Dünyanın ən soyuq 5 yeri: - 272 dərəcə

Dünyanın ən soyuq 5 yeri: - 272 dərəcəKainatda temperaturun çata biləcəyi ən aşağı hədd mütləq sıfır hesab olunur. Bu göstərici -273,15 dərəcə selsiyə bərabərdir və nəzəri olaraq maddənin hissəciklərinin maksimum dərəcədə hərəkətsiz olduğu vəziyyəti ifadə edir. Alimlər uzun illərdir bu sərhədə yaxın şəraitləri araşdırır və müəyyən ediblər ki, kainatda temperaturun demək olar ki, bu həddə çatdığı bölgələr mövcuddur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu günə qədər məlum olan ən soyuq yer Bumeranq Dumanlığı hesab edilir.

Burada temperatur təxminən -272 dərəcə selsiyə çatır. Bu isə mütləq sıfırdan cəmi 1,15 dərəcə yüksəkdir. Bumeranq Dumanlığı Kentavr Bürcü istiqamətində, Yer kürəsindən təxminən 5 min işıq ili uzaqlığında yerləşir. Bu obyekt protoplanetar dumanlıq kimi tanınır.

Buradakı qaz kütlələri son dərəcə sürətlə genişləndiyi üçün öz enerjisini itirir və nəticədə temperatur rekord dərəcədə aşağı düşür. Astronomlar bu prosesi təbii soyuma mexanizmi kimi qiymətləndirirlər.

Kainatın ən soyuq məkanları sırasında ikinci yeri Yer üzərindəki laboratoriyalarda yaradılan ultraaşağı temperaturlar tutur. Alimlər xüsusi lazer soyutma texnologiyaları vasitəsilə atomları mütləq sıfıra çox yaxın temperaturadək soyuda biliblər.

Bəzi eksperimentlərdə temperatur -273,14 dərəcə Selsiyə qədər endirilib. Lakin bu vəziyyət yalnız mikrosaniyələr ərzində saxlanıla bilir.

Üçüncü yerdə Ayın daim kölgədə qalan kraterləri qərarlaşıb. Günəş şüalarının heç vaxt çatmadığı bəzi bölgələrdə temperatur təxminən -233 dərəcə Selsiyə qədər enə bilir.

Dördüncü yeri isə Pluton planetinin qütb bölgələri tutur. Burada temperatur təxminən -230 dərəcə Selsi səviyyəsində dəyişir.

İlk beşliyi Mars planetinin qütbləri tamamlayır. Marsda qış mövsümündə temperatur -125 dərəcə Selsiyə qədər enə bilir.

Bir çox insan açıq kosmosun tamamilə donmuş bir mühit olduğunu düşünsə də, reallıq bir qədər fərqlidir. Kosmos vakuum olduğu üçün istilik əsasən şüalanma yolu ilə ötürülür. Günəş işığı almayan obyektlər təxminən -270 dərəcə Selsiyə qədər soyuyur. Bununla belə, eyni kosmik gəminin Günəşə baxan hissəsi +120 dərəcəyə qədər qızarkən, kölgədə qalan hissəsi -100 dərəcəyə qədər soyuya bilər.

Yer kürəsində qeydə alınmış ən aşağı temperatur isə Şərqi Antarktidada müşahidə olunub. 1983-cü ildə burada temperatur -89,2 dərəcə selsi olaraq qeydə alınıb. Bu göstərici insan həyatı üçün son dərəcə təhlükəli hesab olunur. Buna baxmayaraq, Bumeranq Dumanlığındakı temperatur Yer üzərindəki rekorddan təxminən üç dəfə aşağıdır.

Alimlər belə ekstremal soyuq şəraitləri öyrənməyə böyük maraq göstərirlər. Çünki temperatur mütləq sıfıra yaxınlaşdıqca maddənin davranışı dəyişir. Məsələn, helium mayesi həddindən artıq aşağı temperaturda superaxıcılıq xüsusiyyəti qazanır və demək olar ki, sürtünməsiz hərəkət edir. Bəzi materiallarda isə elektrik müqaviməti yox olur və superkeçiricilik yaranır.

Bu xüsusiyyətlər kvant kompüterlərinin hazırlanması, yeni texnologiyaların yaradılması və kainatın fundamental qanunlarının daha dərindən öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır. Buna görə də alimlər üçün soyuq təkcə maraqlı təbiət hadisəsi deyil, həm də gələcəyin texnologiyalarına aparan vacib açarlardan biri hesab olunur.

Mütəxəssislərin fikrincə, nəzəri olaraq Bumeranq Dumanlığından da soyuq bölgələr mövcud ola bilər. Məsələn, genişlənmənin ilkin mərhələsində olan bəzi qaz buludlarında daha aşağı temperatur formalaşa bilər. Lakin indiyədək belə obyektlər müşahidə olunmayıb və təsdiqlənməyib.

Eyni zamanda, mütləq sıfır temperaturunu tam şəkildə yaratmaq mümkün hesab edilmir. Fizika qanunlarına görə bu həddə çatmaq mümkün deyil, lakin ona çox yaxınlaşmaq mümkündür. Müasir laboratoriyalarda alimlər nanokelvin səviyyəsində temperatur əldə etməklə mütləq sıfıra rekord dərəcədə yaxınlaşmağa nail olurlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3819   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr