SOS! Bu siqaretləri almayın

SOS! Bu siqaretləri almayınİnsanların sağlamlığı xeyrinə qəbul olunmuş qanunların icrası mümkün olmur.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda yetkinlik yaşına çatmayanlara siqaretin satışı və istifadəsini qadağan edən qanun layihəsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu layihənin icrası gizli satışların artmasına təkan verəcək:

"Qanun layihəsinə görə, siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq. Düşünürəm ki, bunun icrası mümkün deyil. Çünki insanların sağlamlığı xeyrinə qəbul olunmuş qərarların icrası çox vaxt mümkün olmur.

Sahibkarların toxunulmazlığı şəraitində qaçaqmal siqaretlər sayı durmadan artır. Marketlərdə adamları siqaretlər qarşılayır. Ona görə də gözə girən siqaret piştaxtalarını yığışdırmaq, yaxud üstünü örtmək lazımdır ki, siqaretlər görünməsin.

Ekspertiza nəticəsində məlum olub ki, Şəkidə istehsal olunan "Piramida", "Karvan" siqaretlərinin tərkibində olan təhlükəli maddələrin miqdarı normadan çoxdur. Qadağan olunmasına baxmayaraq, hazırda bir çox yerlərdə bu siqaretlərin satışı həyata keçirilir. Süleyman Rəhimov 188, 3-cü mikrorayon dairəsi və digər yerlərdə bu cür təhlükəli siqaretlər dənə ilə 40 qəpiyə satılır. Alıcılar isə daha çox məktəblilərdir. Halbuki hələ 2001-ci ildən siqaretlərin tək-tək satışı qadağan olunmuşdu".

Siqaret və alkoqollu içkilərinin ixracına görə lisenziyanın ləğv edilməsi haqda danışan E.Hüseynov bunun müsbət addım olduğunu bildirib:

"Yerli məhsulların xaricə çıxması baxımından uğurlu addımdır. Bununla paralel olaraq ölkəyə idxal olunan məhsullara da nəzarət gücləndirilsə, qaçaqmal yolu ilə gətirilən təhlükəli məhsulların qarşısı alınar".

Xatırladaq ki, yeni hazırlanmış qanun layihəsinə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, yetkinlik yaşına çatmayanların tütün ticarətinə cəlb edilməsi qadağan edilir. Bundan sonra bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.

Həmçinin qanun dəyişikliyinə əsasən alkoqollu içkilərin və tütün məmulatlarının ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya) tələb olunmayacaq.

Mənbə:axar.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2047   Tarix: 14 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…

Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir. Digər ölkələrdə də oxşa

3 may
.

Azərbaycan güləşinin Avropadakı liderliyi milli qürur mənbəyidir

Azərbaycan Respublikasında idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu siyasətin uğurlu nəticələrindən biri kimi Azərbaycan güləşçilərinin Avropa arenasında qazandığı növbəti möhtəşəm qələbə ölkə ictimaiyyəti tərəfindən böyük sevin

2 may
.

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir. Paytax

2 may
.

Pakistan səfiri: Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır

Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib. Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir:

2 may
.

Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ

Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir

3 may
.

Ölkədə pensiya yaşı 60-a SALINIR?

Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. Əsasən pensiya yaşı, pensiy

2 may
.

Bakıda hava KƏSKİN DƏYİŞİR: Temperatur enəcək, GÜCLÜ KÜLƏK XƏBƏRDARLIĞI!

Azərbaycanda may ayının ilk günləri hava şəraitinin qeyri-sabit keçəcəyi ilə diqqət çəkir. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, paytaxt Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində temperatur dalğalanmaları və güclü külək gözlənilir. Bu gün Bakıda havanın temperatur

2 may
.

"Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub. xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyl

3 may
.

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,32% artaraq 4 644.50 ABŞ dollarına bərabər olub. COMEX-d

2 may