Ruhinin ailəsi dağılır: xanımı uşaqlarla birlikdə evdən getdi - FOTO

Ruhinin ailəsi dağılır: xanımı uşaqlarla birlikdə evdən getdi - FOTOİngiltərə yığması və "Mançester Yunayted"in sabiq ulduzu, hazırda "Everton"un heyətində yer alan Ueyn Runinin ailəsi dağılmaq üzrədir. Səbəbsə onun 29 yaşlı Laura Simpson adlı qadınla arvadı Kolin Runiyə xəyanət etməsinin aşkarlanmasıdır.

31 yaşlı Ueyn Runi L.Simpsonu qucaqladığını və öpdüyünü, sonra da qadını evinə ötürdüyünü etiraf edib.

Futbolçunun xanımı, 3 oğul anası, 4-cü uşağa hamilə olan Kolin Runi İspaniyadakı istirahətini yarımçıq qoyaraq qayıdıb.

O, əri ilə gərgin mübahisə və davadan sonra uşaqları da götürərək evi tərk edib.

31 yaşlı Kolin Runi 130 min dollarlıq Range Rover Overfinch avtomobilində atası evinə yollanıb. O, uşaqları ilə birlikdə Liverpul şəhərində, atasının evindədir.

Kolin Runinin atası Toni Maklaflin olayla bağlı heç bir şərh vermək istəməyib.

O, 9 illik nikahdan sonra Ueyn Runidən boşanmaq niyyətindədir.

4 yaşlı oğlu olan, 3 il əvvəl ərindən boşanmış Laura Simpson isə İngiltərənin Çeşir qraflığındakı Uilmslou şəhərində "Symposium" restoranında Ueyn Runi ilə əyləndiyini deyib.

"Ueyn çox içmişdi. Amma məni evə aparacağını dedi. Sonra öpüşdük və yola düşdük. Yolda Ueyni polis saxladı", - daşınmaz əmlak agenti olan L.Simpson deyib.

Kolin Runi isə dünən oğullarının fotolarını İnstagram-dakı profilində paylaşaraq yazıb: "Harada olmağımdan asılı olmayaraq onlar həmişə yanımdadır və ümid edirəm ki, həmişə belə olacaq".

Bu gün bəlli olub ki, Laura Simpson "Seeking Arrangement" tanışlıq saytı vasitəsilə uzun müddətdən bəri özünə "pullu məşuq" arayırmış.

L.Simpsonun "sevgili"ləri sürəkli dəyişdiyi də bəlli olub.

Xatırladaq ki, məşhur ingilis futbolçu, "Everton" klubunun forvardı Ueyn Runi sərxoş vəziyyətdə avtomobil sürərkən polis tərəfindən saxlanılıb.

Çeşir qraflığının polisi 31 yaşlı futbolçunun sərxoş olduğunu təsbit edəndən sonra onu buraxıb.

Bəlli olub ki, Ueyn Runi Elderli Eyc şəhərciyindəki "The Bubble Room" restoranında "Mançester Yunayted"in sabiq oyunçusu Ues Braunla içib sərxoş olandan sonra masaya dırmaşaraq rəqs edib.

Daha sonra o, "Piccolino" restoranına yollanıb və burada 29 yaşlı Lora Simpsonla tanış olub.

5 yaşlı oğlunu təkbaşına böyüdən, ofisdə çalışan Lora Simpsonla əylənən Runi gecənin bir aləmində qadının "Volkswagen Beetle" avtomobilinin sükanı arxasına əyləşib.

Ueyn Runi və Lora Simpson "Symposium" restoranına yollanıblar. Burada da içib keflənən Runi L.Simpsonu evinə aparıb, orada qadınla sağollaşaraq Pretsberidəki malikanəsinə qayıdıb.

Futbolçunun məhkəmə prosesi sentyabrın 18-də olacaq.

