Əhaliyə şad xəbər! Bundan sonra pulsuz olacaq

Əhaliyə şad xəbər! Bundan sonra pulsuz olacaqIV İslam Həmrəyliyi Oyunlarınadək "Ağ şəhər", "Sahil bağı" və Heydər Əliyev Mərkəzinin parkı pulsuz internetlə təchiz olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelecom") tərəfindən istismara verilən "İctimai İnternet" şəbəkəsi IV İslam Həmrəyliyi Oyunlarınadək bir sıra ərazilərdə də aktiv olacaq.

Nazirlikdən verilən məlumata görə, tezliklə Dənizkənarı Milli Park ərazisinin "Ağ şəhər" zonası, "Sahil bağı" və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edən insanlar pulsuz "wi-fi" şəbəkəsindən yararlana biləcəklər. Artıq adı çəkilən ərazilər müvafiq avadanlıqlarla təchiz edilib, təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq aktiv zonalarda proqram təminatının tətbiqinə başlanılıb.

"Baku loves you" brendi adı altında təqdim edilən layihənin əhatə dairəsi genişləndirilir və təkmilləşdirmə işləri aparılır. Belə ki, yaxın zamanda pulsuz "wi-fi" istifadəçiləri yeni, daha rahat qeydiyyat sistemi ilə şəbəkəni aktiv edə biləcəklər. Qeyd edək ki, hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından "Baktelecom"u seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçib internetdən istifadə etmək mümkündür.

Qeyd edək ki, Dənizkənarı Milli Park və İçərişəhər Tarix-Memarlıq Qoruğu ərazisində 100 minə qədər istifadəçi pulsuz internet xidmətindən istifadə edib və yay mövsümünə doğru bu göstəricinin artacağı proqnozlaşdırılır.

Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilərdə quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4302   Tarix: 02 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

1 may
.

Xırdalandan başqa, hansı ərazilərdə mənzillər UCUZLAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Bu gün isə ən çox maraqlandıran suallardanbir

1 may
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30 aprel
.

Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb. Qeyd edək ki, o, 2018-

1 may
.

Bakı sakini dayanacaqda qarət olundu

Bakıda dayanacaqda oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə hadisə Nizami rayonu ərazisində baş verib. Dayanacaqda bir nəfər şəxsin içərisində 400 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub

1 may
.

Azərbaycanda sahibkarlar vergidən AZAD OLUNUR? - AÇIQLAMA

Azərbaycanda bir sıra sahibkarlar var ki, işçiyə maaşı əldən verir və işçi ilə rəsmi əmək müqaviləsi bağlamır. Bununda səbəbi vergi yükünün çox olması ilə əlaqəli olduğunu bildirirlər. Bu baxımdan sahibkarlar üzərindən vergi yükündən azad edilə bilər? . Mövzu ilə bağlı -a danışan iqtisadçı ekspert Xali

1 may
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

1 may
.

Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir

1 may
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

1 may