Azərbaycanda qızlar məktəbdən qaçıb GÖRÜN HARA GEDİR?!

Bu ilin mayından Azərbaycanda bütün ictimai yerlərdə, o cümlədən, kafe və restoranlarda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan olunub. Amma qanunun qəbulundan iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də əksər kafe və çay evlərində qəlyan ən vacib atributdur.

Bakıda qəlyan salonlarının sayı az qala ərzaq mağazalarını da ötüb keçib. Əsasən binaların zirzəmilərində, yarıqaranlıq otaqlarda yerləşən qəlyan salonlarının daimi müştəriləri isə yaşı 15-18 aralığında olan yeniyetmələrdir. Qəlyan salonlarının məktəblərin, təhsil müəssisələrinin yaxınlığında yerləşməsi qəlyana maraq göstərən azyaşlılar üçün bu təhlükəli vərdişi əlçatan edir.

Onların çoxu isə daha çox lovğalanmaq, tüstülənən qəlyanla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq üçün belə yerlərə üz tuturlar. Ən pisi də odur ki, evdən xəlvət qəlyan çəkməyə çay evlərinə üz tutan yeniyetmələr təkcə oğlanlar deyil, onlar arasında həmyaşıdlarına qoşulub məktəbdən qaçan qızlar da var. Bunu çay evlərinin administratorları da təsdiqləyirlər.

"Şəkil çəkdirib "Facebook"a qoymaq üçün qəlyan çəkirlər"

Reportaj hazırlamaq üçün üz tutduğumuz qəlyan təklif olunan çay evlərinin əksəriyyətində qapalı yerlərdə qəlyanın qadağan olunmasından xəbərsiz idilər.

"Əcəmi" metro stansiyasının yaxınlığında yerləşən çay evinin qəlyançısı zirzəmidə yerləşən çay evinin qapalı məkan olmadığını da bizə sübut etməyə çalışdı: "Bura qapalı yer deyil ki, qəlyan çəkiləndə pəncərələri açırıq da…" – amma ətrafa boylansam da, zirzəmidə pəncərə gözə dəymirdi.

Əksər çay evləri və kafelərdə qəlyanın əsas müştəriləri azyaşlılar olsa da, rəhbərlik bunu inkar edir. Qəlyançı Tural deyir ki, çay evinə şəxsiyyət vəsiqəsini göstərmədən girmək mümkün deyil: "Düzdür gələnlərin çoxu gənclərdir, hətta azyaşlılardır. Amma biz 18 yaşdan aşağı uşaqları içəri buraxmırıq, mütləq şəxsiyyət vəsiqəsi istəyirik. Çoxu da heç qəlyanı başa düşmür, gəlir ki, qəlyanla şəkil çəkdirib "Facebook"a, "Instagram"a qoysun, lovğalansın", - deyə qəlyançı deyir.

Qəlyançı qəlyanın zərərli olması ilə bağlı deyilənlərlə razılaşmasa da, bəzi qəlyançıların təhlükəli maddələrdən istifadə etdiklərini deyir: "Şəhərdə bəzi qəlyançılar var ki, tüstünü bol etmək üçün qəlyana qliserin geli qatırlar. Bir o qalıb ki, qəlyana benzin də qatsınlar. Bu düzgün deyil. Ümumiyyətlə, dünyanın hər yerində qəlyanı fincanda çəkirlər, bizdə badımcanda, pomidorda qəlyan düzəldirlər. Qəlyanı azyaşlılara vermək olmaz, onlara ziyandır, həddi-buluğa çatmış adama qəlyanın nə ziyanı olacaq?", - deyə qəlyançı Tural bildirir.

"Qəlyan çəkdiyi yerdə təzyiqi düşdü, huşunu itirdi…"

Qəlyançı deyir ki, son bir neçə il ərzində qadınlar arasında qəlyana çox maraq yaranıb: "Son 3-4 ildə qadınlar arasında qəlyana həddindən çox maraq yaranıb. Xüsusən də məktəb yaşlı qızlar dərsdən qaçaraq qəlyan salonlarına gəlirlər. Bəzi salonlar azyaşlıları buraxmasa da, onlara şərait yaradan da tapılır. Bizə tələbə qızlar dəstə ilə gəlib qəlyan çəkirlər. Hətta olub ki, bir dəfə bir qız qəlyan çəkəndə huşunu itirdi. Təcili yardım çağırdıq, məlum oldu ki, qəlyandan təzyiqi düşübmüş…"

