Paşinyandan etiraf: "Ermənistan Avropa İttifaqına üzv olmağa hazır deyil"

Paşinyandan etiraf: "Ermənistan Avropa İttifaqına üzv olmağa hazır deyil"Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hələlik Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusu almağa hazır olmadığını etiraf edib.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

"Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq barədə referendum o zaman keçiriləcək ki, bunun üçün hədəf olsun. Bunun üçün isə Ermənistan azı Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etməli və ya Aİ-yə üzvlüyə namizəd statusuna malik olmalıdır, hazırda isə bunların heç biri yoxdur, çünki biz obyektiv olaraq hazırkı məqamda buna hazır deyilik. Biz bilirik ki, bu statusa hazır deyilik, islahatlar aparmalıyıq", - deyə o qeyd edib.

Bununla belə, Ermənistanın baş naziri İrəvanın islahatları mümkün qədər tez həyata keçirməyə çalışacağını göstərib.

Paşinyan, həmçinin bəyan edib ki, Ermənistanı Aİİ-yə üzvlükdən məhrum edə bilməzlər. "Aİİ bütün qərarları konsensus əsasında qəbul edir və buna görə də Ermənistanın veto hüququ var", - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanda iyunun 7-də parlament seçkisi keçirilir. Seçkidə 18 siyasi qüvvə - baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi Partiyası, həmçinin Robert Koçaryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" bloku və Narek Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" bloku da daxil olmaqla, 16 partiya və iki partiya bloku iştirak edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1752   Tarix: 07 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv

16 sentyabr
.

Körfəz dövlətləri ABŞ-ın etibarlılığını şübhə altına alır

Yaxın Şərqdəki münaqişə fonunda Körfəz ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığını şübhə altına almağa başlayıblar. xəbər verir ki, ABŞ-ın münaqişəyə İsrail tərəfində girməsi, lakin nəticələrini aradan qaldıra bilməməsi region dövlətləri üçün gözlənilməz olub. Məqaləyə görə, Fars körfəz

15 sentyabr
.

"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir

ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı

13 sentyabr
.

Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?

Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd

17 sentyabr
.

Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı

Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri

17 sentyabr
.

Kaliforniyada salmonella epidemiyası qeydə alınıb

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) xəstəliyi fonunda "Happy Hens" yumurtalarını istehla

13 sentyabr
.

ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır

ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu

14 sentyabr
.

Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?

Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11

16 sentyabr
.

Seul Hörmüz boğazına hərbçi göndərməyəcək

Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy

18 sentyabr