Yıxılıb öldüyü deyilən Azərbaycanın tanınmış universitetinin tələbəsinin necə öldürüldüyünə ŞOK OLACAQSINIZ

Yıxılıb öldüyü deyilən Azərbaycanın tanınmış universitetinin tələbəsinin necə öldürüldüyünə ŞOK OLACAQSINIZ(DİN) Memarlıq və İnşaat Universitetinin tələbəsinin qətli ilə bağlı rəsmi məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-də saat 8:00 radələrində Nəsimi Rayon Polis İdarəsi (RPİ) Post-Patrul Xidmətinin əməkdaşları F.Əmirov küçəsindən ağır vəziyyətdə olan yaralını Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılmasını təmin edib, bu barədə RPİ-nin Növbətçi Hissəsinə məlumat veriblər. İlkin ehtimallara görə, həmin şəxsi avtomobil vurub.
Dərhal əməliyyatçılar xəstəxanaya yollanıblar. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalarla onun Qusar rayon sakini Samir Mehdiyev olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.
22-ci Polis Bölməsinin əməliyyat qrupu hadisə yerində keçirdiyi tədbirlərlə orada 3 nəfər arasında dava-dalaş olması, onlardan ikisinin digər 1 nəfəri döyməsi barədə məlumat əldə edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişənin digər iştirakçıları müəyyən edilərək saxlanılıb, 22-ci Polis Bölməsinə gətiriliblər.
Araşdırmalarla onların əvvəllər məhkum olunublar - Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov olmaları müəyyən edilib.
Ətraflarında aparılmış tədbirlərlə şübhəli şəxslərin tikinti şirkətlərindən birinin ərazisindən oğurluq etməyə cəhd göstərdikləri zaman aralarında yaranmış münaqişə zəminində orada gözətçi işləyən S.Mehdiyevi döymələri və ağır yaralı vəziyyətdə hadisə yerində qoyub qaçmaları müəyyən edilib.
Faktla əlaqədar başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Qeyd edək ki, S.Mehdiyev Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4062   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Tovuzda sevgilisini yandıran oğlan həbs edildi

Tanışının ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Tovuz rayon prokurorluğundan -a verilən məlumata görə, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğun

1 may
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

5 may
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel