın iştah açıcı səhifəsi;
• @esya_mustafazadeh - yaradıcı, yemək bişirməyi asan, maraqlı və hər kəs üçün əlçatan göstərir;
• @fehtiram - möhtəşəm reseptlər, keyfiyyətli təqdimat və işinə sevgi;
• @coookholic - Ləzzətli yemək paylaşımları ilə seçilən bu səhifə, sadə reseptlərdən tutmuş maraqlı dad kombinasiyalarına qədər mətbəx ilhamı təqdim edir.
• @shabi_faraj - kənd həyatı və ev mətbəxinin səmimiliyini və dadlarını əks etdirir;
• @imhungry.az - qeyri-adi yemək və şirniyyatlar hazırlayan yaradıcısı;
• @littlestrawberrykitchen - yeməklərin hazırlanmasını vizual baxımdan cəlbedici və izləyicini cəlb edən formada təqdim edir.

TikTok-da öyrən: Azərbaycanda maarifləndirici kontentin ən maraqlı müəllifləri

• @lingoaz - lüğət ehtiyatını və qrammatikanı inkişaf etdirməyə kömək edən, asan qavranılan ingilis dili dərsləri hazırlayır;
• @rusdilimarafon - hər gün istifadəçilərə yeni söz və ifadələri öyrənməyə kömək edən rus dili müəllimidir;
• @rusmaster.rusdili - rus dilinin qrammatikasındakı incə məqamları izah edir;
• @vugar_mammadov - yumor, əyləncəli səhnəciklər və kreativ təqdimatla ingilis dilini maraqlı şəkildə öyrədir;
• @aidaaydin - Azərbaycan dilində nitq və diksiya üzrə təlimçi;
• @riyaziyyatonlinee - riyazi məsələlərin həlli üçün ətraflı izahlar və faydalı "layfhak"lar paylaşır;
• @madam.fufu555 - eyni anda üç dili - çin, koreya və yapon dillərini öyrənməyə kömək edən poliqlot müəllimdir.

Sərhədsiz səyahətlər: istifadəçilərə yeni istiqamət və məkanları kəşf etdirən müəlliflər

• @alishk.a - avtomobil səyahətləri və Bakı ətrafında istirahət məkanlarıı haqqında kontent üzrə ixtisaslaşıb;
• @dailybaku - paytaxtın maraqlı istirahət məkanları, restoranları və gözəl mənzərələrə malik məkanlar haqqında video paylaşır;
• @vahidhasti - düşərgə istirahətini təbliğ edən və Azərbaycanın təbiət gözəlliklərini nümayiş etdirən səyahət edən cütlük;
• @victoriarazminovich - əslən latviyalı olan bir xanımın gözü ilə Bakıda həyat: şəhərdəki məkanlara baxış;
• @elcin.tahmazov - kontent müxtəlifliyi ilə seçilən müəllif: ölkə üzrə səyahət tövsiyələri verir və mədəni məkanlardan ekstremal idman növlərinədək geniş mövzuları əhatə edir;
• @ayaz__kara - Azərbaycanda daxili turizmin imkanlarının zənginliyini nümayiş etdirir: onun hesabında adi turizm bələdçilərindən daha ətraflı məlumat tapmaq mümkündür;
• @kampinist.az - düşərgə, təbiət və açıq hava səyahətləri ilə bağlı faydalı məlumatlar və tövsiyələr paylaşır;
• @orkhanhu - dron çəkilişləri vasitəsilə doğma ölkənin gözəlliklərini göstərir və istifadəçiləri səyahətə həvəsləndirir.

Milli mədəniyyət: milli irsi təbliğ edən müəlliflər

• @mira_ressam - bu rəssam öz əsərləri vasitəsilə yaradıcılıq prosesini izləyicilərə yaxınlaşdırır və sənəti hər kəs üçün anlaşılan, cəlbedici formatda təqdim edir.
• @humayqadimova86 - milli musiqi irsimizi müasir formatda təqdim edərək sənətə gənc auditoriyanın marağını artırır.
• @baylarlii - gənc tarzənin səhifəsi milli musiqimizi dinamik ifa və müasir vizual təqdimatla gənc auditoriyaya sevdirir.
• @zekiveliyev - milli musiqi ənənələrini müasir təqdimatla birləşdirərək tar sənətinin gənc nəsil arasında tanıdılmasına və mədəni irsimizin qorunmasına xidmət edir.
• @reqsdersleri - rəqs sənətini geniş auditoriyaya əlçatan edərək hərəkət mədəniyyətinin yayılmasına və müasir mədəni ifadə formalarının inkişafına töhfə verir.
• @purplesevinjsefail - klassik və müasir Azərbaycan şairlərinin əsərlərini yeni auditoriyaya təqdim edərək ədəbi irsimizin yaşadılmasına və mədəniyyətimizin davamlı inkişafına dəstək verir.
• @millipapaq_azerbaijan - ənənəvi sənətkarlığı müasir auditoriyaya çatdıraraq milli geyim mədəniyyətimizin qorunmasına və inkişafına mühüm töhfə verir.

