Hansı xəstəliklərin ilkin əlamətlərini dırnaqdan bilmək olar?

Hansı xəstəliklərin ilkin əlamətlərini dırnaqdan bilmək olar?Dırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz haqqında önəmli siqnallar verir. Odur ki, dırnaqlarda əyriliyə, qırıqlara, girinti və çıxıntılara baxın. Əgər dırnaqlarınız tez qırılarsa, qalınlığını yoxlayın. Dırnağın, altındakı və ətrafındakı dərinin rənginə də baxın. Çünki ağciyərdən ürəyə, hepatitdən bağırsaq xəstəliklərinə, hətta QİÇS-ə qədər bir çox xəstəliyin ikin əlamətləri özünü dırnaqlarda göstərir.

Okan Universiteti fizika müalicə və reabilitasiya fakültəsinin professoru Batıq Şenbursa dırnaqlardakı dəyişikliklərin xəstəliklərdən xəbər verdiyini söyləyib. O, bildirib ki, dırnaqlardakı problemlər xəstəliklərin ilkin əlamətləridir, əgər dırnaqlarda ciddi dəyişiklik varsa, mütləq həkim nəzarətindən keçmək lazımdır.

Batıq Şenbursanın dırnaqlar haqqında açıqladığı maraqlı məlumatları təqdim edirik:

Dırnaqların sizə ötürdüyü mesajlar

Rəngsiz dırnaqlar: Sağlam dırnağın rəngi ağa çalan açıq çəhrayı rəngində olmalıdır. Əgər dırnaqlarınız mat, zolaq-zolaq və ya başqa rəngdədirsə, deməli, səhhətinizdə gizli sağlamlıq probleminiz ola bilər.

Yaşıl dırnaqlar bakterial infeksiyanın göstəricisidir.

Qırmızı cizgilər ürək qapağı infeksiyasının əlaməti ola bilər.

Maviyə çalan dırnaqlar qandakı oksigen səviyyəsinin aşağı olduğunu göstərir.

Mat dırnaqlar vitamin çatışmazlığının əlamətidir.

Ağ dırnaqlar hepatit kimi qaraciyər xəstəliklərinin əlamətidir.

Tünd rəng zolaqlar yaşlanma və ürək çatışmazlığı ilə bağlıdır.

Dırnaqlarınızı yaxşıca təmizləyin və hansı rəngdə olduğunu görün, dırnaqlarınız səhhətiniz haqqında ciddi məlumatlar verə bilər.

Qalın dırnaqlar: Qalın dırnaqlar təbii deyil. Dırnaqlar güclü olmalıdır, ancaq normaldan daha fərqli və qalın görünürsə, diqqətli olun.

Qalınlıq ağciyər xəstəliyinin təzahürüdür.

Qalın və sərt səth göbələk infeksiyasına dair işarə verir.

Qalın və ayrılmış dırnaqlar qalxanabənzər və ya sədəf xəstəliyinin göstəricisi ola bilər.

Normaldan daha qalın dırnaqlar, eyni zamanda qan dövranı probleminə işarə edə bilər.

Yoğunlaşan dırnaqlar gözdən qaçırdığınız bəzi problemlərin təzahürüdür. Yeni dərmana başlayarkən allergik reaksiyalar dərhal dırnaqlara təsir edərək yoğunlaşmaya səbəb olur.

Ayrılmış dırnaqlar: Dırnaqlar təkcə qapılara və ya ətrafa dəyməklə qırılmaz. Qırılma səbəbi sadəcə əllərinizi çox yumağınızla, ya da laklarla bağlı deyil.

Qırılmış dırnaqlar fol turşusu, C vitamini və zülal çatışmazlığının nəticəsidir.

Əgər qırılmış dırnaqlar dırnaq dərinliklərində oyuqlarla bərabər görülürsə, bu sədəf xəstəliyinin təzahürüdür. Sədəf xəstəliyinin ilkin əlamətləri, adətən, dırnaqlarda özünü göstərir.

Qırılan dırnaqlar eyni zamanda qida çatışmazlığının də göstəricisi ola bilər.

Yediklərinizə diqqət edin və ümumi sağlamlığınız üçün dırnaqlarınıza daha çox qulluq göstərin.

Çuxura düşmüş dırnaqlar: Çuxur düşmüş dırnaqlar daxili problemlərin təzahürüdür. Əgər bütün dırnaqda çuxurlaşma varsa, bu hal adətən çox su tutumu ilə bağlıdır.

Dəmir çatışmazlığı

Hemakromatozis (qaraciyərin orqanizmdə artıq dəmir saxlaması ilə baş verən qaraciyər xəstəliyi)

Ürək xəstəlikləri

Hipotiroidizm

Dırnaqlarınız və sağlamlığınız bəzən paralel naviqasiya göstərir. Sağlamlıq problemlərindən xilas olan insanların dırnaqları da normala dönür.

Oyulmuş dırnaqlar: Kiçik oyuqlar və çuxurlar əllərinizə etinasız yanaşdığınızdan dolayı, ya da sağlamlığınızın qeydinə daha yaxşı qalmadığınızın əlaməti ola bilər.

