Pensiyalarla bağlı əhaliyə mühüm xəbər

Pensiyalarla bağlı əhaliyə mühüm xəbərHesablama Palatasının Kollegiyası 01.01.2016-01.01.2017-ci il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan Trend-ə verilən məlumata görə, sığortaedənlərin və sığortaolunanların qeydiyyatı və uçotu əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb, 01.01.2017-ci il tarixə şöbədə 6055-nin fəaliyyəti olmaqla cəmi 12379 təsərrüfat subyekti, o cümlədən büdcə sektoru üzrə 34-nün fəaliyyəti olmaqla 40, qeyri-büdcə sektoru üzrə 413-nün fəaliyyəti olmaqla 1036 hüquqi şəxs, 5608-nin fəaliyyəti olmaqla 11303 fiziki şəxs qeydiyyatda olub.

Auditə təqdim olunmuş məlumatlara əsasən, 2016-cı il ərzində şöbədə qeydiyyatda olan və fəaliyyət göstərən sığortaedənlər tərəfindən 18557,6 min manat həcmində əmək ödənişi və gəlirlər hesablanıb ki, bunun da 37,2 min manatı və ya 0,2%-i məcburi dövlət sosial sığortasına cəlb edilməyən, 18520,4 min manatı və ya 99,8%-i məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirlər olub, məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 5303,6 min manat təşkil edib.

Əmək pensiyalarının təyinatı və ödənişi araşdırılarkən müəyyən edilib ki, audit olunan dövr ərzində 1190 yeni pensiya təyinatı aparılıb, 171 nəfər əmək pensiyaçısı pensiyanın bir növündən digər növünə keçirilib, 33 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 72 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar Fondun digər şöbələrinə göndərilib, 897 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb.

Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması ətraflı araşdırılmadan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Müvafiq məlumatlara əsasən, 01.01.2016-cı il tarixdən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə həyata keçirilməsinə başlanılanadək 698 ÜSY təyinatı aparılıb, həmin dövr ərzində 59 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb. Araşdırma zamanı müəyyən edilib ki, bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib, müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalıb, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb.

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən, Gəncə şəhəri üzrə 1336 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb. Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə Nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 53 ÜSY işi üzrə monitoriq təşkil edilib. Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, müraciət etmiş ailənin tam fərqli ünvanda yaşaması və ya qeydiyyat ünvanında ailəni tanımayan vətəndaşların yaşaması, ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin güzəştlər qismində sosial müavinət alan şəxslərin VEMTAS tərəfindən üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi ümumi nöqsanlarla yanaşı, ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri eyni ünvan və eyni elektrik sayğacı nömrəsinin, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

31.12.2016-cı il tarixə Gəncə şəhəri üzrə dövlət büdcəsindən maliyyələşən 14077 aylıq sosial müavinət, təqaüd və kompensasiya işi olub. Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin, o cümlədən etibarlılıq müddəti bitmiş şəxsiyyəti təsdiq edən sənədlərin yenisinin surətlərinin əlavə edilməməsi halları aşkar edilib. Mərkəzdə real vaxt rejimində fəaliyyət göstərən proqram təminatında bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, sosial müavinət alan şəxsin yaşayış yerinin dəyişməsi və yaxud əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sosial müavinət işlərinin köçməsinin qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub, müavinət alanların şəxsiyyət vəsiqələrində göstərilən "FİN kod"lar bir sıra hallarda proqram təminatına işlənilməyib.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə şöbəyə Kollegiya qərarının surəti və müvafiq Təqdimat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4791   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

1 may
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30 aprel
.

Qarabağda ermənilər üçün ayrıca məktəblər AÇILACAQ? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə azsayda olsa da ermənilər yaşayır. Ö cümlədən həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Bir məsələ var ki, burada hər iki tərəfin təhsil məsələsi var. İlkin vaxtlarda məlum neçə illiyin düşmənçiliyidə var. Çünk

1 may
.

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

İrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağ

1 may
.

İllər sonra "Arşın mal alan" filminin çəkilişindən olan NADİR FOTOLAR üzə çıxdı - VİDEO

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti kino-rejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub. AzTV-də yayımlanan "Telesəhər" verilişindəki süjetdə aşkar olunan fotosənədi

30 aprel
.

"McDonald's Azərbaycan" internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO

Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya üçün həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb. Belə layihələrdən biri də "McDonald’s Azərbaycan"ın "Care Group" ilə birgə həyata keçirdiyi "Eco-Ambassadors" təşəbbüsüdür

1 may
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər a

1 may
.

Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb. Qeyd edək ki, o, 2018-

1 may
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30 aprel