Yerli biznes: TikTok-da biznesini aktiv şəkildə inkişaf etdirən azərbaycanlı sahibkarlar

• @nihatstylist - Məşhur stilistlərdən biri; Zövqlü və dəbli saç modelləri ilə izləyiciləri arasında kifayət qədər tanınır.
• @mammadov.murad - Zərif, maraqlı və original əl işləri ilə diqqət çəkir;
• @ferman_51 - bu rəssam yaradıcılıq prosesini və əsərlərini geniş auditoriyaya təqdim edərək incəsənətə marağı artırır və şəxsi brendinin inkişafına dəstək olur.
• @gamarjoba.restoran.333 - Məşhur gürcü təamlarını təqdim edən restoran;
• @stilist.emil - məşhur stilistlərdən olub xanımlara necə saç düzümünün, rənginin yaraşacağını tövsiyə edib daha sonra icra edir.
• @halvacimacid - müxtəlif növ halva, şirniyyat məhsullarını nümayiş etdirir, bir neçə filialında satışını həyata keçirir.
• @eldar_aghayev_design_- Zövqlü interyer dizayn, təmir tə tikinti işləri ilə seçilir, eyni zamanda bu sahə üzrə maarifləndirici m2əlumatlar bölüşür
• @strafor_kesim - Toy və müxtəlif tədbirlərin dekorasiyasını edən zövlq və unikal işləri ilə seçilən şirkətlərdən biri;
• @sacriaatelier - Müxtəlif aksesuarların hazırlanması və satışı ilə məşğul olan yaradıcı hesablarından biri;
• @raufmukhtarof - Zövqlü və keyfiyyətli dəri aksesuarları hazırlayan sənətkar hesabı.

2025-ci ildə TikTok-un əlamətdar hadisələri

#Novruz2025: Milli mədəniyyətin təşviqi

Bu il platforma ilk dəfə olaraq bahar bayramı olan Novruzu Azərbaycandakı icması ilə birlikdə qeyd edib. TikTok genişmiqyaslı bayram onlayn festivalı üçün bir platformaya çevrildi: #Novruz2025 həştəqi ilə istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini əks etdirən 12 mindən çox video hazırladılar, bayram təamlarının reseptlərini paylaşdılar və ölkələrinin ənənələrinin gözəlliyini nümayiş etdirdilər. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu.

İstifadəçilərin rəqəmsal təhlükəsizliyinin və rifahının gücləndirilməsi

TikTok platformada təhlükəsizlik və istifadəçi rifahı alətlərinin inkişafını aktiv şəkildə davam etdirərək daha rahat və təhlükəsiz rəqəmsal mühit formalaşdırıb. Platforma İcma Qaydalarını yeniləyərək sadələşdirib, yeniyetmələrin qorunmasına və sağlam rəqəmsal vərdişlərin formalaşdırılmasına yönəlmiş funksiyaları genişləndirib, həmçinin təsdiqləyici ifadələr, sakitləşdirici səslər və nəfəs məşqlərini əhatə edən "Vaxt və rifah" bölməsini istifadəyə verib.
Bununla yanaşı, müəlliflər üçün alətlər də təkmilləşdirilib - şərhlərin idarə olunmasından və LIVE yayımlarında kontentin nəzarətindən tutmuş, paylaşımların əvvəlcədən yoxlanılmasına və mesajlarla işləmək üçün yenilənmiş funksiyalara qədər. Eyni zamanda, TikTok məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk azərbaycandilli maarifləndirici layihəsini - #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.

#AzərbaycanMüəllimləri: maarifləndirici kontentə marağın artması

TikTok #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəyə təşəbbüs göstərib və onu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirib. Müsabiqə biliklərin və maarifləndirici kontentin təbliği üçün kreativ formatlarla eksperiment etməkdən çəkinməyən, ölkənin müxtəlif bölgələrindən yüzlərlə istedadlı müəllimi bir araya gətirib.
Layihədə iştirak üçün ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub - onlar platformada öz fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Layihənin nəticələrinə əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.
"Bu il, biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk festivalımız platformada ilin ən böyük mədəni hadisəsinə çevrildi; ölkənin hər yerindən müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə, həmçinin istifadəçilərin rahat mühitdə özlərini sərbəst və yaradıcı şəkildə ifadə etmələrinə dəstək verməyə davam edəcəyik", - deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar bildirib.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldıİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 665   Tarix: 17 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021