Azərbaycanın bir addımlığına atom bombası ATILACAQ

ABŞ taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcək. Amerika hərbçiləri bunu ilk dəfə rəsmən təsdiq etdilər. Bəyanatı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva səsləndirdi.
Selva nə dedi?
Mitçellovsk Aerokosmik Tədqiqatlar İnstitutunun konfransında çıxış edən general bildirib ki, XXI əsrdə nüvə strategiyasının effektiv vasitələrdən biri kimi zəif nüvə döyüş sursatları olmalıdır.
"Belə döyüş vasitələri hazırlamaq və silahlanmaya daxil etmək lazımdır. Nüvə silahının tətbiqi dəhşətlidir. Amma biz düşmənin mümkün hərəkətlərinə səmərəli, elastik və çoxpilləli reaksiya vermək üçün müəyyən təlimatları və qaydaları xülasə etməliyik", - o bildirib.
Müzakirədə iştirak edən ekspertlər ona etiraz etdilər. Onlardan biri xatırladıb ki, indiki ölçülər üzrə "zəif" nüvə yükləri ABŞ-da hələ nüvə silahı yarışının lap əvvəlində var idi. Xüsusi halda, bu cür bombalar Xirosima və Naqasakidə tətbiq edilmişdi.
General cavabında bildirib ki, bu arqumentləri ilk dəfə eşitmir və onlarla razı deyil: "Biz ölkə rəhbərliyinə hərəkət variantlarının ən geniş dəstini göstərməliyik. Strateji sabitlik üçün masaya nə varsa hər şeyi qoymaq lazımdır: mühafizəkar yanaşmalardan yeni radikal metodlara qədər".
Onun sözlərinə görə, bu, Rusiyanın qarşısının alınması siyasətinin effektiv keçirilməsi üçün lazımdır. General həmçinin Çin, o cümlədən İran və Şimali Koreya kimi "yeni nüvə dövlətləri"in tərəfindən artan təhlükəyə diqqət çəkib.
Əsas bomba
ABŞ-ın taktik nüvə arsenallarının əsasını artıq uzun illərdir ki, B61 ailəsindən olan təyyarə bombaları təşkil edir. Bu silahın birinci versiyası 1968-ci ildə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib və döyüş sursatı o vaxtdan dəfələrlə müasirləşdirilib. Döyüş sursarının 11 versiyası var. 1997-ci ildə hazırlanmış son versiya xüsusi təyinata malikdir. O böyük dərinlikdəki obyektlərə zərbələr üçün nəzərdə tutulub. Onun maksimum qüvvəsi müxtəlif qiymətlərə görə, 340-400 kiloton təşkil edir. Müqayisə üçün deyək ki, 9 avqust 1945-ci il tarixində Naqasakiyə atılan atom bombası 21 kiloton, 6 avqustda Xirosimaya atılan bomba isə 13-18 kiloton trotil ekvivalentə malik idi.Amma başqa variantlar taktik hesab edilir. 3-cü və 4-cü versiyalar, xüsusi halda, ABŞ-ın Avropadakı bazalarında yerləşdirilib. 10-cu versiya 2005-ci il təcili tətbiqə hazırlıqdan çıxarılıb və anbarlardan götürülüb.
Hazırda "universal" B61-12 bombası yaradılır və B61-in bütün versiyalarını əvəz etməlidir.
Yeni nüvə erası
Selvanın ifadə etdiyi arqumentləri daha əvvəl Amerika ekspertləri, həmçinin istefaya çıxmış hərbçilər dəfələrlə səsləndiriblər.
Artıq istefada olan general Norton Şvars (2008-2012-ci illərdə Hərbi Hava Qüvvələrinin qərargahının başçısı) bir neçə il əvvəl bildirib ki, düşmən Amerikanın "zəif", amma yüksək dəqiqlikli nüvə silahına malik olacağını anlamalıdır. Generalın fikrincə, bu, dünyada strateji sabitliyi möhkəmləndirmək üçün vacibdir.
İndi isə eyni fikirləri Selva səsləndirir. Fərq yalnız ondadır ki, bu dəlillər ilk dəfə yalnız yüksək vəzifəli sərkərdənin deyil, həm də ABŞ-ın hərbi qulluqçularının iyerarxiyasında ikinci yeri tutan şəxsin dodadlarından səslənir.

Hərbiçilər silahı praktik alət kimi qəbul etməyə meyillidir: əgər o varsa, onu istifadə etmək lazımdır, həm də mümkün olan maksimum üsullarla. Nüvə döyüş sursatları bu tələbə cavab vermir, buna görə onlara Pentaqonda 1991-ci ildən sonra "ögey oğullar" kimi baxırdılar: onların maliyyələşdirilməsi minimuma qədər azaldılırdı.

Mənbə: publika.az
Azərbaycanın bir addımlığına atom bombası ATILACAQAzərbaycanın bir addımlığına atom bombası ATILACAQAzərbaycanın bir addımlığına atom bombası ATILACAQAzərbaycanın bir addımlığına atom bombası ATILACAQAzərbaycanın bir addımlığına atom bombası ATILACAQ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3503   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş baş nazir vəzifəsindən azad edildi

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib. "Report"un əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciə

7 may
.

İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başlayıb

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

Bolqarıstan Prezidenti: "Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır"

"Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə mətbuata bəyanatında Bolqarıstan Prezidenti Rumen Radev söyləyib. "2022-c

8 may
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

O videodakı hərbçi Azərbaycanın xüsusi təyinatlısı deyil

Sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarındaTavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu haqda iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan videoda kənd ərazisində hərbi geyimdə olan bir şəxs görünür. Həmin hərbçinin Azərbayca

7 may