Azərbaycanın məşhur müğənnisi elə sözlər danışdı ki.. - Sən demə qayınanası uşağı olmadığına görə...

Azərbaycanın məşhur müğənnisi elə sözlər danışdı ki.. - Sən demə qayınanası uşağı olmadığına görə...Ailədə çox üzüyola olmuşam. Hər zaman çalışdım ki, ailəm dağılmasın. Lakin dağıldı. Övladım olmadı, ailəmin dağılmasına da səbəb bu oldu.
Bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında müğənni Mənzurə Musayeva deyib. O, həyat yoldaşı ilə boşanmasına qayınanasının da rolu olduğunu etiraf edib: "Qayınana başqa məsələdir. Amma ailəni qorumaq başqa şeydir. İndi övladı olmayanların ailələri dağılmır. Güclü həkimlər var, uşaq sahibi ola bilirlər. Amma o vaxtlar övlad yoxdur deyə ailələr dağılırdı. Qayınanam deyirdi ki, övladı yoxdur, niyə saxlayırsan? Biz ayrıldıq. Ancaq sonra heç həyat yoldaşımın da övladı olmadı. İndi mənimlə barışmaq istəyir. Amma heç nəyin dadı yoxdur. Niyə barışım onunla?"

Müğənni ailədə həmişə güzəştə getdiyini də açıqlayıb. M. Musayeva qazandığı pulu ailə büdcəsinə əlavə etdiyini də gizlətməyib. O, ailənin qorunmasında xanımların rolunun danılmaz olduğunu bildirib: "Sözsüz ki, hər evdə olduğu kimi bizim də evdə söz-söhbətlər olurdu. Söz-söhbətsiz ailə olmaz, lakin baxır nə üstündə. Sadəcə evdə həyat yoldaşına güzəştə getməlisən. İndi qadınlar deyir ki, onu istəyirəm, bunu istəyirəm və sən etməlisən, almalısan. Ancaq bəlkə kişinin buna gücü çatmır? Qadınlar kişiləri məcbur edirlər. Xanımlar nə var ona qane olsalar, heç bir ailə dağılmaz. Mən nə var onu geyinmişəm, nə var onu yemişəm. Həyatda heç nəyin arxasınca qaçmamışam. Qismətimə nə düşüb o olub. Evə günə 200 man pul gətirirdim. O vaxt xınayaxdılar, toylar yaxşı olurdu. Qaynım arvadları deyirdilər ki, pulunu gizlət, evə vermə. Amma mən qazandığım pulu gətirib stolun üstünə qoyurdum. Özümə xərcləmirdim ki, həyat yoldaşım deyər qazanıb özünə xərclədi. Pulu stolun üstünə qoyurdum ki, bəlkə başqa nəsə edəcək. Ola bilər pis xanımam, belə olmuşam. Amma indi xanımların başqa missiyası var, başqa həyat istəyirlər".

"Xanımlar və cənablar" proqramının digər qonaqları olan psixoloq Zarina Əliyeva, əməkdar artistlər Əjdər Həmidov, Ədalət Şükürov ailənin qorunmasından danışıblar.

Mənbə: lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3537   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

6 may
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

5 may
.

"Titanik"in kapitanı Bernard Hill 79 yaşında vəfat etdi

"Üzüklərin hökmdarı" filmlərində Kral Teoden obrazı ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. xəbər verir ki, bu barədə Daily Mail yazır. Öləndə sənətçinin 79 yaşı var idi. Lakin onun ölümünün səbəbləri hələlik açıqlanmayıb. Bernard Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərind

5 may
.

Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə BURAXMADILAR - FOTO

Əməkdar artist Lalə Məmmədova mərhum türkiyəli müğənni Kayahanın arvadı İpek Acarın TRT-də yayımlanan proqramında qonaq olub. Müğənninin veriliş üçün hazırlanan libası narazıçılıq yaradıb. Bu haqda müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşım edərək, Laləyə və onunla çalışan stilist Elnur Həsənov

5 may
.

"6 ay ayaqlayın gəzmişəm"- Çingiz Mustafayev

"Ürəyimcə olmayan musiqilər oxumağı sevmirəm. Hərdən konsertlərimdə pop musiqilər oxuyuram və ağlımdan o an yalnız bir fikir keçir. "Bu mənim heç ürəyimcə deyil". -ın xəbərinə görə, bu fikirləri müğənni Çingiz Mustafayev teleproqramlardan birində səsləndirib. O bildirib ki, bu səbəbdə

6 may
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

29 aprel
.

Elgiz bu filmdən 20 min qazanıb

"Mən serialın bir bölümü üçün 20 min manat istəyirəm. Kim zəng edirsə, bu qiyməti deyirəm". Ölkə.Az axşam.az-a istinadən xəbər verir ki, bunu aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, rol aldığı "Elçilik" filmindən də 20 min manat qazandığını bildirib:. "2

30 aprel
.

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Axşam.az xəbər verir ki, buna səbəb tiktokerin xanəndə ilə bağlı canlı yayımda qeyri-etik ifadə işlətməsi olub. "Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyən

7 may
.

Nazilə Səfərlinin görün neçə yaşı var imiş - FOTO

Şairə Nazilə Səfərli ailəsi ilə bağlı paylaşım edib. O, qardaş-bacılarının və valideynlərinin yer aldığı fotoya bu sözləri yazıb:. "Mənim ailəm. Atam 1957, anam 1959, mən 1979, qardaşım isə 1989-cu ildəndir. Mənimlə qardaşım arasında 10 il var. 10 ilə bu 4 qızı sığdırıblar. Bu beşinci qız ümumiyyətl

5 may