Çempionun müəmmalı intiharı - Dostları onu aeroportda gözləyirdi

Çempionun müəmmalı intiharı - Dostları onu aeroportda gözləyirdiDünən mətbuatda sambo üzrə Avropa çempionu Rəşad Dünyamalıyevin intiharı ilə bağlı xəbərlər yayılıb. Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə iyulun 4-də 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun Binəqədi qəsəbəsində yaşadığı həyət evində baş verib. 18 yaşlı idmançı səhər saatlarında həyətədəki turnikdən özünü asaraq həyatına son qoyub.

57 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad hadisə baş verən gün sambo üzrə Azərbaycan yığmasının heyətində Qazaxıstanda keçirilən Nursultan Nazarbayev turnirinə qatılmalı imiş. Belə ki, Azərbaycan yığmasının üzvləri və məşqçilər səhər saatlarında toplaşıblar və Rəşadın da gəlib çıxmasını gözləyiblər. Artıq təyyarəyə gecikəcəklərini gördükdə, onlar idmançılardan birini Rəşadgilin evinə göndəriblər və dəhşətli mənzərə ortaya çıxıb.

Bildirilir ki, hadisə baş verən gün Rəşad evdə tək olub. Səhər saatlarında anası işə gedərkən onu oyadıb. Rəşad isə hazırlanıb aeroporta gedəcəyini deyərək anasını yola salıb. Evin tək oğul övladı olan Rəşadın bacısı da həmin vaxt işdə olub.

Rəşad Dünyamalıyevin şəxsi məşqçisi, tanınmış hakim Cabir İsmayılov hadisə barəsində bunları deyib: "Onu çox gözlədik, artıq təyyarəyə gecikirdik və belə bir məlumat gəldi. Qazaxıstana çatanda hamı bizə başsağlığı verirdi. Mənim üçün çox ağırdır. 5 yaşından əlimdə böyüyən uşaqdır. 2 dəfə Avropa Çempionu olub. Bir dəfə Dünya ikincisi olub. Rəşad 7-8 dəfə Azərbaycan çempionu olmuşdu, ona böyük ümidlər bəsləyirdik. Buna görə də əsas yığmaya dəvət etmişdik ki, onu Qazaxıstanda da yoxlayaq".

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2277   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

3 may
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır. Qeyd edək ki

2 may
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29 aprel