Azərbaycanlı tanınmışın həyat yoldaşı həkim səhlənkarlığının qurbanı oldu - ürəkdağlayan FOTOLARI

Gənc şair Elçin Aslangil öz Facebook hesabında ürək dağlayan paylaşma edib. Şairin həyat yoldaşı həkim məsuliyyətsizliyinin qurbanı olub.

Sonxeber.az metbuat.az-a istinadən şairin ürəkdağlayan paylaşmasını olduğu kimi təqdim edir:

"Quduz it (həkimlər) 5 yaşlı uşağı öldürüb! Bu hadisə başıma gələnləri xatırlatdı. Lənət!...

2010 -cu ildə, həyat yoldaşım Dilbəri it dişlədi, öz həyətlərinin iti.

1 ildən bir qədər çox idi ki, evli idik. Atası bizi qonaq çağırdı. Kəndə, Dilbərin ata evinə qonaq getdik. Bir gecə orda qalası olduq və səhərisi gün, həmin hadisə baş verdi. İt, Dilbərin qolunu dişlədi.

Cəmi 20 dəqiqə sonra Dilbəri Ucar rayon mərkəzi xəstəxanasına çatdırdım.

Xəstəxanaya yeni baş həkim təyin edilmişdi və köhnə baş həkimin tərəfdarları ilə yeni baş həkim arasında "soyuq müharibə" gedirdi.

Xəstəxanaya çatan kimi, Dilbəri cərrahiyyə şöbəsinə götürdüm. (quduzluğa qarşı iynə həmin şöbədə vurulurdu. Niyə infeksiya şöbəsində vurulmurdu? Bilmirəm.) Cərrahiyə şöbəsinin baş tibb bacısı, mənə kinayəli bir şəkildə dedi:

"Antibiotiklər yeni baş həkimdədi. Get, ondan icazə al, vuraq!" (Vicdansızlığa bax! Şərəfsizlər!)

Baş həkim Zeynalovun yanına getdim. O da, problem yoxdur, niyə vurmurlar? - dedi.

Bir xeyli çək-çevirdən sonra iynə vuruldu. Fəqət, Dilbərə bir iynə vuruldu. Bildiyim qədəri ilə belə olmamalıdır. Tetanus iynəsi vurulmamışdı və elə həmin gün Dilbər ambulator müalicəyə, evə buraxıldı. Üç gün sonra İnfeksiya şöbəsinin baş həkimi evə xəstəxana işçisini göndərərək, xəstənin xəstəxanaya gətirilməsini istədi, apardım. Həkim dedi ki, xəstəyə tetanus iynəsi vurulmayıb və ümumiyyətlə, antibiotik iynələrin də vurulmasından şübhəliyəm.

Beləcə bizim məlamətli günlər başladı. Ağır müalicə, ard-arda antibiotiklər, ittutma hadisəsindən bir həftə sonra, düşmək bilməyən qızdırma. Daha sonra sayıqlamalar və sairə... Nəticədə həkim səhlənkarlığı üzündən, hadisədən 24 gün sonra 2010-cu il avqustun 8 -də həyat yoldaşım Dilbər, faciəvi şəkildə, Musa Nağıyev adına xəstəxanada öldü, iyirmi iki yaşında, mavi gözlü Dilbərim.. Lənətə gələsiniz!"
Azərbaycanlı tanınmışın həyat yoldaşı həkim səhlənkarlığının qurbanı oldu - ürəkdağlayan FOTOLARIAzərbaycanlı tanınmışın həyat yoldaşı həkim səhlənkarlığının qurbanı oldu - ürəkdağlayan FOTOLARIAzərbaycanlı tanınmışın həyat yoldaşı həkim səhlənkarlığının qurbanı oldu - ürəkdağlayan FOTOLARI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6959   Tarix: 20 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021