Mehriban Əliyeva körpələr evində — FOTOLAR

Mehriban Əliyeva körpələr evində — FOTOLARAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycanın Birinci vitse-prezidentinə körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 1985-ci ildə inşa edilmiş bu müəssisə istifadəyə verildiyi vaxtdan heç vaxt təmir olunmayıb. Sonradan uşaq bağçasının bir hissəsində məcburi köçkünlər yerləşdiyindən müəssisədə ümumilikdə 60 uşaq olmaqla 4 qrup fəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planının icrası ilə əlaqədar uşaq bağçasında məskunlaşmış məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınmış yeni yaşayış massivinə köçürüldükdən sonra burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. İndi uşaq bağçası 230 uşaq yerlik olmaqla 12 qrupla fəaliyyətə başlayıb. Bütün otaqlar zəruri avadanlıq və havalandırma sistemi ilə təchiz olunub. Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir.

Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı layihələri uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən bu körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirdi ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir.

2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Bu qrupların hər biri 3 otaq olmaqla lazımi inventarla təchiz edilib. Bütün mebel dəstləri və avadanlıq yenisi ilə əvəz olunub. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.

Üçkorpuslu məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Nəsimi rayonunda əsaslı təmir edilən "Qərənfil" körpələr evi-uşaq bağçası bu istiqamətdə atılan addımlardan biridir. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Burada da yenidənqurma işləri aparılıb, müasir uşaq əyləncə qurğuları quraşdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı ərazidə də abadlıq işləri görülüb. Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.

Mehriban Əliyeva körpələr evində — FOTOLARMehriban Əliyeva körpələr evində — FOTOLARMehriban Əliyeva körpələr evində — FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2302   Tarix: 11 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021