"Başımıza kaska qoyub tualetdə otururuq" - VİDEO

"Başımıza kaska qoyub tualetdə otururuq" - VİDEOSabunçu rayonu Bakıxanov qəsəbəsi, Abdulla Abullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxanada yaşayan məcburi köçkünlər qafqazinfo-ya üz tutublar.

Sonxeber.az sözügedən sayta istinadən xəbər verir ki, 23 ildir ki, ağır şəraitdə yaşadıqlarını deyən sakinlər müxtəlif qurumlara dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb:

"Yataqxanada tez-tez bədbəxt hadisələr baş verir. Birinin tavanı uçur, birinin döşəməsi. Harda görülüb ki, tualetə girən adam başına kaska qoysun? İnfeksion xəstəliklər yayılıb. Uşaqlar doğulandan ya astma, ya da ki infeksion xəstəliklərə tutulur".

Qafqazinfo məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlayıb. E. Qədimov açıqlamasında bildirib ki, bu gün yataqxanalarda məskunlaşmış məcburi sakinlərin köçürülməsi gündəmdədir:

"Bizim əməkdaşlarımız orada olub, vəziyyətlə tanışıq. Yataqxanada vəziyyət, həqiqətən də, acınacaqlıdır və sakinlərin köçürülməsi hazırda gündəmdədir. Məcburi köçkünlərin köçürülməsi prosesi daha ağır şəraitdə yaşayan ailələrin köçürülməsi prinsipi nəzərə alınmaqla mərhələli şəkildə həyata keçiriləcək.

Bu bina da acınacaqlı vəziyyətdə olduğu üçün gələcəkdə köçürülən ilk obyektlərdən olacaq. Bu günlərdə Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan yataqxanaların köçürülməsi müzakirə edilir. Bu sahədə çox cidi işlər aparılır. I vitse-prezidentimiz Mehriban Əlliyeva da ilk müşavirəni bu iki şəhərdə qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan məcburi köçkünlərin köçürülməsinə həsr edib. Müşavirədən sonra ciddi tapşırıqlar verilib və müvafiq tədbirlər həyata keçirilir".

17 saylı yataqxanadan hazırlanan videoreportajı təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 829   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yalnız qız övladları olan valideynlər 55 yaşında pensiyaya çıxa bilərmi? - AÇIQLAMA

Bildiyimiz kimi, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bu "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Lakin bel

3 may
.

Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər

Böyük qayıdışın növbəti ünvanı Laçın rayonunun Sus kəndi oldu. May ayının ikinci həftəsindən artıq Sus kəndi öz sakinlərinə qucaq açacaq. 59 fərdi yaşayış evi 20 ailəni qarşılamağa hazırdır. Məhz AzTV Xəbər komandası Laçın rayonunun Sus kəndindən eksklüziv kadrları təqdim edib. Keçiddə bu barədə dah

3 may
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

3 may
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may
.

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızı

3 may
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

3 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

3 may
.

Nazirlik "Hyundai"nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Hyundai" markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru "Auto Azərbaycan" MMC barəsində araşdırmaya başlayıb. xəbər verir ki, Dövlət Xidməti "Haqsız rəqabət haqqında" Qanunu

3 may