Sədəf xəstəliyi

Birləşdirici toxuma qüsurları

Alopecia area (saç itkisinə səbəb olan immunitet sistemi xəstəliyi)

Sink çatışmazlığı (adətən dırnaqların ortasında uzun zolaq şəklində bir oyuq)

Çıxıntılar: Dırnaqların səthi düz və çox hiss edilməyən incə cizgilərdən yaranır. Qabarıq çıxıntılar orqanizmində bir proseslərin səhv getdiyinin göstəricisidir. Çıxıntılı dırnaqlara sahib olanların ən çox yaranan problemləri:

Dəmir çatışmazlığı

Artrit

Lupus (dırnaq dərinliklərində qırmızı xətlər)

Quru və incə dırnaqlar: Losyonlar və ya dırnaq baxım yağlarına ehtiyacınız yoxdur. Əgər dırnaqlarınız quru və incədirsə, hormon səviyyəsini ölçməkdə fayda var.

Qalxanabənzər xəstəlikləri dırnaqların nazikləşməsinə səbəb olur. Quru dırnaqlar asanlıqla qırılır və ayrılır.

Göbələk problemləri də dırnaqları quru və ya nəm edir.

Həm qalxanabənzər, həm də göbələk problemlərinin müalicəsi uzun müddət davam edir. Əgər dırnaqlarda belə dəyişiklik görsəniz, dərhal nəzərə alın.

Yumru dırnaqlar: Əgər dırnaqların ətrafında şişmiş dəri varsa, ya da dırnaqlarınız şişmiş kimi görünürsə buna "clubbed" yumru dırnaq deyilir.

Ağciyər xəstəlikləri (xüsusilə də tənəffüs çətinliyi çəkənlərdə)

İnflamasyonlu bağırsaq xəstəliklərində

Qaraciyər xəstəliklərində

QİÇS-də müşahidə olunur.

Dırnaqlarınız yalnız bu yuxarıda sadalanan xəstəliklərin əlaməti olmaya bilər. Bu əlamətlər sizin sağlamlığınıza diqqət etməyiniz üçün dəlillərdir.

Əllərinizin sizə göndərdiyi mesajlara laqeyd qalmayın. Dırnaqlar və xəstəliklər düşündüyünüzdən çox daha yaxından əlaqəlidir. Sağlamlığınızı qorumaq üçün dırnaqlarınıza tez-tez nəzarət edin.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 24272   Tarix: 06 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəmi 20 dəqiqəlik yuxu beynin işini dəyişə bilər

Araşdırmalar göstərir ki, gün ərzində edilən qısa müddətli gündüz yuxuları (mürgüləmə) zehni fəaliyyətə əhəmiyyətli faydalar verə bilər. Ölkə.az xəbər verir ki, alimlərin fikrincə, 20-30 dəqiqə davam edən qısa mürgüləmələr diqqəti artırmağa, yaddaşı gücləndirməyə və öyrənilən məlumatların daha yaxş

3 iyun
.

Günəbaxan toxumu, yoxsa qoz: Beyin sağlamlığı üçün hansı daha faydalıdır?

Günəbaxan tumu və qoz beyin sağlamlığına və ümumi orqanizm fəaliyyətinə faydalı olan yüksək qidalı məhsullar hesab edilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" nəşri yazır. Məqalədə qeyd olunur ki, hər iki məhsul faydalı yağlar, xüsusilə omeqa-3 yağ turşuları, antioksidantlar

25 may
.

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir. xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanların əhəmiyyətli hissəsi 100 yaşdan çox ömür sürür. Mütəxəssislər bunu əsasən təz

2 iyun
.

Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir. Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürə

31 may
.

"NBC News": Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər

Pentaqon İsrailin ABŞ-yə qarşı kəşfiyyat fəaliyyətinin güclənməsindən narahatdır. "Report" xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən kanalı yayıb. Onların sözlərinə görə, son həftələrdə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (DIA) İranla müharibədə sonrakı addımlarl

6 iyun
.

Yayda bəzi ayaqqabıları geyinmək təhlükəlidir - Ortopeddən xəbərdarlıq

"Yay ayaqqabısının düzgün seçilməməsi sağlamlıq üçün mənfi nəticələrə yol aça bilər". xəbər verir ki, bunu -ya rusiyalı travmatoloq-ortoped Antonina Zavadskaya deyib. Həkimin sözlərinə görə, yay üçün ayaqqabı seçərkən ortopedik xəstəliklərdən və zədələnmə riskindən qorunmaq üçün onun konstruksiyasın

7 iyun
.

Acqarına qəhvə içməyin orqanizmə görünməyən mənfi təsirləri açıqlandı

"Xüsusilə yuxusuzluq zamanı acqarına qəhvə içmək stres hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə sinir və ürək-damar sistemlərinə, eləcə də bütövlükdə orqanizmə mənfi təsir göstərir". xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq İnna Filatova nəşrinə açıqlamasında bildirib. Həki

2 iyun
.

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. xəbər verir ki, əksər hallarda nəzərəçarpan damarlar orqanizmin çəki dəyişikliyi, fiziki aktivlik, isti hava v

31 may
.

İsti duş xərçəngi aşkar etməyə kömək edə bilər

Həkimlər su prosedurları zamanı öz vəziyyətinizi izləməyi tövsiyə edirlər - bu, orqanizmdəki problemləri vaxtında aşkar etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər isti duşun leykoz və ya qan xərçənginin qeyri-adi göstəricilərindən biri ola biləcəyini hesab edirlər

24 may