"Orta məktəbdən qız tapıb onunla…" – AZƏRBAYCANDA azyaşlı qızlarla evlənən kişilər

"Orta məktəbdən qız tapıb onunla…" – AZƏRBAYCANDA azyaşlı qızlarla evlənən kişilərOğul: - Belə evlənmək olar? Sevgisiz, filansız...
Ata: - Sonra sevərsən də.

Bu dialoqu oxuyan kimi güman ki, söhbətin hansı filmdən getdiyini anladınız. Doğrudur, "Əhməd haradadır?" filmində Əhmədin atası Şirin kişi ilə söhbətidir. Bu filmdən sitat gətirməyimiz heç də əbəs yerə deyil.

Bəli, biz qadınlar xoşbəxt ailə qurmaq üçün nələr etmirik ki?! Ana və nənələrimizin məsləhətlərinə qulaq asıb, əməl edir, dadlı xörəklər bişirməyi öyrənir, ev işlərində qabiliyyətli olmağa can atır, bununla belə, moda aləmində baş verən yenilikləri qaçırmır, gözqamaşdıran karyera qurmağa çalışır, hətta həftənin 2-3 gününü idman zallarında keçiririk.
Amma məlum olur ki, sevdiyiniz kişinin sizə evlilik təklf etməsi üçün bütün bu sadalananlar kifayət etmir. Çünki Azərbaycan cəmiyyəti başqa nüansları diqtə edir.
İndi Azərbaycanda kişilərin əksəriyyəti evlənməyə bir iş, plan kimi yanaşır. Yəni müəyyən bir yaşa çatanda – oğlanın evlənmək yaşı, hər bir ailəyə görə dəyişir - anası və bacısının təkidi ilə, evlənməyə qız axtarır.
Bəzən bu işi də oğlanın ana və bacısı elə öz üzərinə götürür, təzə bəy namizədini "əziyyətə" salmaq istəmirlər. Onlar qonuşuda, qohumlarda olan qızlara nəzər yetirirlər. Burada diqqət çəkən nüans isə qızın yaşının az, ailəsinin isə imkanlı olmasıdır. Yəni ana oğluna həyat yoldaşı axtararkən, övladının gələcək yaşamını, xoş, firavan rifah-halını da qarant altına almağa səy göstərir.
Sağlam bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir. Gələcək həyat yoldaşımızla oxşar zövqlərə sahib olmasaq, bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq.
Aramızda elə insanlar var ki, evlənəndə sevgi, eşq, məhəbbət kimi məsələlərə görə evlənmir, sadəcə "evlənmək xatirinə" evlənirlər. Bəzən "məntiq evliliyi" dediyimiz evliliklər də mümkündür. Bu zaman evlənənlər bir-birinin sosial vəziyyətinə, olduğu mövqeyə və yaxud da digər göstəricilərə görə evlənirlər.
Gözümüz önünə məntiq evliliyi edən bir cütlüyün toy mərasimi gəlir. Toyun səbəbkarları sanki rəsmi tədbirdə oturublar, ciddi və quru... Səmimiyyət yox, eşq yox, sevgi yox! Onların bu evliliyi bir şirkətin təsis edilməsinə bənzəyir...


"İndi kişilər sevgi münasibətinə ayrı, evlənməyə də ayrı baxırlar"

Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə BiG.AZ-a açıqlamasında deyir ki, Azərbaycanda son illər ailə quran cütlüklər daha çox məntiq evliliyinə üstünlük verirlər:

- Oğlan övladları olan ailələrdə, valideynlər "sənə həyat yoldaşını mən seçəcəyəm. Çünki indi artıq başqa zəmanədir " - və sair və ilaxır kimi cümlələrdən çox istifadə edirlər. Beləliklə də, oğlanların beynində mexanizm işə düşür ki, mənim seçimim mütləq şəkildə yanlış olacaq. Əgər ailə qurduğum qızı özüm seçsəm, xoşbəxt olmayacağam. Onu da deyim ki, çox qəribə tendensiya yaranıb. İndi kişilər sevgi münasibətinə ayrı, evlənməyə də ayrı baxırlar. İnsanlar həm sevgi, həm də məntiq evliliyi qursalar, münasibətləri gözəl, eyni zamanda uzunömürlü olur. Bu da cəmiyyətə ertibarsızlıqla asossasiya olunur. İnsan tanımadığı bir ilə ailə qurmaq istəmir, cəmiyyətə etibar etmir. Burada xoş olmayan məqamlardan biri də ailə qurmaq məsələsində oğlanların məsuliyyəti öz üzərinə götürmək istəməməsidir. Məsuliyyəti valideynin üzərinə qoymaq onlara daha asan gəlir. İnsan hər bir halda məsuliyyəti öz üzərinə götürməli və öz seçimini özü etməlidir. Təbii ki, burada valideyn məsləhəti də olmalıdır. Bu qərar ümumi olaraq qəbul edilməlidir. Sırf kor-koranə evlənmək olmaz. İndi oğlanlar əsas ona fikir verirlər ki, evlənəcəkləri qız yaşca çox kiçik olmalıdır. Hətta "Gedib, orta məktəbdən qız seçəcəyəm" – kimi ifadələr işlədənlər də çoxdur. Bu sırf cəmiyyətə etibarsızlıqdan irəli gəlir. Düşünürəm ki, bu heç də bizi yaxşı yerə aparıb çıxarmayacaq.

"Düşünürlər ki, xaricdə təhsil alan qız əxlaqlı sayıla bilməz..."

-Axı niyə hansısa bir gənc evliliyini məhz cəmiyyətə hesablayır, qonşu, qohum nə deyər, prinsipi ilə yaşayır? Xoşbəxtliyinin üstündən xətt çəkir? Bu bir psixoloji problem və ya xəstəlikdirmi?

-Azərbaycanda qadınlar ölkənin hüdudlarından kənarda təhsil almağa meyl edirlər. Bu da bizim kişilərdə belə bir qəribə kompleks yaranmağa başlayır ki, qız getdi, hansısa ölkədə ailsəinin nəzarətindən uzaq 4 il qaldı, artıq o, axlaqlı sayıla bilməz... Oğlan düşünür ki, mən belə bir qızla evlənsəm, artıq ətrafda, insanlar arasında xoşagəlməz söz-söhbətlət olacaq. Mən bilmirəm ki o, xaricdə nə edib. Halbuki həmin xanım xaricdə öz təhsili ilə məşğul olub. Öz üzərində işləyib, şəxsiyyət kimi formalaşıb. Bu kimi hallar kişilərin şüuaraltında bunu özlərinə sığışdırmamaqları ilə əlaqədardır. Bilirsiniz, mənə necə pasiyentlər daha çox müraciət edir? Kişi hansısa bir qadını sevir, amma onunla evlənmir. Ailəsinin ona göstərdiyi qızla evlənir. 6 ay, 1 il keçəndən sonra yenidən sevgi münasibətinə, sevdiyi qadınına qayıdır. Yəni bu insan xoşbəxtliyini tam olaraq evində tapmır. Yenidən birinci münasibətinə qayıtmaq məcburiyyətində qalır. Bununla da ikili həyat yaşamağa başlayır. İkili həyat yaşayanada da onda qorxu, depressiya, həyəcan, apsessiya kimi psixoloji xəstəliklər yaranır. Çünki ikili həyat yaşamaq, heç də kənardan göründüyü kimi asan bir proses deyil. Belə bir bölünmələr, şəxsiyyətin ikiləşməsinin olmaması üçün insan özü seçim etməlidir. Bunun üçün isə sevgi çox önəmlidir. Müəyyən bir müddətdə bir insanı tanımaq, xarakter uyğunluğunun olub-olmadığını müəyyənləşdirmək, daha sonra isə evliliyə qərar vermək lazımdır. Yəni tək sevgi və ya məntiq deyil, sevgi və məntiqin vəhdətindən yaranan evliliklər daha uzunömürlü olur.

"Valideynlərin evliliklə bağlı yaratdıqları uçurumlara övladları düşür"

-Azərbaycanda illərdir yanlış olaraq belə bir fikir formalaşıb ki, valideynlərin xeyir-duası ilə ailə quranların evlilikləri daha uzunömürlü olur. Mən bunu bilirsiniz nəyə bənzədirəm? Evdə oturub, hansısa internet mağazadan onlayn sifariş edirsən. Əşya gələndən sonra keyfiyyətinə, yaxşı və ya pis olmasına isə evinə gələndən sonra baxırsan…