Bəzi çay evlərində isə qəlyanın yığışdırıldığını dedilər. "28 May" metro stansiyasının yaxınlığında yerləşən çay evinin administratoru Vüqar Davudov deyir ki, onlarda əvvəllər qəlyan olsa da, artıq yeni qanundan sonra ləğv olunub: "Bizdə əvvəl var idi, amma bir aydan çoxdur ki, yeni qanun çıxandan biz də yığışdırmışıq. Qəlyançını da işdən çıxarmışıq. İndi ən çox qəlyan verilən yerlər dindarların çayxanalarıdır. Onlar siqareti haram sayırlar, ona görə orada ancaq qəlyan olur. Onların əsas qazancı qəlyandandır", - deyə həmsöhbətimiz bildirir.

Bakının çay evləri, kafe və qəlyan salonlarının sayının gün-gündən artması "Tütün məmulatlarının məhdudlaşdırılması haqqında" qanunun hələ də işləmədiyini göstərir. Çünki qanun qəbul olunsa da, qapalı məkanlardan qəlyanın yığışdılması üçün heç kim tələsmir. Bununla bağlı cəza tədbirlərini və cərimələri tətbiq edən orqanın adı da dəqiqləşməyib. Hələ ki, müvafiq icra hakimiyyəti orqanı belə hallarla mübarizə aparmalıdır. Görünür qiyməti orta hesabla 15-20 manat arasında dəyişən qəlyandan əldə olunan qazanc aidiyyatı orqanlar üçün gəncliyimizin itirdiyi sağlamlığından daha vacibdir.

Qəlyana bu qədər maraq meşşanlığın əlamətidir - sosioloq

Sosioloqlar da qəlyanın yeniyetmələr və gənclər arasında bu qədər populyarlaşmasını mənfi hal sayırlar. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, qəlyanın bu qədər yayılması cəmiyyətdə meşşanlıq həyat tərzinin yaranmasının əlamətidir: "Yaşlılardan soruşsanız görərsiniz ki, sovet dövründə belə əyləncələrin yayılmasına imkan verilmirdi. Çünki bu şeylər insanlarda ciddi həyat tərzindən kənarlaşmaq idi. Burada meşşan, yüngül həyat tərzi təbliğ olunur. Normal işi olan adam, elmlə məşğul olan tələbə və ya yaradıcılıqla məğul olan biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz. Hazırda cəmiyyətimizin əsas problemi maddi dəyərlərlərin mənəvi dəyərlərin sıxışdırılmasıdır. Bu halda cəmiyyətdə gərginlik yaradır. Bu həyat tərzi də cəmiyyətdə maddiyyata meylliyini çoxaldır. Bu cəmiyyətdə kriminal, arzuolunmaz halları, zorakılığı artırır", - deyə sosioloq bildirir.

Xatırladaq ki, tərkibi nikotinlə dolu olan qəlyan yuxarı tənəffüs, ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. İnsanlar arasında qəlyanın siqaretdən daha ziyansız olması ilə bağlı fikir dolaşsa da, əslində həkimlər mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin yaranmasının qaçılmaz olduğunu bildirirlər.

Qəlyan xərçəng yaradır

Mütəxəssislər bildirirlər ki, narahatedici məqam həm də 1 qəlyanın 50 siqaretə bərabər olması ilə bağlıdır. Hətta bəzi gənclər qəlyanın tərkibinə narkotik vasitələr də qatmaqla istifadə etdikləri də məlumdur. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər. Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir.

"Qəlyan çəkmək tənəffüs sisteminin zədələndiyinə görə, ağ ciyərin funksional pozğunluğuna gətirib çıxarır. Eyni zamanda nikotin və nikotinə oxşar toksiki tərkibi qan dövranına daxil olaraq qaraciyərin toksiki zədələnməsinə səbəb olur. Bu siqaretdən daha çox təhlükəlidir".
mənbə: virtualaz.org
Azərbaycanda qızlar məktəbdən qaçıb GÖRÜN HARA GEDİR?!Azərbaycanda qızlar məktəbdən qaçıb GÖRÜN HARA GEDİR?!Azərbaycanda qızlar məktəbdən qaçıb GÖRÜN HARA GEDİR?!Azərbaycanda qızlar məktəbdən qaçıb GÖRÜN HARA GEDİR?!Azərbaycanda qızlar məktəbdən qaçıb GÖRÜN HARA GEDİR?!Azərbaycanda qızlar məktəbdən qaçıb GÖRÜN HARA GEDİR?!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3406   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Bu qadağa fevralın 1-dək ləğv olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm

20 dekabr