Azərbaycandan ermənilərə sərt cavab: "Sizi darmadağın edərik..."

Azərbaycandan ermənilərə sərt cavab: "Sizi darmadağın edərik..."Erməni komandirin "Bakını tutmaq" təklifi xəstə təxəyyülün növbəti təzahürü kimi qarşılanıb.

1-ci Qarabağ Müharibəsində erməni separatçılarının ilk səhra komandiri olmuş polkovnik Arkadi Karapetyan Ermənistan mətbuatına müsahibəsində "Bakını zəbt etmək"dən dəm vurub:

"Bakını tuturuq və bununla da məsələ həll olunur. Bakını tutmaq üçünsə milləti qaydaya salmaq lazımdır. Kim nə deyir-desin, belə də olacaq - hətta dünyanın ağaları bunu istəməsələr də. Elə bilirlər ki, hər şeyi onlar həll edirlər. Ancaq bu məsələni xalq həll edəcək".

Ermənistan prezident Serj Sərkisyan başda olmaqla, müxtəlif səviyyələrdə İrəvandan Azərbaycana ünvanlanan təhdid bəyanatları zaman-zaman təkrarlanır. Göründüyü kimi indi sıra Arkadi Karapetyana gəlib və o da nəinki Azərbaycana, hətta bütün dünyaya "meydan oxuyan" fikirlər səsləndirib. Ancaq keçmiş səhra komandirinə Azərbaycanlı hərbçilərin cavabı da özünü gözlətməyib.

Bu barədə sözügedən sayta danışan polkovnik Şair Ramaldanov bildirib ki, ağlı başında olan normal şəxs - istər hərbçi, istərsə də mülki - belə sərsəm fikri dilinə gətirməz:

"Karapetyan o sözləri deyəndə ya sərxoşluqdan özündə olmayıb, ya da onun şüuru pozulub. Yoxsa, normal adam bu cür axmaq sözlər danışmaz. Karapetyanın sözlərinə hərbi, siyasi və iqtisadi aspektdən baxıldıqda aydın görünür ki, Azərbaycan bu məsələlərdə Ermənistanı dəfələrlə üstələyir. Bizim tək hərbi büdcəmiz düşmən ölkənin ümumi büdcəsindən çoxdur. İnsan ehtiyatlarına görə Azərbaycanın üstünlüyü 3-4 dəfəyə çatır. İqtisadi imkanlar isə heç müqayisəyə də gəlmir. Normal adamlar bunu nəzərə alıb danışırlar. Karapetyan isə onların sırasında deyil. Ancaq bilməlidir ki, Azərbaycan qısa müddətdə Ermənistanı darmadağın edər.

Ermənistan da, dünya da Azərbaycan ordusunun nəyə qadir olduğunu ötənilki aprel döyüşlərində aydın gördü. Münaqişənin həlli üçün dinc vasitələr aradan qalxdıqda, Ermənistan Azərbaycan ordusunun gücünü daha geniş miqyasda görəcək. Prezident İlham Əliyevin iki fikrini təkrarlamaq istəyirəm:

1. Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası üçün hərəkətə keçdikdə, heç kəs bizi dayandıra bilməyəcək.

2. Ermənistan əsgərləri Qarabağda ölmək istəmirlərsə, rədd olub getsinlər.

Ona görə də Karapetyan kimi xəstə düşüncəli məxluqlara da, onların sözlərinə də əhəmiyyət vermək lazım deyil. Yenə deyirəm, Azərbaycan ordusu tez-gec ölkənin ərazi bütövlüyünü bərpa edəcək".

Mənbə: yeniçag.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3592   Tarix: 27 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

""The Guardian" hər zaman ermənilərin maraqlarından çıxış edib" - AÇIQLAMA

BMT-nin builki iqlim sammitinə ev sahibliyi edən Azərbaycan konfransla eyni vaxtda qlobal atəşkəsə çağırış etdiyi üçün ikiüzlülükdə ittiham olunur. "The Guardian"da dərc olunan "Azərbaycan COP29-da qlobal atəşkəsə çağırdıqdan sonra ikiüzlülükdə ittiham olunur" adlı məqalədə belə deyilir

20 sentyabr
.

Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…

Ayrat Gimranovun kriminal dəstəsi 1990-cı illərin əvvəllərindən 199-cu ilə qədər Sankt-Peterburqda fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup idi. xəbər verir ki, bu barədə tarixçi-alim Zaur Əliyev qeyd edib. Fotoda Əfqanıstan müharibəsinin iştirakçısı Ayrat Kavyeviç Gimranovu görürsünüz. Əbülfə

13 sentyabr
.

"Oğlum mənimlə də görüşmür, durumu çox ağırdır"

"Hüseyn mənimlə görüşdən imtina edib. Heç kəsi görmək istəmir, özünə qapanıb. Onun durumu çox ağırdır". xəbər verir ki, bunu -ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib. Oğlunun səhhətinin dözülməz olduğunu vurğulayan Zeynəb xanım əlav

12 sentyabr
.

Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. erməni mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib

18 sentyabr
.

Paşinyanın kadrları sürətlə varlanır - Qərbdən XƏBƏRDARLIQ

Ermənistanın Baş naziri Nikol Paşinyanın kadrlarının sürətlə varlanması Qərbin diqqətini çəkib. -a istinadla xəbər verir ki, Nikol Paşinyanın qərb sponsorları komanda yoldaşlarının varlanmasının qanuniliyini yoxlamağın vaxtı çatdığını açıq şəkildə bildiriblər. Keçmiş iqtidarın üzvlərinə və müxalifə

18 sentyabr
.

"Onlar ermənilərlə cici-bacılıq edirdilər" - Video

"Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt "Birinci Qarabağ" deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni, bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə

20 sentyabr
.

Prezident "Xaqani" bağında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizo

14 sentyabr
.

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, miqrasiya probleminə gör

16 sentyabr
.

Prezident Xankəndiyə getdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində "Bulud" hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

19 sentyabr