-Haqlısınız. 35 yaşında bir kişinin valideynin seçdiyi qızı alması, onun psixoloji durumunun evliliyə hazır olmamasından xəbər verir. İnsan özünə həyat yoldaşı seçə bilmirsə, burada hansı yaxşı ailə başçısından söhbət gedə bilər? Burada qızıl ortanı tapmaq lazımdır. Yəni valideynlərin də razılığı olmalıdır. Bir insan özünü hamıdan daha gözəl tanıyır. Ailə qurmaq elədir ki, insanlar bir evdə ömürlük yaşamağı planlaşdırırlar. Təbii ki, hər bir insan da necə insanın ona uyğun gəldiyini yaxşı bilir. Sən yuxudan oyananda gözələrini açıb ancaq görmək istədiyin insanı yanında istəyirsən. Onunla hər gün bir evdə yaşamaq, xoş və kədrəli günlərini bölüşmək var. Axı necə ola bilər ki, həyat yoldaşını sənin üçün üçüncü bir adam seçsin?! Sənin həyatına başqası necə qərar verə bilər? Bu absurddur! Belə ailə quranlarda təbii ki, boşluqlar olacaq. Uyğunsuzluqla evlənənlərdə sonradan, boşanmalar, ailə daxilində qalmaqllar, münaqişələr yaranır. Necə deyərlər, valideynlərin evliliklə bağlı yaratdıqları uçurumlara övladları düşür.

"Azərbaycanda boşanmaların ən əsas səbəbi intim uyğunsuzluqdur"

-Sizcə, Azərbaycanda boşanmaların səbəbləri hansılardır?

- Sizə bir fakt deyim ki, Azərbaycanda boşanmaların ən əsas səbəbi intim uyğunsuzluqdur. Gənclər evlənirlər, amma sonra məlum olur ki, yataqda bir-birinə uyğun deyillər. Seksual uyğunsuzluğu isə əvvəldən müəyyən edə bilmirlər. Çünki Azərbaycanda bakirəlik tabusunun olması hər kəsə məlumdur. Bu tabuya riayiət etməmək isə düzgün sayılmır. Cütlük evlənir. Sonralar seksual uyğunsuzluqla bağlı nəinki öz aralarında, hətta heç yaxınlarına da danışmırlar. Çünki onlar evliliyə qədər çox qısa yol keçiblər. Valideyn məsləhəti ilə evləniblər, bir-birini tanımağa, sevməyə, seksual istəklərini bilməyə imkanları olmayıb. Bundan sonra kişi isə seksual tələblərini kənarda axtarmağa başlayır. Gedir ödəniş əsasında, fiziki istəyini ödəyir. Mentalitetə uyğun olaraq isə qadın heç nə edə bilmir. Bununla da ailədə münaqişələr başlayır. Bir çox qalmaqallı, problemli ailələrin pərdəarxasına baxdığımız zaman bunun altından mütləq uyğun gəlməyən intim həyatlar çıxır. Bu da gətirib, boşanmalara çıxarır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2816   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən ölümcül iynəli heyvanı BU BÖCƏKDİR

Çoxları yəqin ki, ən ölümcül yırtıcının aslana, pələngə və ya bəbirə olduğunu düşünür. Həqiqətən, bu böyük pişiklər əla ovçulardır, lakin onların bütün hücumları müvəffəqiyyətlə bitmir. xarici KİV-ə istinadən xəbər verir ki, ov səmərəliliyi baxımından dünyada ən təsirli yırtıcılar iynəcələrdir. Harvar

26 aprel
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

4 may
.

Kartofdan belə də istifadə edin – Evdar qadınlara tövsiyələr

Kartof məişətdə təhlükəsiz istifadə edilə bilən bir sıra keyfiyyətlərə malikdir. Bu, xüsusilə təhlükəsiz və təbii təmizləyici vasitələrdən istifadə etməyə çalışan evdar qadınlar üçün doğru olacaq. Kartofdan təmizləyici vasitə kimi necə istifadə etmək olar?. -a istinadən bununla bağlı tövsiyələri təqdi

28 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel
.

Turlar.AZ - Ucuz turlar, tur paketlər

Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə

4 may
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28 aprel
.

Bu restoranda 49 ildir fasiləsiz dəmlənən şorba verilir

Taylandın Banqkok şəhərində məşhur "Wattana Panich" restoranı özünəməxsus yeməyi ilə məşhurdur. xəbər verir ki, sözügedən restoranın mal əti və keçidən hazırlanan şorbası 49 ildir müştərilərə təqdim olunur. Bildirilir ki, hər gün tavada artıq qalan şorba ertəsi gün yeni məhsullar əlavə edilərə

4 may
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25 aprel
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28 aprel