AZAL kimi aldadır?

AZAL kimi aldadır?Ölkə başçısının 10 gün əvvəl səsləndirdiyi kəskin tənqidlər cavabsız qaldı.

"AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tiflisə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq".

Sonxeber.az anspress-ə istinadla bildirir ki, bu sözləri nəqliyyat üzrə ekpert Ərşad Hüseynov avqustun 1-dən "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin 30%-inə 20% endirim tətbiq edəcəyi barədə yaydığı xəbəri şərh edərkəndeyib.

Məsələ bundadır ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC bu addımı könüllü şəkildə atmayıb. AZAL-ın qiymətlərinin yüksək olması ilk dəfə iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilmişdi: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?".

Prezidentin bu cür kəskin çıxışının ciddi əsasları var. İndi Bakıdan hətta İstanbula uçmaq üçün Tiflisə üz tutanlar çoxdur. Səbəb aydındır, təyyarə biletlərinin qiymətində iki dəfəyə qədər fərq var. Məsələn, sabahkı tarixə - iyulun 23-ünə Bakıdan İstanbula bir baş gediş üçün Atatürk hava limanına ən ucuz bilet 192 avroya təklif edilir. Amma həmin tarixdə Tiflisdən Atatürk hava limanına gediş-gəliş biletini 166 avroya həll etmək mümkündür.

Səfəri bir az təxirə salıb avqustun 15-dən uçmağı qərara aldıqda isə gediş-gəliş biletini 144 avroya almaq olar. AZAL-da isə həmin tarix üçün İstanbulun Atatürk hava limanına bilet 280 avroya təklif edilir.

Bu, nəinki Azərbaycanın qərb bölgələrinin, hətta paytaxt Bakının sakinlərini belə xarici səfərlərə Gürcüstan paytaxtından getməyə meylləndirir. Bakıdan Tiflisə avtobusla gediş də elə baha deyil, 10-12 manata gecə saat 12-də avtobusa minib, səhər saat 09-də Tiflis hava limanına çatmaq mümkündür.

AZAL kimi aldadır?Bakı və Tiflisdən müxtəlif istigamətlərə olan reyslərin qiymələrinin müqayisəli cədvəli
(Qiymətlər avroda göstərilib)

Bəlkə də elə bu səbəbdəndir ki, iyulun 21-də qapalı kollegiya iclası keçirən "Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli sərnişindaşıma xəttinə avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın 1-dən isə Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə bu sıraya Moskva və Dubay reysləri də daxil olacaq. Aviaşirkət iddia edir ki, yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. AZAL-ın büdcəli uçuşları "Embraer" təyyarələri ilə həyata keçiriləcək.

AZAL-ın açıqlamasından belə aydın olur ki, sentyabrın 1-dən İstanbulun Atatürk hava limanına gediş-gəliş biletini 230 avroya əldə etmək mümkün olacaq. Məhz buna görə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov 20 faiz ucuzlaşmanı bazara təsir edəcək qədər yetərli saymır: "Bu, Tiflisə gedənlərin sayını azaltmayacaq. Sərnişinlərin bir qismi, xüsusilə də gənclər 10 manat aşağı qiymətə görə başqa ünvana üz tuta bilərlər. Burada isə yenə də 80 avroya qədər aşağı qiymətdən söhbət gedir".

Ekspertin fikrincə, sözügedən reyslərin biletlərinin 30 faizinə edilən endirimlər heç də sadə vətəndaşlara fayda verməyəcək: "Dövlət təşkilatları, bir sıra iri şirkətlər, ezamiyyətə gedən məmurlar məcburi şəkildə AZAL-ın xidmətlərindən istifadə etməlidirlər. Təbii ki, onlara ayrılan büdcə biletin ən aşağı qiymətinə uyğun gəlir. Bu məcburiyyət onları ən ucuz biletləri götürməyə vadar edəcək. Nəticədə, geniş sərnişin kütləsi bu ucuzlaşmadan yararlana bilməyəcək. Bütün bu problemlər AZAL-ın inhisarçı olmasından qaynaqlanır. "Azərbaycan Hava Yolları" QSC bazara daha ucuz qiymətə xidmət göstərən şirkətləri də buraxmalıdır ki, rəqabət durumu təmin edilsin".

Məşhur səyyah Azər Qərib isə öz AZAL-ın qapalı iclasından sonra yayılmış açıqlamanın möhtəkirliyə yol aça biləcəyinə diqqət çəkib. "Facebook" səhifəsində status yazan səyyah bildirib: "Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək. Həm də heç kim bilmir ki, 20% güzəşt hansı tarifdən ediləcək. Bəs, istinad etmək üçün vahid tariflər hardadır? Harda onunla tanış olmaq olar?" Azər Qərib öz statusunda Avropa istiqamətlərinə də aşağı büdcəli xətlərin tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Göründüyü kimi, "Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli sərnişindaşıma xətti yaratmaq niyyəti heç də ölkə başçısının iyulun 13-də səsləndirdiyi iradlara cavab vermir. Həm də ucuzlaşmanın yalnız İstanbul, Antalya, Moskva və Dubay reyslərinə deyil, Azərbaycan vətəndaşları arasında populyar olan Qərbi Avropa reyslərinə də şamil edilməsi çox vaciblir. Axı AZAL kimi aldadır?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1426   Tarix: 22 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO

Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara

17 dekabr
.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye

15 dekabr