Təcili! Ermənistanın kabusu olan "Günəş alovu" CƏBHƏYƏ YERLƏŞDİRİLDİ: düşmən tir-tir əsir - VİDEO

Təcili! Ermənistanın kabusu olan "Günəş alovu" CƏBHƏYƏ YERLƏŞDİRİLDİ: düşmən tir-tir əsir - VİDEOAzərbaycan müdafiə naziri Zakir Həsənov ötən ay Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada hərbi əməliyyat təcrübəsinin regionda tətbiqi məsələsini müzakirə edib. Zakir Həsənov bunu "RİA Novosti" agentliyinə müsahibəsində də təsdiqlədi. Məsələnin Dağlıq Qarabağda mümkün müharibədən ibarət olduğu məlumdur, lakin Suriyada konkret hansı təcrübədən bəhs edildiyi müəmma olaraq qalır.
Rusiya Suriyadakı hərbi əməliyyatlarda TOS-1A "Günəş alovu" və TOS-1S odsaçan sistemlərindən mütəmadi olaraq istifadə edir. Bir neçə on kilometrlik məsafədəki hədəfləri məhv etmək gücünə sahib olan bu sistemlər lokal ərazilərdə müharibənin aparılmasında əvəzolunmaz silahlardır.
Hesab etmək olar ki, Suriya təcrübəsi dedikdə məhz bu sistemlərin Dağlıq Qarabağda mümkün tətbiqi nəzərdə tutulur. Çünki Azərbaycan Rusiyadan TOS-1A "Günəş alovu" və TOS-1S odsaçan sistemlərini alıb. Ötən ilin "aprel döyüşləri"ndə bu silahlar erməni hərbi birləşmələrinə ağır zərbələr endirdi. Bu ilin 10 iyulunda Rusiyada Bakıya gətirilən yeni silah partiyasında bu sistemlərin mərmiləri də var idi. Maraqlıdır ki, dəniz yolu ilə Bakı limanına gətirilən silahlar birbaşa cəbhə xəttinə göndərildi.

Həmin vaxt "1in.am" saytı yazırdı ki, bu, silah partiyasının Bakıya gətirilməsi Azərbaycanın hədəfini müəyyən edir: "Müharibəyə hazırlıq. Ermənistanın son hücumu (4 iyulda Ermənistan Füzulinin Alxanlı kəndində mülki əhaliyə hücum etdi – red.) görünür, bütün daşları yerindən oynatdı və Azərbaycan daha ağır zərbəyə hazırlaşır. Bu, həmçinin o deməkdir ki, Bakının son zərbəsi başlanğıcdır".
Ermənistan Rusiyanın Suriyadakı hərbi əməliyyat təcrübəsini Azərbaycanla bölüşməsindən də narahatdır.
Erməni siyasi şərhçi Akop Badalyan Rusiyanın Azərbaycana Qarabağı geri qaytarmağa kömək edəcəyini yazıb.
"TOS-1S və TOS-1A sistemləri adi raketlərdən iki dəfə güclüdür. Görünür, bu sistemlər regionda balansı Azərbaycanın xeyrinə dəyişib. Çünki Azərbaycanın bu sistemləri almasından dərhal sonra erməni tərəfi Rusiya ilə yeni silah krediti məsələsini müzakirə etməyə başladı. Görünür, Azərbaycan cavab olaraq bu sistemləri tətbiq edəcək", - Badalyan vurğulayıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3129   Tarix: 09 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021