Ən xəyanətkar və sadiq bürclər görün hansılardır

Ən xəyanətkar və sadiq bürclər görün hansılardırKişi və sədaqət sözü – bəlkə də bir-birinə qətiyyən "sinonim" olmayacaq qədər uzaq anlayışlardır.

Güclü cinsin xəyanəti o qədər alışılmış bir həyat hadisəsidir ki, hətta bunsuz onları təsəvvür etmək belə çətindir. Ən sadiq kişinin də həyatından xəyanət xətti keçib. "Heç xəyanət etmisinizmi?" sualı, yəqin ki, ən qaraqabaq kişinin də gülüşünə səbəb ola bilər. Dünya şərq ölkələrinin poliqamiyaya meyilli olduğunu daim iddia etsə də, "sarı qitə"nin də kişiləri xəyanət məsələsində olsa-olsa azacıq geridə qala bilərlər. Amma maraqlıdır, görəsən, hansı bürcün kişiləri daha çox xəyanətə meyillidirlər? Yəni ola bilməz ki, bu kişilərin hamısı bir qısa ətəyin badına getsin?! Elə isə bürclərin sandığını açaq:

Ən xəyanətkar bürc oxatanlardır. Bu bürc xəyanət etməsi bir yana, həm də xəyanətə uğrayan qadından onu olduğu kimi qəbul etməyi tələb edir. Əməllərini qətiyyən gizlətmir, hətta bu əməlləri kişinin yaraşığı hesab edir. Üstəlik düşünür ki, Tanrı bütün gözəlləri onun üçün yaradıb və hamısının da "dad"ına baxmaq lazımdır.

İkincilik dolçalarındır. Bu bürc həm də özündənrazıdır. "Belə də olmalıdır" düşüncəsi dolçalar üçün də yad deyil. Xəyanət etmək üçün birlikdə olduqları qadının üzündə çıxan kiçik civzə bəhanəsi kifayət edər. Qüsursuz qadın axtarışı yolunda həyatlarını qurban verərlər.
Oğlaq kişilər də xəyanətə gündəlik tələbat kimi baxırlar. Dərin dekolte, qısa ətək, qırmızı dodaq onları ən mötəbər vəzifə kürsüsündən belə imtina etdirə bilər. Qadın gözəlliyi bu bürcdən olan kişiləri kölgə kimi sürünməyə vadar edir.

Tərəzilər balansı cismani sevgidə nisbətən qoruyan olurlar. Gözəlliyə yad deyillər, amma hər gözəlin də yatağına atılmazlar. Ölçüb-biçmək bu bürcün anadangəlmə cəhətidir. Xəyanət hədəfi olan qadını tanımadan onu yaxına buraxmaz. Ehtiyatı əldən verməyən igidlərdir.

Əqrəblər diqqət mərkəzində olmağı sevirlər, ehtiraslı kişilərdir. Onları bir qadın qane etmir. Amma əqrəblərdən çox da narahat olmağa dəyməz. Hər halda "aranı-turanı gəzib" yenə də evə qayıdacaqlar.

Tərəzi kişilər seksual intriqaları sevirlər. Amma ailəni riskə atmazlar. Onlar bir ömür boyu məhəbət üçbucağını – həyat yoldaşından əlavə məşuqəni də rahat yola verə bilərlər, heç şeytanın da bu ilişkidən xəbəri olmaz.

Balıq kişilər təbiətcə "sürüşkən"dirlər. Neynəsinlər, belə yaranıblar. Amma onlara uyğun "akvarium" tapıldımı, elə onunla da kifayətlənə bilərlər. Odur ki, "balığ"ı olan qadınlar torlarını hazır etsinlər ki, yad su hövzələrinə üzüb keçmənin qarşısını ala bilsinlər.
Qoçlar çılğın və ehtiraslı olsalar da məhəbbətlərini hər qadına yönəltməzlər. Təbii ki, həyatlarının sevgisini tapana qədər çox var-gəl edəcəklər. Amma o "bir dənə" tapıldımı, onun sevgisi, maddi rahatlığı üçün o qədər dəridən-qabıqdan çıxacaqlar ki, xəyanət yada düşməyəcək.

Buğalar gözəlliyi qiymətləndirən olurlar. Sözün maddi mənasında! Qazancının müəyyən hissəsini hansısa gözələ müvəqqəti xərcləyə bilər. Amma bu, daimi olmaz. Ailə mühiti onlar üçün çox önəmlidir.

Əkizlər çox ünsiyyətcildirlər. Xüsusən də əks cinslə. Xeyli qadın rəfiqələri ola bilər. Amma ikili təbiətləri "eşq-məşq" məsələsində tərəddüd etiyindən, hələm-hələm rəfiqələri sevgiliyə çevirməyə cəsarətləri çatmır. Amma çatdığı məqamlar da az olmur.
Xərçəng kişilər cismani məhəbbətdən çox, mənəvi duyğulara önəm verirlər. Ümumilikdə xəyanətkar deyillər. Onların həyat yoldaşları rahat nəfəs ala bilərlər. Amma çox da rahatlanmasınlar. Xərçəng kişi kənarda aşiq olduğu qadından ötrü övladlarından da vaz keçə bilər.

Şirlər təbiətcə özlərinə vurğun və tirandırlar. Onlar yaxşı bilirlər ki, hər "ceyran", "dovşan" belə tiranlığa dözə bilməz. Odur ki, gözəl heyvancığazları müvəqqəti dişlərinə çəkərlər. "Dişi aslan" peyda olanda bir ömür xoşbəxt sevgini üstün tutarlar.

Belə pis çıxmasın: Qız kişilər! Həə, deyəsən qız təbiətinin romantikliyi bu bürcə siraət edib. Kişilər arasında ən romantikləri bu bürcün daşıyıcılarıdır. "Qız" təbiəti istənilən halda öz sözünü deyir: hər əks cinsə aldanmaz, qəlbində yer etməzlər. Seksual təmkinlilik onların əsas cəhətlərindəndir. Gözəl qadınlara baxmağı sevirlər, amma "tək və yeganə məhəbbət"i tapdılarmı, heç bir gözəl bu bürcdən olan kişiləri yoldan çıxara bilməz.

Amma bir həqiqəti də unutmaq olmaz: ən xəyanətkar, lovelas kişi də həqiqi məhəbbətin köləsidir!azxeber.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5333   Tarix: 25 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021