Rövnəq Abdullayev Nizami Piriyevi ələ saldı
"Zavodu tikib, sonra qazı fikirləşiblər"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "Qazprom" şirkəti tərəfindən "AzMeCo"ya satılacaq qazın nəqlini təmin edəcək.
Sonxeber.az Azadlıq qəzetinə istinadən bildirir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. "Bizim qaza ehtiyacımız yoxdur. Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Metanol zavodu tikilir. Bu zavod bizimlə uzunmüddətli qaz müqaviləsi imzalamayıb. Ona görə də, bizim o zavod üçün resursumuz yoxdur. Günah onların ("AzMeCo") özündədir ki, zavodu tikib, sonra qazı fikirləşiblər", - deyə R. Abdullayev qeyd edib.
SOCAR prezidenti qeyd edib ki, o, "AzMeCo"nun "Qazprom"dan qaz almasına etiraz etməyib. Bununla yanaşı, Rövnəq Abdullayev bildirib ki, metanol istehsalçısının "Qazprom"dan qaz alması "normal haldır".
Qeyd edək ki, "AzMeCo"nun sahibi Nizami Piriyev kredit qalmaqalına görə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılmışdı. Onun Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü bildirilirdi. Sonradan Nizami Piriyev sərbəst buraxıldı. Onun kredit borcunu ödədiyinə görə sərbəst buraxıldığı deyilirdi.
Onu da bildirək ki, "Metanol" zavodu inşa olunarkən Azərbaycan hakimiyyəti bunu xüsusi təntənə ilə təqdim edirdi. Zavodun açılışında Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1229 Tarix: 15 iyul 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəlbəcərə 11 sm qar yağdı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi rayonlarında hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudd
16 dekabrQəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d
15 dekabrDTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye
15 dekabrXətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...
Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy
16 dekabrNazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs
15 dekabrBir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto
Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qarasu kənd sakini 22 yaşlı Məleykə Nurməmmədova mərkəzi rayon xəstəxanasında bir neçə gün əvvəl ginekoloji kista əməliyyatı edilib. Bu gün xəstəxanada onun vəziyyəti kəskin pisləşi
16 dekabrBəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən
15 dekabrCəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
16 dekabr