Ermənilərin vəhşicəsinə öldürdüyü 2 yaşlı Zəhranın xəbərinə hansı məşhurlar biganə yanaşdı? - Onları tanıyaq (ADLAR)
Ötən gün Ermənistan tərəfinin təxribatı nəticəsində həlak olan 2015-ci il təvəllüdlü Zəhra ilə bağlı məlumatlar ölkənin əsas xəbər başlığına çevrilib.
Bu cür hadisələr zamanı daha çox həmin ölkənin məşhurları məsələni gündəmdə saxlamağa üstünlük verirlər. Onlar öz profil şəkilləri vasitəsi ilə və ya paylaşımları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışırlar.
Bəs görəsən bizim məşhurlardan kimlər 2 yaşlı Zəhranın ölümünə necə yanaşıb? Onlar arasından kimlər bu hadisəni görməzdən gəlir?
Ölkəmizdə böyük populyarlığa sahib olan Röya Ayxandan başladıq. Zəhranın fotosunu paylaşmayan məşhurlardan biri olan Röya bu gün özünün və oğlunun şəklini paylaşıb. O hamam paltarında fotosunu yayıb və bütün ölkənin gündəmi olan məsələyə reaksiya bildirməyib.
Müğənni Aysel Əlizadə də ölkə gündəmindən didərgin düşən müğənnilərdəndir. Xanım müğənni ölkəmiz üçün önəmli olan günlərdə, ümummilli hadisələr haqqında bircə dəfə belə paylaşım etməyib. O özü şəklini paylaşıb.
"Xəzər" TV-nin ən reytinqli verilişinin aparıcıları olan Sevil-Sevinc bacıları da qulaqlarını və gözlərini yuman məşhurlardandılar. Onlar da bu gün Zəhranın şəklinin yerinə gəlinlərinin şəkilini paylaşıblar. "İnstagram"da 1 milyona yaxın izləyicisi olan bacılar körpənin ölümünə vaxt ayırmağı özlərinə sığışdırmayıblar.
Başı film çəkilişinə qarışan və Azərbaycan dilində ala-yarımçıq danışa bilən müğənni Nigar Camalda susanlar arasındadır. "Eurovision"da ölkəmizi təmsil edərək qalib gələn müğənni dostluğunda olan avropalı sənətçilərə bu hadisə ilə bağlı məlumat verməyin yerinə çəkiliş meydançasından çəkilən şəklini paylaşıb.
Bu günkü hadisəyə qulağını və gözünü yumanlar arasında aparıcı Vüsalə Əlizadə də var. ATV-dəki xəbərlər deportamentinin gün ərzində hazırladığı Zəhra xəbərləri görünür Vüsalə xanımın qulağına çatmayıb. O hər zaman olduğu kimi özünü izləyicilərinə nümayiş etdirib.
Onu da qeyd edək ki, gün ərzində Zəhranın fotolarını öz sosial şəbəkə hesablarında paylaşan məşhurlar da olub. Onlar arasında prodüser Tarix Əliyev, müğənni Aybəniz Haşımova, Aşıq Namiq, Elvin Abdullayev, Nadir Qafarzadə, Günay İbrahimli, Aygün Kazımova, Çinarə Məlikzadə, Müşfiq Şahverdiyev rəqqasə Fatimə Fətəliyeva və başqalarının adını çəkmək olar.



Mənbə:azxeber.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA