""The Guardian" hər zaman ermənilərin maraqlarından çıxış edib" - AÇIQLAMA

""The Guardian" hər zaman ermənilərin maraqlarından çıxış edib" - AÇIQLAMABMT-nin builki iqlim sammitinə ev sahibliyi edən Azərbaycan konfransla eyni vaxtda qlobal atəşkəsə çağırış etdiyi üçün ikiüzlülükdə ittiham olunur.

"The Guardian"da dərc olunan "Azərbaycan COP29-da qlobal atəşkəsə çağırdıqdan sonra ikiüzlülükdə ittiham olunur" adlı məqalədə belə deyilir.

"Ukrayna ilə Rusiya, İsrail və Qəzza arasındakı münaqişələr - hər ikisi Azərbaycanla həmsərhəd bölgələrdə konfransa kölgə salacaq. Rusiya qalıq yanacaqların və istixana qazlarının emissiyasının aparıcı istehsalçısıdır, Azərbaycan isə Rusiya qazı əvəzinə Avropaya qaz tədarükünə kömək edir. Geosiyasi gərginliyin artdığı bir vaxtda iqlimlə bağlı diplomatik razılaşmanın əldə edilməsinin həmişəkindən daha çətin olacağı gözlənilir", – məqalədə deyilir.

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, bu yazının məqsədi COP29 öncəsi beynəlxalq ictimai rəyi Azərbaycanın əleyhinə çevirməyə çalışmaqdır:

"The Guardian"da dərc olunan yazı heç də real vəziyyəti izah etmək məqsədi daşımır. Bu yazının tamamını oxuduqda aydın olur ki, yazının məqsədi COP29 öncəsi beynəlxalq ictimai rəyi Azərbaycanın əleyhinə çevirməyə çalışmaqdır . Bunu da sırf dünyadakı vəziyyət üzərindən etməyə çalışırlar. Yazıda Azərbaycanın dünyanı sülhə çağırmağının səmimi olmadığını qeyd edirlər. Burda aydın görünür ki, bu məqalənin ardında erməni lobbisi var. Nəzərə almaq lazımdır ki, "The Guardian" bu vaxta qədər bir çox mövzularda ermənilərin maraqlarından çıxış edib. Bu baxımdan belə bir iddianın ortaya atılması dünyanı COP29 -dakı beynəlxalq razılaşmadan imtinaya çağırmaq məqsədi daşıyır. Bu, COP29 ərəfəsində Azərbaycana qarşı başlanmış kampaniyanın tərkib hissəsidir".

Bəs dünyadakı müharibə vəziyyəti COP29 – a təsir edəcək ?

"Biz ümumi vəziyyətə baxdıqda təbii ki, bəzi çətinlikləri görürük. Amma Azərbaycanın təcrübəsini nəzərə almalıyıq. İndiyə qədər Azərbaycan qlobal məsələlərdə bir çox böhran həll etməyə təşəbbüs göstərən bir ölkə olaraq çıxış edib. Bunu biz pandemiya dövründə beynəlxalq müstəvidə həmrəyliyə nail olmaq məsələsində gördük. Azərbaycan ilk dəfə həm qərbdə həm şərqdə yerləşən qlobal gücləri birləşdirdi. İndi də COP29-u təşkil edən bir ölkə kimi Azərbaycan beynəlxalq vəziyyəti nəzərə alır. İlk öncə sülhün əldə edilməsi üçün maksimum dərəcədə çalışacaq və buna nail olacaq. Ola bilər ki, müharibə vəziyyətində olan ölkələrdə silahlar tam yerə qoyulmasın Amma bu dövr dünyada ümumi olaraq daha anlayışlı dövr olacaq. Hesab edirəm ki COP29 vaxtı bütün kampaniyalara baxmayaraq yekun razılaşma əldə olunacaq".

Qeyd edək ki, noyabrın 11-dən iki həftə ərzində paytaxtı Bakıda keçiriləcək COP29 sammitinə Azərbaycan sədrlik edir. Dünyanın müxtəlif ölkələrindən hökumət başçıları və 180-dən çox ölkənin təmsil olunacağı gözlənilir.

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1065   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr