Son dəqiqə! "Qarabağda müharibə..."

Azərbaycanla müharibə qaçılmaz məsələyə çevrilib. Hər şey, hər hadisə bizi addım-addım buna aparır.
Ermənistanın tanınmış siyasi analitiklərindən biri, politologiya elmləri doktoru Hayk Martirosyan 1İn-ə verdiyi müsaşibəsində belə deyib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar bir neçə ay, bir il və ya bir neçə il sonra başlana bilər.

"Dağlıq Qarabağda müharibənin yenidən alovlanmayacağını düşünən mütəxəssislərin Ermənistanda və ya dünyada qaldığını bilmirəm. Təbii ki, belələri yoxdur. Təbii ki, hər şey müharibəyə aparır, Azərbaycan da müharibəyə əla hazırlaşır. İllərdir ki, bunu deyirəm. Aprel ayındakı "dördgünlük müharibə" Azərbaycan üçün test oldu. Müəyyən mənada Azərbaycan bu testdən uğurla çıxdı, müəyyən mənada da problemlərini aşkarlaya bildi. Aprel döyüşlərindən sonra Azərbaycan hərb strategiyasını, texnikasını, yanaşma tərzini təkmilləşdirdi. Onlar savaşa hazırlaşırlar. Ermənistan rəhbərliyi də potensial hərbi əməliyyatlara, müharibəyə hazır olduğunu deyir, amma deyilənlərlə reallıq arasında çox böyük fərqlər var", - H.Martirosyan söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində Ermənistan prezidenti Serj Sarkisyanın tutduğu mövqe problemin sülh yolu ilə həllini praktiki olaraq mümkünsüz edib.

Bu səbəbdən də, yəni Ermənistanın mövqelərindən dolayı, rəsmi Bakı danışıqların potensialının tükənməkdə olduğunu düşünür.

"Bəs yaxşı, belədirsə, Ermənistan niyə danışıqlar aparır? Axı Sarkisyan aqressiv, sərt ritorikalı siyasəti seçibsə, heç bir alternativ varianta imkan qoymayıb. Suala cavabı bilmirəm. Daha doğrusu, bilirəm, amma kədərli məsələdir.

Əgər kimsə qarşısına nəyisə məqsəd qoyubsa və ya ikinci, üçüncü dərəcəli subyektiv məqsədlərə can atırsa, baş verənlər ölkə, dövlət və xalq üçün heç bir halda müsbət hal sayılmaz.

Di gəl, Ermənistan rəhbərliyi elə hey bəyan edir ki, "Müharibəyə hazırıq!"

Ermənistanda insanlar, cəmiyyət, sanki, yuxudadır. Apreldən xeyli keçib və hamı yenə hesab edir ki, hər şey olduğu kimi qalacaq. Savaş isə uzaqda deyil. Müharibə bir neçə ay, bir il və ya bir neçə il sonra başlaya bilər. Dəqiq heç nə deyə bilmərəm. Amma dəqiq bildiyim odur ki, müharibənin olmayacağını ehtiva edən variantı birmənalı nəzərdən keçirmirəm. Müharibə başlasa, Ermənistanın vəziyyətinin necə olacağını təsəvvür etmək belə, istəmirəm", - Hayk Martirosyan söyləyib.

H.Martirosyan əndişələrində haqlıdır.

Dağlıq Qarabağ münaqişəsinin çözüm yolları ilə bağlı Ermənistanda keçirilmiş son anonim rəy sorğusunun nəticələrinə görə, respondentlərin 36 faizi müharibədən çəkinmir. Rəyi soruşulanların 68 faizi isə tam əksinə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanmasını Ermənistan üçün böyük bəla sayırlar.

25-35 yaş arasında olan erməni respondentlərin 86 faizi "imkan düşən kimi Ermənistanı tərk etmək istərdim" söyləyib, sorğu iştirakçılarının 19 faizi isə Dağlıq Qarabağda müharibə başlarsa, hərbi əməliyyatlara qatılmamağa çalışacaqlarını deyiblər.
Son dəqiqə! "Qarabağda müharibə..."Son dəqiqə! "Qarabağda müharibə..."Mənbə: milli.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 9893   Tarix: 01 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir

Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 1-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çoxaylı qonaqları

1 iyun
.

Azərbaycanda keçirilən növbəti tədbir ölkəmizə böyük etimadın nümayişidir

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbiri

1 iyun
.

İlham Əliyev Trampın həmin hədiyyəsini Orra göstərdi - Video

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib. "Qafqazinfo" xəbər verir ki, bu, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin qüvvəsini

1 iyun
.

BMT baş katibinin müavini: "Azərbaycanla daha dərin əməkdaşlıq üçün zəmin yaranıb"

BMT baş katibinin müavini Amina Mohammed Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, Mohammed bu barədə "X" sosial şəbəkə hesabında yazıb. "Görüşdə Azərbaycanın COP29 Sədrliyi əsasında əldə etdiyi nailiyyətlərə söykənərək Ümumdünya Şəhərsalma Forumunun 13-c

28 may
.

Tarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye

9 iyun
.

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" orden

5 iyun
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl

8 iyun