Deputatların rezonans doğuran fikirləri
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə sosial şəbəkələrdə özü haqda gedən informasiyalara münasibət bildirib.
Əlizadə "Feysbuk" istifadəçilərinin hamısını "avara" adlandırıb: "Ona görə ki, orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki "Feysbuk"da olanların hamısı avara, işsiz-gücsüz adamlardır".
Ümumiyyətlə, müntəzəm olaraq millət vəkilləri "Feysbuk" haqda fikirlərini bildirir. Sonxeber.az onlardan bəzilərini təqdim edir:
Fazil Mustafa: "Feysbuk" statusunda kimsə yanlış bir şey yazıbsa, biz "Feysbuk"a 8 saat ərzində desək ki, onu silin, "Facebook" deyəcək ki, "qaydalarıma görə, bunu silə bilmərəm, şəxs özü silməlidir" və s. Belə olan halda ancaq "Feysbuk"un bütünlüklə ölkəyə girişini bloklaya bilərik. Ya da hansısa provayderlər üzərindən "Facebook"a girişi bloklamaq olar".
Siyavuş Novruzov: "Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir. Ölkəmizdə internet tam azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikir yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Xaricdə hər hansı bir portal yaradıb, Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar, oradan xəbərləri götürüb verənlər olur. Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyət təsir edir".
Aydın Mirzəzadə: "Hamımıza aydındır ki, Azərbaycanda "Facebook" sosial şəbəkəsi daha aktiv istifadə olunan sosial şəbəkədir. "Facebook" milli layihə deyil. Bütün dünya əhalisinin istifadə etdiyi beynəlxalq layihədir. Və orada bütün fəaliyyət onun lisenziyasına malik olan təşkilatın qoyduğu qaydalara uyğun olaraq həyata keçirilir. Bu, məsələnin hüquqi tərəfidir. Amma bununla belə bunun ayrı-ayrı ölkələrdə fəaliyyətini müəyyən düzəlişlər etmək olar. Yəni ki həmin layihəyə qoşulan şəxslər əgər hansısa bir konkret ölkənin ərazisindədirsə, və onun yazdığı fikirlər ölkənin milli qanunvericiliyinə ziddirsə, onda həmin ölkə həmin profilin sahibinə qarşı müəyyən hüquqi prosedurlar həyata keçirə bilər. Yəni bu problem bu gün bütün ölkələrdə mövcuddur. Sosial şəbəkədə fikirlərə görə məsuliyyət daşımırlar. Amma bununla belə ayrı-ayrı ölkələr həmin şəxslərin bildirdiklərini yazılı mətbuatda və yaxud da publik şəkildə söylədikləri fikirlərə üstün tuturlar. Bu baxımdan ki sosial şəbəkədə o cümlədən "Facebook"da bildirilən fikirlərin profilin sahibi əgər hansısa konkret ölkədədirsə və həmin ölkənin qanunvericiliyi sosial şəbəkədə təhqirə, böhtana görə cinayət məsuliyyəti nəzərdə tutursa, həmin ölkənin qanunlarına uyğun olaraq məsuliyyətə cəlb edilir. Və hesab edirəm ki, Azərbaycanda da bunun zamanı artıq gəlib çatıb. Sosial şəbəkədə fikir bildirən şəxs təhqirə, böhtana, dövlətçiliyə qarşı çıxışlar etməməlidir. Yox, əgər edərsə, bu artıq digər formalarda edilən çağırışlara bərabər tutularaq məsuliyyətə cəlb edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA