Tələbə təqaüdləri 200 manata QALDIRILIR? - AÇIQLAMA
Hazırda yeni tədris ili başlanılıb. Bu gün həm ödənişli, həm də ödənişsiz övlət sifarişi hesabına təhsil alan hər bir tələbə göstəricilərinə uyğun olaraq tələbə təqaüdü ala bilir. Bu gün tələbələrə verilən təqaüdlər onların aylıq ehtiyacını qarşılamır. Sosial vəziyyəti aşağı olan və xüsusilə rayondan gələn tələbələrin xərci həqiqətən valideynləri çətin vəziyyətə salır.
Bəs tələbə təqaüdləri 200 manata qədər artırıla bilər? Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Vüsal Kərimli deyib ki, tələbə təqaüdləri ən azından 200 manata qədər artırıla bilər:
" Çünki bu il təhsil büdcəsi ötən ilə nisbətən daha artıqdır. Düşünürəm ki, mövcud məbləğ arıtrılmalıdır. Onsuzda dövlət universitetlərin dövlət sifarişi əsasında oxuyanların, universitetlər üçün adambaşına maliyyələşmələrin məbləğini artırdı. Bunun üçün sosial baza mövcuddur. Tələbələrin təqaüdləri ən azından 200 manata qədər artırıla bilər. Tələbə təqaüdlərinin artırılması sosial problemlərinə müsbət şəkildə təsir edə bilər. Onların əlavə resursların əldə edilməsi məsələsində araşdırmalar aparması və yeni kitabları əldə etməsi üçün məqsədəuyğun olardı".
Təhsil eksperti Elçin Əfəndi deyib ki, bu istiqamətdə birbaşa səlahiyyət sahibi dövlət başçısıdır:
"Gözləntimiz ondan ibarətdir ki, cari ilin sonuna qədər tələbə təqaüdləri arta bilər. Amma konret məbləği dövlət başçısı müəyyən edir. Tələbə təqaüdlərinin daha yüksək olması tələbələrin sosial rifahına təsir göstərəcək. Bu il tələbələrə tələbə kartlarının verilməsi və müəyyən güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Həmin kartlar vasitəsilə müvafiq olaraq nəqliyyatdan istifadə zaman keşbek faizlər və bonuslar qazanacaqlar. Təqribən tədris başlanan tarixdən 1 ay sonra tələbələrə həmin kartların verilməsi nəzərdə tutulub. Bütün tələbələrə verilməsə də, tədricən müəyyən universitetlərin tələbələrinə kartlar veriləcək. Yəni layihə pillə-pillə həyata keçiriləcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?