U.Runinin üç övladının anası, 4-cü uşağa hamilə, 31 yaşlı Kolin Runi isə uşaqları ilə birlikdə İspaniyanın Mayorka kurortunda idi.
Ruhinin ailəsi dağılır: xanımı uşaqlarla birlikdə evdən getdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3217   Tarix: 04 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Direktoru öldürən şagirdin məktəbə silahla gəlib-çıxdığı an kameralara düşüb -VİDEO

Türkiyədə məktəb direktorunu vuraraq öldürən şagirdin hadisəni həyata keçirmək üçün liseyə silahla gəlib-getdiyi anlar təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadən xəbər verir ki, şagird məktəbdən qovulmasına görə məsuliyyət daşıdığını iddia etdiyi 74 yaşlı məktəb direktoru otağında silahl

8 may
.

Həmkarını öldürən polisin ifadəsi hər kəsi ŞOKA SALDI: Mənə və ailəmə..."

Gözünü qırpmadan 2 həmkarını öldürən polis məmurunun açıqlaması hər kəsi heyrətləndirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Adıyaman Altınşehir Polis Bölməsində iki həmkarını şəhid edən polis məmuru Süleyman Uğur Şahinin ifadəsi məlum olub. Qətldə şübhəli bilinən poli

8 may
.

Çinlilər itləri boyayıb panda kimi təqdim etdilər - VİDEO

Çinin Tayçjou zooparkının sahibləri əlavə qazanc əldə etmək üçün insanların pandalara olan məhəbbətindən faydalanmaq qərarına gəliblər. Çau-çau cinsli iki it panda kimi rənglənib. Məlumata görə, müəssisə sahibləri əsl pandalar çox baha qiymətə olduğundan bu yola baş vurublar. Beləliklə, bala "pandaları"

8 may
.

Müğəninin iş adamı həyat yoldaşı vanna otağında ölü tapıldı

Türkiyəli müğənni Yeşim Erçetinə ağır itki üz verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin iki il əvvəl evləndiyi iş adamı həyat yoldaşı Fevzi Kardeseci vəfat edib. Bu barədə ifaçı özü bildirib. Fevzi Kardeseci vanan otağında ölüb. Onun başı mərmərə dəyib və oradaca vəfat edib. Onun cansı

6 may
.

Bayden Mişel Obamanın xeyrinə seçkidə iştirakdan imtina edə bilər

ABŞ prezidenti Co Bayden noyabr seçkilərində iştirak etməmək qərarını açıqlaya bilər. Bu barədə Almaniyanın "Der Spiegel" nəşri ABŞ Demokratik Partiyasındakı mənbələrə istinadən yazıb. Nəşrin yazdığına əsasən, o, özünün əvəzinə keçmiş Ağ Ev rəhbəri Barak Obamanın həyat yoldaşı Mişel Obamanı

6 may
.

Uşaq kitabxanasının pəncərəsini sındırıb İÇƏRİ GİRDİ

Rusiyaya gələn amerikalı turist Uilyam Rassel Nikum Moskvada xuliqanlıq etdiyinə görə 10 sutka həbs edilib. xəbər verir ki, bu barəd "İzvestiya" məlumat yayıb. ABŞ-dan olan turist Moskvada uşaq kitabxanasına pəncərəni sındıraraq daxil olub. Bildirilib ki, Nikum Rusiyaya gələrək dostları il

7 may
.

Ölən əmisini banka aparıb kredit götürmək istəyən qadın DANIŞDI " Öldüyünü hiss etməmişdim" - VİDEO

Ötən ay əlil arabasında əmisinin cansız bədəni ilə banka gedərək kredit götürməyə çalışan qadın ilk dəfə danışıb. xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı qadın ifadəsində bunları deyib. "Ailəmdən ayrı keçirdiyim günlər dəhşətli, çox çətin keçdi. Əmim öldüyünün fərqinə varmadım. İnsanları

8 may
.

Avropa İttifaqı "Telegram"ı nəzarətə götürdü

Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində "Telegram" sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək. Belçika mətbuatı yazır ki, institut "Telegram"ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığ

6 may
.

Avtomobilini park edən sürücü yol kənarında tərk edilmiş körpə tapdı

Avtomobilini park edən sürücü yol kənarında tərk edilmiş körpə tapıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Sürücü dərhal təcili yardıma və polisə xəbər verib. Sağlamlıq qrupları tərəfindən Tarsus Dövlət Xəstəxanasına aparılan və vəziyyətinin yaxşı olduğu körpənin bir neç

6 may