DİQQƏT! Ramazandan sonra...

DİQQƏT! Ramazandan sonra...Ayların sultanı Ramazanı yola salmaqdayıq. Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramının bir başqa önəmi var. Bayram süfrələri, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər.

Bir ay oruc vəziyyətinə öyrəşmiş mədəmiz yenidən qidaların "hücumuna" məruz qalır.

Oruc qrafikində qidalanan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir? Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizmi bundan sonra əvvəlki vərdişinə qaytarmaq üçün nələr edilməlidir? Orqanizmin əvvəlki gücünü necə bərpa etmək olar?
Sonxeber.az Ramazandan sonra düzgün və sağlam qidalanmağın yollarından yazacaq.

Orqanizmi birdən-birə alışdırmaq olmaz

Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə geri dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər. İlk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 5-6 pay şəklində hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları qəbul etmək məsləhətdir. Bu həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər.

Mütəxəssislər bildirirlər ki, bir ay boyunca gündüz saatlarında aclığa öyrəşən bədənin normal yemək nizamına alışması üçün ən az 9 gün lazımdır. Bu müddət ərzində naharların yüngül, günorta yeməklərinin isə az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Mədəni yoran, ağır həzm edilən qidalardan çəkinmək məsləhətdir. Maye qəbuluna da fikir vermək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. İnsan orqanizminin Ramazandan sonra tam normal vəziyyətə düşməsi üçün 3 həftə vaxt lazımdır. Bu vaxt ərzində qida qəbuluna ciddi fikir vermək lazımdır. Əks halda artıq çəki problemi ilə üz-üzə qalassız. Ən çox süd-qatıq-pendir, ət-balıq-toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidalar istehlak edilməlidir.

Nələrə diqqət etməli?

Ramazan ayında iftar yeməklərində, ümumiyyətlə, insanlar uzun sürən aclıqdan sonra qırmızı ət, çörək, plov, makaron, xəmir xörəkləri, şirni, kimi karbohidrat və zülalla zəngin qidaları seçirlər. Tərəvəz və meyvə kimi lif nisbəti yüksək, ancaq enerji dəyəri daha aşağı olan qidalardan uzaq durur, ya da az qəbul edirlər. Bu da həzm sistemində müəyyən problemlərin yaranmasına, qəbizlik və sürətli çəki artımlarına səbəb olur. Ramazan bayramında bu problemlərdən yaxa qurtarmaq üçün karbohidrat və zülalla zəngin bəslənmə yerinə tərəvəz, meyvə tipli məhsulları seçmək və nizamlı qidalanmaq lazımdır.

Ramazandan sonra normal qida rejiminə keçərkən xəmir xörəkləri, qızartmalı yeməklər və şirniyyatların qəbuluna ciddi fikir vermək lazımdır. Orucluq ayında boş qalmağa vərdiş edən mədə üçün çox qida qəbulu ağır olur. Həzm sistemi yüklənilir, nəticədə bulanma, turşuma, qıcqırma kimi hallar müşahidə edilir. Ona görə də, bayram süfrəsində oturduğunuz zaman yeyə biləcəyiniz miqdarda qida qəbul etmək lazımdır.

Şəkərli məhsullardan çox istifadə etmək olmaz

Ramazan Bayramı boyunca şərbətli şirniyyat və şokolad istehlakı artar. Bu cür qidalar – şəkər, yağ, unlu məmulatlar qanda şəkərin miqdarını sürətlə artırır, kaloriləri də çox yüksəkdir. Bayramda nəfisi nəzarətdə saxlamağı da unutmaq olmaz. Bədənə boş enerji verən şokolad və şirnilərdən çox istifadə edilməməlidir. Yağlı şokoladın və həzmi çətin olan şirniyyatların çox istehlak edilməsi həzm sisteminin fəaliyyətinin pozulmasına, qusmağa və ishala səbəb ola bilər.

Ramazandan sonra qatı marqarin, kərəyağı, krem, mayonez, çipsi, souslar və s. kimi enerji dəyəri yüksək, heç bir bəsləyici dəyəri olmayan yağlı, qızartma və qovurma yeməklərdən çəkinməkdə fayda var. Şəkər və şəkərli qidalar (bal, cem, hazır meyvə suları, qazlı içkilər, şirnilər və s.) qana tez qarışarlar. Nəticədə qanda şəkərin miqdarı sürətlə yüksələr və sağlamlığa zərərli ola bilər.

Ramazandan sonrakı menyuda nələr olmalıdır?

Ramazan ayı boyunca balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır. Gündə iki pay qida istehlakına mədə və bağırsaq sistemi də uyğunlaşmağa başlayır. Ramazan ayının sona çatmasıyla birlikdə psixoloji olaraq həddindən artıq yemək yemə meyli müşahidə edilir. Səhhətinizdə müəyyən problemlərin yaranmaması üçün köhnə bəslənmə vərdişinə asta şəkildə dönmək lazımdır. Bayram səhəri, günə yüngül bir nahar edilərək başlanmalıdır.

Naharda: pendir, zeytun, pomidor, xiyar, cem, bal ya da bəkməz, kəpək çörək, yumurta, süd, meyvə kimi yüngül qidalar yeyilməlidir. Yeməklər birdən-birə və çox miqdarda deyil, gün ərzində az miqdarlarda hissə-hissə istehlak edilməlidir. Pay nizamı 3 ana pay, 3 ara pay şəklində nizamlanmalıdır. Gün ərzində 2-2,5 litr maye içilməlidir. Çay, qəhvə, kolalı içkilər yerinə su, ayran, kompot, meyvə şirəsi seçilməlidir. Günorta şorba, ətli tərəvəz yeməyi, qatıq/ayran, kəpək çörək; Axşam yeməyində qızartma (sobada ya da qaynadılmış) ət/toyuq/balıq, salat, qatıq və ya kəpək çörək, kəpəkli makaron və ya yarma plovu kimi məhsullar seçilsə daha yaxşı olar.

Lifli qidaların (paxlalı bitkilər, xurma, göyərti, meyvə) istehlakı artırılmalıdır. Belə qidalar qan şəkərini, qan təzyiqini (təzyiqi) və qan xolesterolunu istənilən səviyyədə nəzarətdə saxlamağa kömək edər. Mədədə su ilə birlikdə şişərlər, toxluq hissi yaradarlar. Qəbizlik şikayəti varsa, həll olunar, beləliklə kilo verməyə də yardımçı olarlar. Lifli məhsulların qalın bağırsaq xərçəngindən qoruyucu təsirləri də mövcuddur. Buğda çörəyi yerinə kəpək, çovdar, yulaf çörəyini; düyü yerinə yarma seçməkdə fayda vardır. Hətta düyü, makaron, əriştə və unun da kəpəkli olanlarını istifadə etmək daha sağlamdır. Tərəvəz və meyvələrdən tez-tez istifadə edilməlidir. Soyulmadan yeyilə bilənləri yaxşıca yuduqdan sonra qabıqları ilə istehlak etmək həmişə faydalıdır.

Kökəlmə riskini necə azaltmalı?

Həkimlər insanları orucdan sonra normal bəslənmə rejiminə keçərkən diqqətli olmağa çağırırlar. Orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək, xüsusilə ağır yeməklərdən istifadə etmək ürəkdə və həzm sistemində problemlər yarada bilər. Ramazandan sonra insanda çox yemə istəyi artmağa başlayır, bu da orqanizmi artıq çəki problemi ilə üz-üzə qoyur. Ramazan bayramında insanların çəkisini artıran səbəblər bunlardır:
– Xeyli miqdarda şəkərli çay və qəhvə içmək;
– Unlu məmulatlardan çox istifadə;
– Şəkər və şirni istehlakını artırmaq;

Artıq çəkidən yayınmaq üçün mütəxəssislər insanları qida seçimində diqqətli olmağa çağırırlar. Bayramda nahar, günorta və axşam yeməyindən imtina edilməməlidir. Naharda qızartma, sosiska, kolbasa kimi yağlı və duzlu yeməklərin qəbulundan çəkinməli, pendir, yumurta, pomidor, xiyar kimi məhsullara üstünlük verilməlidir. Günorta yeməkləri üçün şorba, ayran, salat, qatıq və tərəvəz yeməklərindən istifadə etmək lazımdır. Axşam menyusu isə sadə və yüngül olmalıdır. Yatmadan 2 saat əvvələ qədər yemək- içmək işini bitirmək vacibdir.

Sonda bütün müsəlmanların Ramazan bayramını təbrik edirik. Uca Yaradanın sınağından həmişə fəxarətlə çıxmağı, sağlam yaşamağı diləyirik.
mənbə: A24.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1613   Tarix: 25 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021