Son dəqiqə! Azərbaycanda kredit borcu olanlara şad xəbər! "Ayın 1-dən..."

Son dəqiqə! Azərbaycanda kredit borcu olanlara şad xəbər! "Ayın 1-dən...""Bu il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 2 milyon 304 min 585 müştərinin kredit hesabı var. Bu isə o deməkdir ki, hər 4 nəfərdən birinin ya özünün və ya da sahibi olduğu sahibkarlıq subyektinin bank qarşısında birbaşa öhdəlikləri mövcuddur.

Bankların əsasən də devalvasiyadan əvvəl və devalvasiyalar arası dövrdə verdikləri kreditlərə görə yaranmış məsuliyyətsiz borclar ucbatından hazırda məhkəmələrdə bank-müştəri arasında mübahisələrə dair 280 min iddia qeydə alınıb. Problemləri məhkəmə müstəvisində araşdıranların sayı kredit borcu olanların 12 faizini və ya hər 8 nəfərdən 1-ni təşkil edir.

Bu iddiaların əsasən inzibati-iqtisad məhkəmələrində və rayon məhkəmələrində araşdırıldığını nəzər yetirsək, onda bəlli olacaq ki, inzibati-iqtisad məhkəmələrində bank-müştəri münasibətlərinə həsr olunmuş iddiaların sayı on minlərlə, rayon məhkəmələrində isə minlərlədir. Bu hesabdan da məhkəmə qərarlarının icrası qurumlarının sərəncamına yönələn işlərin sayı da durmadan artır".

O vurğulayıb ki, borclarla bağlı yaranmış durumdan udan məhkəmələr və onların qərarlarının icrasına nəzarət edən orqanlar, uduzan isə banklar və onların müştərilərdir. "Belə vəziyyətin yaranması məhkəmə və hüquq xidməti xərclərini ödəyən bankların və müştərilərin məsrəflərini xeyli artırmaqdadır. Hər iki tərəfin maliyyə durumunu daha da ağırlaşdıran halların artdığı indiki şəraitdən daha çox məhkəmələr və məhkəmə qərarlarının icrası orqanları faydalanırlar. Onlar həm rəsmi və həm də qeyri-rəsmi ödənişlər hesabına bu prosesdən bəhrələnirlər. Yaranmış vəziyyətdən problemi məhkəmə müstəvisində həll olunmayan banklar və onların müştəriləri uduzurlar".

"Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10 faizini ötüb"

Ekspertin qeyd edir ki, Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il fevral ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 705 milyon 200 min manat təşkil edib, bu da ötən ilin müvfiq dövrü ilə müqayisədə 21,2 faiz azdır. "Artıq ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10 faizini ötüb. Göründüyü kimi, kredit qoyuluşlarının həcmi azalır, eləcə də kredit protfelində vaxtı keçmiş borcların payı da artır, belə olanda da məhkəmə müstəvisinə çıxarılan bank-müştəri mübahisələrinin sayı da çoxalır. Müşahidələr göstərir ki, borc probleminin məhkəmə müstəvisində kompleks həlli perspektivi yoxdur, ayrı-ayrı hallar üzrə qəbul edilən qərarlardan da bəhrələnənlər də məhkəmələr və onların qərarlarının icrasına nəzarət edən orqanlardır. Odur ki, hesab edirəm ki, bu prosesə dövlət müdaxiləsi olmalı, problemi tənzimləmək üçün uyğun hüquqi və normativ baza formalaşdırmalı, məhkəmənin düzgün və sosial cəhətdən ədalətli qərar verməsi üçün fiziki şəxslərin və fərdi sahibkarların müflis olmasına dair müvafiq qanun layihəsi qəbul edilməli və məhkəmələrdə həmin qanuna və borların təsnifatına müvafiq olaraq müştərilərə ümid və şübhəli borcları qaytarmaq üçün möhlət hüququ verməlidir".

Ekspert: "Poblemli kreditlərin bir çoxu elə bank rəhbərlərinin özündən qaynaqlanır"

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov də iqtisadçının fikirlərini bölüşür. "Həqiqətən vəziyyət belədir və bu işlərin məhkəmə perspektivi yoxdur. Məhkəmələrdə son nəticədə daha çox uduzan müştərilər yox, banklardır. Yəni hətta hansısa prosesi udsalar belə, bu qədər işi aparmaq və qalib gəldikdən sonra icrasına nail olmaq çox çətindir. Bunun üçün bankların da kifayət qədər resursu yoxdur".

Əkrəm Həsənov Bizimyol.info saytına şərhində onu da deyib ki, "bu məsıləyə dövlət qarşımalıdır" fikri ilə razıdır. Amma problemin həllini belə görür ki, dövlət orqanları, başda da Maliyyə Bazarlarına Nəzarət Palatası bütün banklarda yoxlamalar aparmalıdır. "Araşdırılmalıdır ki, problemli kreditləri kim verib, kimə verib və hansı şərtlərlə verib. Mən özüm bankda işləmişəm və bilirəm ki, problemli kreditlərin bir çoxu elə bank rəhbərlərinin özündən qaynaqlanır. Məsələn, bank hansısa sahibkara dollarla 20 fazilə 1 milyon kredit verib, girov da götürüb. İndi də müştəri deyir ki, dollarla verə bilmirəm, imkanım çatmır və s. Yəni doğrudan da müştərinin vəziyyəti pisdir. Amma eyni bank başqa bir müştəriyə 5 milyon kredit verib, faiz dərəcəsini 8 faiz qoyub, heç girov da götürməyib.

Burada açıq-aşkardır ki, ikinci krediti ya bankın sahibi özü götürüb, yəni öz şirkətinə, yaxın adamına verib, ya da ortada rüşvət var ki, belə şərtlərlə kredit veriblər. Bu kimi halları tədqiq edərək, buna yol verənləri məsuliyyətə cəlb edərək, pulu onlardan tələb etmək lazımdır. Buna görə də problemə dövlət müdaxiləsi pul və ya söz şəklində deyil, qılınc şəklində olmalıdır. Pulun məqsədli mənimsənilməsi varsa, bu pullar alınmalıdır. Əgər hansısa sahibkar həqiqətən müflis olub, yaxud da vətəndaşın gəliri heç özünün minimal yaşayışını ödəmir, bu kreditlər bağışlanmalıdır. Əks halda, məhkəməyə müraciət etmək mənasızdır. Boş-boşuna bank da, məhkəmə də vaxt itirir. Sadəcə müflisləşmə haqqında qanuna dəyişiklik etmək və müflisləşməyə müəyyən məsuliyyət də qoyulmalıdır.

Yəni müflis olan vətəndaşın, sahibkarın adı müəyyən siyahıya daxil edilməli və internet resursuna yerləşdirilməlidir. Hamı da biləcək ki, bu adama borc vermək təhlükəlidir. Müflis olmayan, sadəcə vəziyyəti çətinləşən müştərilərə isə bu halda dövlət müəyyən kömək edə bilər. Məsələn, dollar kreditidirsə, ortalama bir kursla milli valyitaya dəyişdirilər, ortada yaranan fərqi dövlət kompensasiya edə bilər ki, bank da itirməsin. Amma bu o halda mümkündür ki, banklardan oğurlanmış böyük məbləğlər alınaraq geri qaytarılsın. Əks halda, dövlətin indi o qədər pulu da yoxdur. Dövlətin pulu həm də bizim pulumuzdur və bizdən çıxacaq" - deyə Ə.Həsənov bildirir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 15179   Tarix: 06 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021