Səhhəti ağırlaşan azərbaycanlı məşhurdan xəbər var
İnsult keçirən meyxanaçı Kərim xəstə kimi insanların yaddaşında qalmamaq üçün media qarşısına çıxmaq istəmir.
Bir müddət əvvəl beyninə qan sızan və Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətinin yaxşı olduğu və artıq palataya köçürülməsi barədə xəbər vermişdik.
Meyxanaçını ziyarət etmək üçün xəstəxanaya yollanıb. Lakin Ağakərimin ailə üzvləri sənətçinin media qarşısına çıxmaq istəmədiyini deyib. Onlar bildiriblər ki, meyxanaçı xəstə halda insanların yaddaşında qalmamaq üçün belə bir qərar qəbul edib.
Meyxanaçının həkimi Ramilə Qəhrəmanova saytımıza açıqlamasında bildirib ki, meyxanaçı bu gün evə buraxılacaq: "Kərim təcili yardım vasitəsilə yüksək təzyiq və şəkərli diabetlə xəstəxanaya gətirildi. İnsult aşkarlandı. Şükür Allaha yaxşı sağaldı və sağlamlığıa bərpa olundu. 10 gündür ki, xəstəxanadadır. Artıq insultun kəskin dövrü keçib. Xəstəxanaya gətirilərkən hərəkətləri tam pozulmamışdı, bir az huşsuz idi. Hazırda huşu da yerinə qayıdıb və nitqi də yaxşıdır, iflici qalmayıb. Hazırda aktivdir və ayaqqüstədir. İnşallah, evə yola salacağıq. Evdə müalicəsi davam edəcək. Adi xəstə kimi kontrol müayinələrə gələcək".
R.Qəhrəmanova qeyd edib ki, tam sağalması üçün sənətçi ciddi rejimdə pəhriz saxlamalı, zərərli vərdişlərdən uzaq olmalıdır: "Şəkərli diabetə uyğun pəhriz saxlamalıdır. Siqaretdən və içkidən uzaq olmalıdır. Bununla yanaşı dərmanları içməlidir ki, bir daha bu hadisə davam etməsin. İnsult keçirən adamlar iki ay özünü gözləməlidir. Kərim bəy ev şəraitində müalicə olunandan sonra səhhəti imkan versə, sənətini davam edə biləcək".
Mənbə: musavat.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO
Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj
26 avqust 2021"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB
Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız
11 iyul 2021"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT
Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas
18 avqust 2021Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası
Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"
18 iyul 202116 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq
Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə
25 avqust 2021Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət
7 iyul 2021Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO
Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı
18 iyul 2021Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU
Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr
5 iyul 2021