Qandonduran hadisə! Əmi 14 yaşında yetim qalan qardaşı qızını zorladı
Əmi qardaşı qızını zorladığına görə, 25 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin mayında Eskişehirdə baş verib. Valideynləri boşanan İ.Y. qalmaq üçün nənəsinin evinə gedib. İddialara görə, hadisə günü İ.Y eyni evdə yaşadığı əmisi Mustafa Y.-nın otağında gedib və onlar birlikdə spirtli içki qəbul ediblər. Bundan sonra İ.Y. əmisinin istəyi ilə onu masaj edib və daha sonra yataqda onun yanına uzanıb. Spirtin təsirindən yuxulayan gənc qız oyananda başa düşüb ki, əmisi onunla cinsi əlaqəyə girib.
Hadisəni anasına izah edən qız daha sonra polis mərkəzinə gedərək əmisi Mustafa Y.-dən şikayətçi olub. İ.Y. əmisinin daha əvvəl də ona təcavüz etdiyini irəli sürüb. İttihamları qəbul etməyən əmi Mustafa Y. məhkəmənin qərarı ilə həbs olunub.
Mustafa Y. bu gün baş tutan məhkəmədə qardaşı qızının ona böhtan atdığını söyləyib və qeyd edib ki, qardaşı qızı ailəvi problemlərinə görə onlara gəlib.
"Atası M.Y. gecə taksidə çalışdığı üçün adətən qızın tərbiyəsi ilə mən məşğul olurdum. Qətiyyən qardaşım qızı ilə eyni yataqda yatmamışam. Ona qarşı cinsi baxımdan cinayət təşkil edən hər hansı bir hərəkətim olmayıb. Sadəcə bu hadisədən əvvəl aramızda mübahisə baş vermişdi və mən onu vurmuşdum. O isə bu zərbənin acığını məndən çıxacağını söyləmişdi. Mənə böhtan atır. Mənim günahım yoxdur".
Lakin məhkəmə Mustafa Y.-ni 14 yaşlı qardaşı qızını zorlamaqda ittiham edib və ona hökm oxuyub.
Mənbə: GoldNews.Az
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4612 Tarix: 07 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını
20 dekabrFerması yanan kişinin sözləri diqqət çəkib
Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu
18 dekabrGoranboyda 13 yaşlı qız faciəli şəkildə ölüb
Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib. Kənd sakini - 2012-ci il təvəllüdlü Nərmin Cəfərova yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 dekabrArabadan yıxılan 10 aylıq körpə öldü
Şamaxıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 17-si saat 05 radələrində 02.02.2025-ci il təvəllüdlü Elgün Elşən oğlu Süleymanov yaşadığı Şamaxı şəhəri Namazəliyev küçəsindəki evdə arabadan yıxılıb. Ehtiyatsızlıqdan yıxılan 10 aylıq körp
18 dekabrSaxta içki yenə can alır: Mütəxəssislərdən həyati xəbərdarlıq - VİDEO
Saxta içki, xüsusilə Yeni il ərəfəsində insan tələfatına səbəb olmağa davam edir. Metil spirtindən (metanol) zəhərlənmə hallarında hər üç hadisədən biri ölüm və ya daimi əlilliklə nəticələnir. Mütəxəssislər başgicəllənmə, ürəkbulanma və görmə pozğunluğu kimi ən kiçik əlamətlər zamanı belə dərhal xəstəxanay
17 dekabr16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində
17 dekabr